DÖRDÜNCÜ FƏSİL Hədislərdə cismi sağlamlığın səbəbləri, elmi və tibbi yollarla sübutu Bu və növbəti fəsildə biz yalnız rəvayətlərdə deyilmiş sağlamlığın və xəstəliyin amillərini ümumi surətdə gətirmişik. Əgər xırdalıqları barəsində də deyilmiş rəvayətləri zikr etmək istəsəydik, bu haqda geniş kitab yazmaq lazım
133
olardı. Ona görə də bir neçə məsələyə ümumi surətdə işarə edirik. BƏDƏNİN TƏBİİ EHTİYACLARINA CAVAB Allah-taala alim və hikmətli olduğu üçün insan
bədəninə nə vaxt su içməyi, qidalanmağı, yatmağı və sair
işləri öyrədibdir. Hətta xəstələnərsə özünü mualicə
etməyi də öyrədib. (Əksər dərmanlar yalnız müalicənin
sürətini artırır bədən üçün köməkçi rolunu oynayır.
Həqiqətdə bədəni müalicə edən dərman deyil, bədənin
özüdür). Ona görə də bədənin, şəriətin icazə verdiyi
istəklərinə mötədillik həddində cavab vermək lazımdır.
Belə olmazsa xəstəliyə səbəb olar. İmam Rzanın (ə)
buyurduğu hədisin əhəmiyyəti elə burada məlum olur.
Buyurur: "Acarkən ye, susuzlayərkən su iç, sidik güc
gətirərsə özünü rahat et, ehtiyacın olmasa cinsi əlaqədə
olma və yuxun gələn zaman yat. Bu işlər sənin bədəninə
sağlamlıq gətirər."
1
Hədisdən bu mövzunu da başa düşmək olur ki,
acmamış, susuzlamamış yeyib-içmək olmaz. Hər kəs tox
olarkən yeyərsə, özü xəstəliyi yaradır. Həmçinin
hədisdən anlaşılır ki, çox cinsi əlaqədə olmaz zərərlidir.
1
“Tebbe həkim”
134
Bu barədə "uzunömürlülük" bölümünün "az cinsi əlaqə"
hissəsində qısa izah verilmişdir.