İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ


HİCAMƏT (Bədəndən qan alma)



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə122/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   118   119   120   121   122   123   124   125   ...   190
HİCAMƏT (Bədəndən qan alma) 
İmam  Sadiq  (ə)  buyurub:  "Hicamət  olunan  yerdən 
bədənin zəhərindən başqa bir şey xaric olmur" Həzrət Əli 
(ə)  buyurub:  "Uşağın  bədənini  hicamət  etmək  ağacı 
budamaq  kimidir.  Hicamət  ölümdən  başqa  bütün 
dərdlərin  dərmanıdır".  Əziz  Peyğəmbər  buyurub: 
"Cəbrayıl  (ə)  mənə  hicamət  etməyi  elə  tapşırdı  ki,  onun 
vacib olduğunu sandım". 
Hicamətin cismi faydaları. 
1-  Hicamət  uşaqlarda  və  yeniyetmələrdə  boyun, 
çəkinin və inkişafın sürətini artırar. 
2-  Hicamət  körpələrin,  uşaqların  və  yeniyetmələrin 
iştahının artmasına səbəb olur.  
3-  Hicamət  uşaq  və  yeniyetmələrdə  91  dərdin  o 
cümlədən:  Xənazir  (su  çiçəyi),  migren,  xroniki  öskürək, 
ardıcıl  soyuqdəymə,  astma,  alergiya,  körpələrdə  sarılıq 
(fizioloji  sarılıq),  gecə  yerini  islatmaq,  zəif  görmə  və  s. 
kimi xəstəliklərin müalicəsində müsbət təsirə malikdir.  
4-  Görmə  qabiliyyəti  yaxşı  olmayan  bəzi  uşaqlar 
hicamət  etdikdən  sonra  gözlərinin  zəifliyi  düzəlir  və 
daha eynəyə ehtiyacları olmur.  


 
135 
5-  Hicamət,  uşaq  və  yeniyetmələrin  üz  və  dərilərinin 
şəffaflıq  və  gözəlliyinə  səbəb  olur.  Habelə  saçların 
böyüyüb təravətlənməsində də təsirlidir. 
6-  Uşaq  və  yeniyetmələrin  əksər  dəri  xəstəlikləri 
hicamət etməklə düzəlib.  
7-  Hicamət  uşaq  və  yeniyetmələrin  yaddaşını, 
qavrama qüvvəsini şiddətli dərəcədə gücləndirir.  
8-  Hicamət  uşaq  və  yeniyetmələrin  qan  dövranını 
yaxşılaşdırır və qanazlığının dərmanıdır. 
9-  Hicamət  yeniyetmə  qızlarda  menstruasiyanın 
nizamlanmasında eləcə də aylıq adətlərindəki narahatlıq 
və ağrının azalmasında çoxlu təsiri malikdir.  
10-  Hicamət  uşaq  və  yeniyetmələrdə  bədənin 
müqavimətinin 
artmasına, 
əzələlərin 
daha 
çox 
genişlənməsinə,  idman  və  hərəkət  zamanı  onların  cismi 
təsirinin artması və bədən fəaliyyətinə səbəb olur. 
11-  Demək  olar  ki,  hicamət  bütün  cismi  və  ruhi 
xəstəliklərin dərmanıdır, ya da nisbi surətdə müalicə edir 
və  ya  heç  olmasa  başqa  dərmanların  müalicəvi  təsirini 
gücləndirir. 
12-  Cavad  Fazil  "İslamda  tibb  və  gigiyena"  kitabında 
belə  yazır:  "Hicamət  vasitəsilə  müalicə  olan  ən  mühüm 
xəstəliklər:  diş  ağrısı,  diş  ətlərinin  korlanması,  ürək 
sıxılması, böyrəyin fəaliyyətində pozuntu, sidik kisəsinin 
xroniki  narahatlıqları,  uşaqlığın  narahatlıqları,  aybaşı 
pozuntuları, dəri səpkiləri, çibanlar və s.- dən ibarətdir.
1
 
                                                 
1
 "İslamda tibb və gigiyeniya", səh.152. 


 
136 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin