130
amanda qalır, çünki qisas qanunu onun fikrini insan
öldürməkdən və yaralamaqdan bir az da olsa çəkindirir.
(Bu halda şəxs öldürülmüş insanın qohumları tərəfindən
intiqam olunmaq, vicdan əzabı, yaralanmaq qisas və sair
kimi ağır nəticələrə düçar olmaz. Beləliklə qətl törətmək
istəyən şəxs qisası və onun sonunu düşündükdə bu işdən
çəkinər). Üçüncü bir cəhətdən isə, qisasdakı bərabərlik
prinsipi (öldürülən bir şəxsin müqabilində yalnız bir
şəxsin (qatilin) qisas olunması) ardıcıl qətillərin qarşısını
alır və bir qətlin ardınca bəzən bir neçə qətl yaranmasına
səbəb olan cahillik adət-ənənələrinə son qoyur. Bu yolla
da cəmiyyətin həyatının sərmayəsi təmin edilir. Qeyd
etmək lazımdır ki, qisas hökmü yalnız qatilin
bağışlanmadığı surətdə icra olunur və bununla da şərti
bir həyata başqa bir qapı açılır.
Dostları ilə paylaş: