Ustad Şəhid Mütəhhərinin bu barədə sözü O deyir: "Sədi Şirazidən bir şer oxuyuram:
İti dişli yırtıcıya mərhəmət
Mal-qaraya insafsızlıqdır, əlbət.
Yüzlərlə ya minlərlə qoyun parçalamış bir canavarı
tutub öldürmək istəyərkən kiminsə mərhəmət hissi
oyanmamalıdır. Bilmək lazımdır ki, bu cür mərhəmət
qoyunlara qarşı qəddarlıq deməkdir. Bu bir misaldır.
Sədinin məqsədi budur ki, "zalım insana rəhm etmək,
məhrum insanlara qəddarlıqdır" deməkdir. Zəif insanlar
sitəmkarlara rəhm edərlər. Eynilə bu mövzu bu gün də
müzakirə olunur. Əksər insanlar deyirlər: "Edam
hökmüylə cəzalandırmaq nə deməkdir?! Edam cəzası
insaniyyətdən uzaq bir hökmdür. Bu insan haqlarının
pozulması və humanizmin ziddinədir. Bir sözlə cani
hansı cinayət törədirsə törətsin, edam edilməməlidir.
Belə insanlar öz sözlərini necə izah edirlər? "Canini islah
etmək lazımdır" - deyirlər.
Qəribə sofistikadır. Şübhəsiz ki, insanları islah etmək
lazımdır. Amma cinayət törətməmişdən öncə islah
olunmalıdırlar. Cinayət törətməyə icazə vermək olmaz.
Biz bu gün cinayətkarları islah etmək bəhanəsilə
cinayət üz verdikdən sonra onları islah etsək, cinayət
etmək istəyənlərə yaşıl işıq göstərmiş olarıq. Bizim bu
işimiz cinayətkarları cinayətə həvəsləndirmək olar.
Cinayətkar (öz özünə) deyər: indiyədək cəmiyyət məni
islah etmək fikrində olmayıb. Uşaqlıqdan atam mənə
düzgün tərbiyə verməyib. Böyüdükdən sonra heç kəs
məni islah etməyib. Gedək cinayət edək bizi zindana
132
salsınlar, bəlkə orada bizi tərbiyə etdilər və adam olduq.
Deməli islah olmağımız üçün cinayət etməliyik.