191
Sağlamlığın və ömrün az ya çox olmasının, İmam
Hüseynin ziyarəti, yalandan and içmək, daim dəstamazlı
olmaq, sədəqə və buna bənzər işlərlə nə əlaqəsi ola bilər?
Dünyanın bir çox müasir alimləri gördüklərini
maddiyyat eynəyi ilə müşahidə edirlər. Təsəvvür edə
bilmirlər ki, bu dünyada gözlə görünməyən, hiss
edilməyən və dərk olunmayan həqiqətlər də var ki, öz
növbəsində bu işlərdə təsirli rolu var. Doğrudur ki, bizim
üçün də adi yollarla dərk olunan deyil, amma bizimlə
onlar (müasir alimlər) arasında fərq var. O da budur ki,
biz
dinin
böyük
rəhbərlərindən
və
hörmətli
İmamlarımızdan bir şey eşitdikdə başa düşürük ki, onlar
bu mətləbi ilahi yolla əldə ediblər və şübhəsiz bunların
hamısı danılmazdır. Bunu da qeyd etmək lazımdır ki,
dünyanın bir çox alimləri Allaha və bu dünyanın digər
gizli həqiətlərinə inanaraq ən çox bu dünyanın mürəkkəb
sirrləri qarşısında öz acizliklərinə etiraf edirlər. Bunun
üçün alimlərdən bir neçə sözü müddəamıza sitat gətiririk.
Dostları ilə paylaş: