192
ALİMLƏRİN SÖZLƏRİ
1- Muris Moterlinq
O, tanınmış yazıçılardan və Avropanın böyük
alimlərindən biridir. Onun ilk kitabı Nobel mükafatına
layiq görülmüşdür. Məşhur Filosof Breksul onun
barəsində deyir: "Əgər biz Moterlinqə əsrimizin
Sokratıdır desək, Sokratı yüksəltmiş və Moterlinqi
kiçiltmiş olarıq". O, 20-yə yaxın fəlsəfi kitab və elmi
məqalələr yazmışdır. Kitabların hər biri orta hesabla 150
dəfə çap olunub və dünyanın müxtəlif dillərində tərcümə
olumuşdur. Moterlinq deyir: "Mən nə qədər təkrar
etməliyəm ki, heç nə bilmirəm və nə qədər deməliyəm ki,
heç kim heç nə bilmir. Əgər kimsə nə isə bilsəydi,
bildiklərini indiyədək hamıya demişdi. Hamı da
dünyanın sirrindən xəbərdar olardı. Elə buna görə də,
xilqət, dünyanın sirləri və onun sonu haqqında nə
deyiriksə, fikrimizə gələn düşüncələrdir. Öz fikrimizə
əsasən də bu məsələlər haqqında nəzər veririk. Bir
gündən sonra dediklərimiz zehnimizdə süstləşərək
dəyərsizləşir".
1
Dostları ilə paylaş: