Üç şərtlə şərabdan müalicə qəsdilə istifadə etmək olar Bəziləri, hər bir məstedicidən, hətta xəstəliyi aradan
qaldırmaq üçün də olsa, çəkinməyi bildirirlər; çünki
Allah şəfanı hər bir məstedicidən götürmüşdür. Bu,
məşhur fəqihlərin sözüdür.
Bəzi müctehidlər isə, üç şərt əsasında şərabdan şəfa
qəsdilə istifadə etməyi maneəsiz hesab edirlər.
1- Həmin xəstəliyin müalicəsinin mümkün olması
bilinməlidir.
2- O xəstəliyin müalicəsini tərk etmək, öülmlə və ya
ona bənzər məşəqqətə səbəb olarsa.
3- Əlacın yalnız şərabda olduğu yəqin edilsin. Demək,
müalicənin şərabdan başqa yolla da mümkün olduğunu
ehtimal verərsə, bu şərt mövcud deyil və yalnız bu üç
şərtin mövcud olduğu təqdirdə, zərurəti aradan
qaldırmaq miqdarında içməyin eybi yoxdur. Ancaq
deyildi ki, haramda şəfa yoxdur və bu sadəcə bir fərzdir.
2