65
məstlik halından sonra, əsəb sistemlərinə daha dağıdıcı
təsir göstərəcəkdir.
İkincisi: Qəm-qüssəni dağıtmağın çoxsaylı yolu
olduğu halda (namaz, oruc, səfər, dua, dərdi dostla
bölüşmək, idman və s.), niyə məhz günahı seçməliyik?
Bu şəkildə qəm-qüssəni dağıtmaq eynilə ona bənzəyir ki,
az bir miqdarda qəmi olan şəxs, öz dərdinə çarə qılmaq,
müalicə etmək və problemin kökünü kəsmək əvəzinə
narkozdan istifadə edir. Bir keyitmə iynəsi ilə, məsələn
bir iki gün huşsuz olaraq, ağrını hiss etməyə bilər, lakin
ayıldıqda isə, ağrının kökünü aradan aparmadığından,
ağrısının öz qüvvəsində qalmasından əlavə, huşsuzluq
dərmanının mənfi təsirləri də ona əlavə edilir. Şübhəsiz
ki, ağıllı insan belə bir iş görməz.
1
Dostları ilə paylaş: