İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ


Musiqi ilə fəaliyyətimiz çoxalırmı?



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə72/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   68   69   70   71   72   73   74   75   ...   190
Musiqi ilə fəaliyyətimiz çoxalırmı? 
Bəziləri  zavod,  fabriklərdə  musiqidən  istifadə  etmiş, 
bu  qənaətə  gəlmişlər  ki,  bu  yolla  işçilər  daha  çox 
işləyirlər. 
Cavab:  
Əvvəla: musiqi yalnız əl işlərinin iş qabiliyyətini artırır 
və  əksinə  zehni  əməyin  fəaliyyətini  azaldır.  Alimlər  bu 
qənaətdədirlər  ki,  iş  əsnasında  musiqi  dinləmək,  zehni 
fəaliyyətlərin  iş  qabiliyyətini  azaldaraq,  sinir  sistemində 
pozuntuların  yaranmasına  gətirib  çıxarır  (misal  üçün: 
eyni  halda  həm  musiqi  dinləyib,  həm  də  yazı  yazan 
şəxsin yazı səhvləri daha çox olur). 
İkincisi:  Musiqinin  bədənin  fəaliyyətinin  artırmasını 
qəbul  etdiyimiz  təqdirdə,  bunun  törətdiyi  fəsadları  da 
göz  ardına  vurmamalıyıq.  Musiqi  ilə  bədəni  işə  vadar 
etmə üsulu, bir növ bədənin istismarına bənzəyir. Çünki 
biz  bədəni  təbii  olaraq  qüdrəti  qədər  işləməyi  üçün  öz 
ixtiyarında qoymalı və onu təbii müvazinətini adlayaraq, 
daha  artıq  işləməyə  məcbur  etməməliyik.  Bilməliyik  ki, 
bədən musiqinin və təbii halətdən çıxmanın təsiri altında 
daha  artıq  əmək  sərf  etsə  də,  ya  iş  yerindən  xaric 
olduqdan  sonra  təbii  halda  və  musiqi  dinləmədən 
fəaliyyət  etdiyi  zamanla  müqayisədə  daha  artıq 
yorğunluq hiss edəcəyik və ya bədəndən normadan artıq 
istifadəmiz  üçün  uzun  müddətdə  əldən  düşəcəyik  və 
ömrümüz 
qısalacaqdır; 
çünki 
bədəndən 
təbii 
qüdrətindən  daha  artıq  istifadə  etmişik.  Bu  eynilə 
idmançıların dopinq qəbul etməsinə bənzəyir. Doğrudur, 
dopinq  vasitəsilə  bir  müddət  bədən  daha  artıq  iş  sərf 


 
75 
edir,  bəzən  yarışların  qalibi  da  olurlar,  ancaq  bu 
idmançılar  öz  sağlamlıqlarını  dopinqdən  istifadə 
etməyən  idmançılarla  müqayisədə  daha  tez  əldən 
verirlər.  Ömürləri  isə  qısalacaq  və  bu  işlə  bədənə  xeyli 
zərərlər yetirəcəklər. 
 
 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin