Musiqi və bir sıra kimyəvi dərmanların acı
təsirləri
Keçmişdə bir çox dərmanlar üzərində manevr edir və
onu yeni elmi ixtira hesab edir və həmin dərmanı geniş
miqyasda təbliğ, reklam edirdilər (eynilə musiqi ilə
müalicə kimi). Lakin bir neçə ildən sonra həmin dərmanı
xəstələr üzərində yoxladıqda, o zaman onun hətta
öldürücü zərərlərinin olmasını əldə etdilər. Nümunə
olaraq Ekstazi həbini misal vururuq. Psixiatrlardan bəzisi
kəskin düşkünlüyə düçar olmuş xəstələrə, bu həblərdən
istifadəni məsləhət görürdülər. Bir neçə il keçdikdən
sonra isə, Ekslə müalicə olanlar, ruhi xəstəliyə düçar
oldular. Onların bəziləri dəlixanaya ötürüldü və ya bu
dərmanlara vərdiş etdilər.
Eləcə də, müxtəlif xəstəliklərin qarşısını almaq üçün
istifadə edilən antibiotiklər də bu qəbildəndir. Hazırda
bu nəticəyə yetişmişlər ki, bunlar böyrək xəstəlikləri
üçün təhlükəlidir. Həmçinin, bel ağrısı və artrit üçün
istifadə edilən, ağrıkəsicilər, böyrəklərin iş qabliyyətini
itirməsinə gətirib çıxara bilər. Eyni halda, yeni
tədqiqatlar göstərir ki, ağrıkəsicilər ortayaşlı və yaşlı
kişilərin cinsi fəaliyyətində aydın çatışmazlıqlar yaradır.
79
Asperin, Stamonefin, İborofen
1
və narkotik Amoftamin
maddəsindən hazırlanan arıqlama həbləri bu dərmanlar
sırasındadır. Amoftamin aclığı fərddən uzaqlaşdırır və
tədricən həmin şəxs arıqlayır. Tərkibindəki narkotik
maddə istifadəçini arıqladaraq, özünə bağlı vəziyyətdə
saxlayır və sonda isə, vərdiş etmiş bir narkoman halına
gətirib çıxarır. Vaxtilə bu dərmanlar çox reklam edilirdi.
2
Habelə, illərlədir ki, enerji yolu ilə müalicə reklam edilir,
hansı ki səhiyyə nazirliyi zahirən faydalı olan bu əməlin
mənfi
təsirləri
haqda
xalqa
xəbərdarlıq
edərək
bildirmişdir ki, enerji yolu ilə müalicə, xəstələrin
müalicəsində
çatışmazlıqlara
və
onların
elmi
müalicələrinin gecikməsi və ya dayanmasına səbəb olur.
3
Ölkənin
səhiyyə
nazirliyi
bildirdi
ki,
ölkədə
xəstəxanalarda
yatan
xəstələrin
8%-i
dərmanın
zərərindən yaranan xəstəliklə xəstəxanalara daxil
olurlar.
4
Demək
istədiyimizi
budur
ki,
təsdiq
edilən
dərmanların bir çoxu, zərərlərə malikdir. Bu zərərlər
zaman ötdükcə (insanlar dəyişdikcə) üzə çıxır. Çox
güman ki, musiqi ilə müalicə də, yuxarıdakı nümunələr
və yüzlərlə başqa nümunələr kimi, uzun illər ötdükdən
sonra öz mənfi təsirlərini üzə çıxarda bilər.
1
“Səlamət” həftəlik jurnalı, 70-ci sayı, 1358-ci il (h.ş).
2
“Səlamət” həftəlik jurnalı, 58-ci sayı, 1358-ci il (h.ş), səh.11.
3
“Səlamət” həftəlik jurnalı.
4
“Səlamət” həftəlik jurnalı, 18-ci sayı, 1384-ci il (h.ş).
|