92
siqaret çəkdiyimiz vaxt yorğunluğumuz aradan qalxır və
rahatlanırıq" deyirlər. Ancaq bu tip insanların nəzərlərinə
çatdırıram ki:
Hər şeydən əvvəl, siqaret aramlığa səbəb olsa və ya
sizin yorğunluğunuzu aradan qaldırsa da, bu bir aldadıcı
aramlıqdır. Bu eynilə, ağrını müvəqqəti olaraq
sakitləşdirən ağrıkəsici dərmana bənzəyir, amma
əvəzində başqa xəstəlikləri bədənə daxil edir. Bu
şəxslərin işi o kəsə bənzəyir ki, 10 manatını ələ gətirmək
üçün minlərlə manat dalğaca xərcləyir. Yəni bir
narahatlığı aradan qaldırmaq üçün, siqaret çəkmək
nəticəsində yüzlərlə narahatlıq özünə əlavə edir.
Bundan əlavə, alimlərin sübuta yetirdiklərinə əsasən,
siqaret düşkünlüyə səbəb olur. Aşağıdakı tədqiqata
diqqət edin.
"İransəlamət" xəbər agentliyinin məlumatına görə
"Oslo" universitetinin alimlərinin araşdırmalarına əsasən,
siqaret çəkən şəxslərdə düşkünlüyün ehtimalı daha
artıqdır. "Royterz"dən verilən məlumatda bildirilir ki,
Norveç alimlərinin 18 yaşlı 1190 nəfər üzərində 11 il
araşdırması göstərir ki, siqaret çəkənlər siqaret
çəkməyənlərdən daha çox düşkünlüyə düçar olur və
düşkünlüyün dərəcəsi fərdin gündəlik çəkdiyi siqaretin
sayına bağlıdır.
1
Dostları ilə paylaş: