141
Milli Qəhrəmanlar
40
illiyi
Famil İsgəndərov
1975-1995
MA
Y
Famil İsgəndər oğlu İsgəndərov
1975-ci il may ayının 15-də Bakı
şəhərində doğulmuşdur.
1991-ci ildə 157 saylı orta
məktəbi
bitirmişdir.
1993-cü ildə Binəqədi rayon Hərbi
Komissarlığı tərəfindən Milli Ordu sı-
ralarına çağırılmış,
Ağdərə və Tərtər
bölgələrində gedən qanlı döyüşlərdə
iştirak etmişdir. Murovdağın geri qay-
tarılması zamanı ayağından yaralan-
mışdır.
1995-ci ilin martında
dövlət
çevirilişinə cəhdin qarşısını alan dəstənin
tərkibində igidlik göstərmişdir.
1995-ci il martın 17-də döyüş yol-
daşlarını xilas edərkən ağır yaralanmış
və həyatını xilas
etmək mümkün olma-
mışdır.
Azərbaycan Respublikası Prezi-
dentinin 4 aprel 1995-ci il tarixli 307
saylı Fərmanı ilə İsgəndərov Famil
İsgəndər
oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Subay idi.
Bakı şəhərininin Şəhidlər Xiyaba-
nında dəfn edilmişdir.
Təhsil aldığı 157 saylı orta
məktəb
qəhrəmanın adını daşıyır. Məktəbdə
büstü qoyulmuşdur. Yaşadığı binanın
önünə xatirə lövhəsi vurulub.
Dağıstan Muxtar Respublika-
sı Qasımkənd
rayonunun Uluqadağ
kəndindəki orta məktəb onun adını da-
şıyır.
Dostları ilə paylaş: