142
Milli Qəhrəmanlar
55
illiyi
Kərəm Mirzəyev
1960-1992
MA
Y
Kərəm Ərşad oğlu Mirzəyev 1960-cı
il may ayının 20-də Qubadlı rayonunun
Xanlıq kəndində doğulmuşdur.
Doğma
kəndlərində orta məktəbi
bitirdikdən sonra 1978-ci ildə Azərbaycan
Dövlət İnşaat Mühəndisləri İnstitutuna
daxil olmuşdur.
1983-cü ildə təhsilini başa vuraraq,
Qubadlıya qayıtmışdır.
1983-1985-ci
illərdə Sovet Ordusu
sıralarında Arxangelsk və Murmansk
şəhərlərində tank qoşun hissələrində
hərbi xidmətdə olmuşdur. 1990-cı
ilə qədər
tikinti idarəsində müxtəlif
vəzifələrdə çalışmışdır.
1990-cı ildə Qubadlı rayon Polis
Şöbəsində sahə müvəkkili kimi işə baş-
lamışdır. DİN
gənc polis zabitini Ka-
lininqrad Ali Hüquq Akademiyasına
göndərmişdir. Vətənin başını qara bu-
ludlar alanda Kərəm Mirzəyev də əlinə
silah alaraq vətəninin müdafiəsinə qalx-
mışdır.
1991-ci ildə polis yoldaşları ilə
birlikdə düşmənin Gorus rayonunun
Şurnuxu kəndində yerləşən
beş strateji
postunu sıradan çıxarmışdır. “Lələzar”
əməliyyatında da Kərəmin böyük
xidmətləri olmuşdur.
1992-ci il oktyabrın 1-də Laçın rayo-
nunun Mazutlu kəndində iki gün davam
edən şiddətli
döyüş nəticəsində Kərəm
döyüş meydanında yoldaşlarını xilas
edərkən özü qəhrəmancasına həlak ol-
muşdur.
Azərbaycan Respublikası Prezidenti-
nin 11 may 1993-cü il tarixli 599 saylı
Fərmanı ilə Mirzəyev Kərəm Ərşad oğ-
luna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmişdir
Ailəli idi. Bir oğlu yadigar qalıb.
Qubadlı rayon Xanlıq
kəndində dəfn
edilmişdir. Xanlıq kənd orta məktəbi
qəhrəmanın adını daşıyır.
Dostları ilə paylaş: