143
Milli Qəhrəmanlar
65
illiyi
Maşallah Abdullayev
1950
MA
Y
Abdullayev Maşallah Babakişi oğlu
1950-ci il may ayının 27-də Goranboy
rayonunun
Kəpənəkçi kəndində anadan
olmuşdur.
Səkkizillik təhsilini doğma kəndlə-
rində almış,
sonra fəhlə gənclər məktə-
bində davam etdirmişdir.
1969-cu ildə hərbi xidmətə çağırıl-
mışdır. 1971-ci ildə Kerç şəhərindən
ordudan tərxis olunandan sonra Bakıya
gələrək Neft Daşlarında işə başlamışdır.
1973-cü ildə Bakı Bədən
Tərbiyəsi
Texnikumuna qəbul olunmuş, oranı
bitirdikdən sonra 1975-ci
ildə təyinatla
təhsil aldığı Kəpənəkçi kənd orta
məktəbinə müəllim göndərilmişdir.
Düşmənlərə qarşı mübarizə başlayanda
Maşallah
Abdullayev də erməni qul-
durlarına qarşı mübarizəyə qoşulan ilk
könüllülərdən olmuşdur. Ağcakəndin
ermənilərdən
təmizlənməsində xüsusi
xidmətlər göstərmişdir.
Azərbaycan Respublikası Preziden-
tinin 23 iyun 1992-ci il tarixli 6 say-
lı Fərmanı ilə Abdullayev Maşallah
Babakişi oğluna “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adı verilmişdir.
1992-ci ildə Respublika Müdafiə
Nazirliyi
nəzdində briqada komandi-
rinin müavini vəzifəsinə təyin edilmiş,
Tərtər, Goranboy, Yevlax ərazilərinə
nəzarət etmişdir. Mayor
rütbəsinə qədər
yüksələn Maşallah Abdullayev 1992-ci
ildən 1993-cü ilə qədər Goranboy Rayon
İcra Hakimiyətinin başçısı vəzifəsində
işləmişdir.
İgidliyə görə general M.Əsədov adı-
na mükafata layiq görülmüşür.
Dostları ilə paylaş: