146 Mədəniyyət.Maarif.Elm 95 illiyi Şamil Cəmşid 1920-2008 MA Y Şamil Allahverdi oğlu Cəmşidov
(Şamil Cəmşid) 1920-ci il may ayı-
nın 5-də Ağcabədi rayonunda anadan
olmuşdur. Orta məktəbi Xəlfərəddin
kəndində bitirdikdən sonra 1939-cu
ildə hərbi xidmətə çağırılmış, İkin-
ci Dünya müharibəsində iştirak et-
miş, döyüşlərdə ağır yaralanmış,
müalicədən sonra II dərəcəli əlil kimi
ordudan tərxis edilmişdir. 1943-1944-
cü illərdə radio verilişləri redaksi-
yasında müvəkkil işləmişdir. 1944-
1949-cü illərdə Azərbaycan Dövlət
Universitetində oxumuşdur. Sonra
təyinatla Ağdam ikiillik müəllimlər
institutuna göndərilmiş, burada baş
müəllim kimi elmi-pedaqoji fəaliyyətə
başlamışdır. 1953-cü ildə bu insti-
tut ləğv olunandan sonra Ağcabədi
rayonunun Xəlfərəddin kənd orta
məktəbində dil-ədəbiyyat müəllimi,
“Ağcabədi pambıqçısı” qəzetinin
məsul katibi olmuşdur. 1957-ci ildə
Azərbaycan Respublikası Elmlər Aka-
demiyası Əlyazmalar Fonduna (indiki
institutuna) kiçik elmi işçi vəzifəsinə
dəvət olunmuşdur. 1968-1986-cı illər
böyük elmi işçi, 1986-1990-cı illər isə
aparıcı elmi işçi işləmişdir. 1990-cı
ildən ömrünün sonunadək Əlyazmalar
İnstitutunda baş elmi işçi vəzifəsində
çalışmışdır. Onun elmi istiqaməti
qədim yazılı abidələr, klassik irs və
şifahi xalq ədəbiyyatının elmi-tənqidi
mətnini tədqiq etmək olmuşdur. “Kita-
bi Dədə Qorqud” ədəbi abidəsini uzun
illərdən bəri öz elmi-tədqiqat obyektinə
çevirmişdir. Bu mövzuda 1965-ci ildə
namizədlik, 1985-ci ildə isə doktor-
luq dissertasiyası müdafiə etmişdir.
Elmi araşdırmaları ABŞ, Türkiyə, İran
mətbuatında dərc olunmuşdur. 200-
dən artıq məqaləsi dövri mətbuatda
çap olunmuşdur.
Bədii yaradıcılığa 15-16 yaşla-
rında başlasa da, 50-ci illərdən sati-
rik şeirləri, Sabiranə bəhri-təvilləri
“Ədəbiyyat qəzeti”ndə, “Kirpi” jur-
nalında, “Gənclik” almanaxında və s.
müntəzəm çap edilmişdir. 1990-cı ildən
Türkiyə Respublikası I Millətlərarası
Böyük Azərbaycan Konqresinin iş-
tirakçısıdır. Beynəlxalq konfrans və
elmi simpoziumlarda (Paris, Drezden,
Ankara) çıxış etmişdir. 1999-cu ildə
Atatürk adına Dil qurumunun fəxri
üzvü seçilmişdir.
1993-cü ildən Yazıçılar Birliyinin
üzvü idi.
Görkəmli alim Vətən və xalq qar-
şısında xidmətlərinə 1999-cu ildə
“Əməkdar elm xadimi” fəxri adına la-
yiq görülmüşdür. Bir çox orden, medal
və Fəxri fərmanlarla təltif edilmişdir.
Şamil Cəmşidov 2008-ci il dekabr
ayının 8-də vəfat etmişdir.