147
Mədəniyyət.Maarif.Elm
105
illiyi
Cəfər Xəndan
1910-1961
MA
Y
Cəfər Zeynal oğlu Hacıyev (Cəfər
Xəndan) 1910-cu il may ayının 8-də
İrəvan şəhərində müəllim
ailəsində do-
ğulmuşdur. 1918-ci ildə ailəsi Gəncəyə
köçmüş, ata-anasının burada vəfat
etməsi səbəbindən kimsəsiz qalan ki-
çik qardaş və bacısı ilə 1925-ci ilədək
Gəncədəki uşaq evində yaşamışdır.
Gəncə Pedaqoji texnikumunu bi-
tirmişdir. 1925-1929-cu illərdə ADPİ-
nin dil
və ədəbiyyat fakültəsində
təhsil almış, həm də fəhlə fakültəsində
müəllimlik etmişdir. 1932-1941-ci
illərdə aspiranturaya daxil olmuş, eyni
zamanda institutun Ədəbiyyat kafed-
rasının
assistenti, sonra dosenti kimi
fəaliyyət göstərmişdir. M.F.Axundov
adına Müəllimlər İnstitutunun Dil
və ədəbiyyat fakültəsinin dekanı,
Azərbaycan Dövlət Pedaqoji İnstitutu-
nun kafedra müdiri, Azərbaycan Elmlər
Akademiyasının Dil və Ədəbiyyat İnsti-
tutunda şöbə müdiri,
həm də Azərbaycan
Yazıçılar İttifaqında təşkilat katibi,
“Ədəbiyyat qəzeti” redaksiyasının
məsul katibi, “Gənc işçi” qəzeti redak-
siyasında ədəbiyyat şöbəsinin müdiri
vəzifələrində işləmişdir.
1938-ci ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvü olmuşdur.
1939-cu ildə filologiya
elmləri
namizədi alimlik dərəcəsi almış-
dır. “1906-1946-cı illərdə Cənubi
Azərbaycan xalqının milli azadlıq
mübarizəsi və onun bədii ədəbiyyatda
inikası” mövzusunda doktorluq disser-
tasiyası müdafiə etmişdir.
1941-ci ildə səfərbərliyə alınmış, so-
vet ordusu tərkibində siyasi rəhbər və
jurnalist kimi alman işğalçılarına qarşı
vuruşmuşdur. O, 1944-1946-cı illərdə
Cənub-Qərb, Şimali Qafqaz, Zaqafqa-
ziya cəhbələrində siyasi şöbənin baş
təlimatçısı, cəbhə qəzetlərində (“Vo sla-
vu Rodinı”, “Vpered k pobede”, “Bo-
ets RKKA”, “Vətən yolunda”)
məsul
redaktorun müavini olmuşdur. 1946-
1947-ci illərdə ordu sıralarından tərxis
olunandan sonra Azərbaycan Dövlət
Universitetinin Azərbaycan ədəbiyyatı
kafedrasında dosent, eyni zamanda
“Kommunist”
qəzetində Mədəniyyət və
məişət şöbəsinin müdiri işləmişdir.
1947-1950-ci illərdə ADU-nun fi-
lologiya fakültəsinin dekanı, 1954-cü
ilədək rektoru işləmişdir. 1954-1961-
ci illərdə yenidən Azərbaycan Dövlət
Universitetinin Sovet ədəbiyyatı kafed-
rasının müdiri olmuşdur. 1949-cu ildə
professor elmi rütbəsini almışdır.
“Qırmızı ulduz” (1942), “Qırmızı
Əmək Bayrağı” (1946) ordenləri, “Qaf-
qazın müdafıəsinə görə”, “Almaniya
üzərində qələbəyə görə” medalları,
Fəxri fərman və hədiyyələrlə mükafat-
landırılmışdır.
Cəfər Xəndan 1961-ci il avqust ayı-
nın 10-da Bakıda vəfat etmişdir. Bakı
küçələrindən biri onun adını daşıyır.
Dostları ilə paylaş: