ÔÈÊÐßÒ ÃÎÚÀ
SE×ÈËÌÈØ
ßÑßÐËßÐÈ
Û ÚÈËÄ
Áàêû
–
2014
2
Ôèêðÿò Ãîúà
Buraxılışa məsul:
Gülxani Pənah
Filologiya üzrə fəlsəfə doktoru
Redaktor:
Tovuz Teymurova
Fikrət Qoca. Seçilmiş əsərləri. I cild.
Bakı, UniPrint, 2014.
Xalq şairi Fikrət Qoca 80 illik yubileyi ərəfəsində
Seçilmiş əsərlərinin çapında göstərdiyi mənəvi və
maddi dəstəyinə görə Ağdaş rayonunun millət vəkili
Çingiz Əsədullayevə öz minnətdarlığını bildirir.
ISBN 978-9952-440-24-9
© F.Qoca, 2014
3
Ñå÷èëìèø ÿñÿðëÿðè
ŞAİR FƏRDİYYƏTİ
(Fikrət Qocanın portretindən cizgilər)
Bir zamanlar Fikrət Qoca, Fikrət Sadıq, Ələkbər Salahza-
də kimi cavan şairlər haqqında belə deyənlər tapılırdı ki, guya
onlar Rəsul Rza sayağı yazırlar və buna görə də Xalq şairi onla-
rı öz qanadı altına alır... Lakin zaman bu mülahizənin yanlışlı-
ğını dönə-dönə sübut etdi. Müxtəlif xalqların ədəbiyyat tarixlə-
rindən məlum olduğu kimi, hətta ən qüdrətli sənətkarlara da
bənzəmək, onları təkrar etmək, yamsılamaq, heç vaxt əsl sənə-
tin, böyük poeziyanın yolu olmayıb və təqlidçilər həmişə uğur-
suzluğa məruz qalıblar.
Bütün həqiqi şairlər kimi, R.Rza da sənətdə “özünə bən-
zəyənləri” xoşlamırdı. Gənc qələm sahibləri arasında elə şair-
ləri sevir və yeri gələndə havadarlıq da edirdi ki, onlar təzə və
təravətli yazır, yeni söz deyirdilər, yaxud deməyə can atırdılar.
Fikrət isə hələ gənc şair kimi fəaliyyətə başladığı ilk illərdə təq-
liddən, təkrardan bacardıqca uzaq qaçır, az yazır, bəzən qüsurlu
şeirlər də çap etdirir, lakin bir qayda olaraq öz sözünü - təzə
sözünü deyirdi. R.Rzada rəğbət oyadan da birinci növbədə
cavan şairin şeirlərindəki məhz bu cəhd, bu meyl idi. Baxın,
Xalq şairimiz hələ təqribən 25 il bundan əvvəl necə uzaqgö-
rənlik nümayiş etdirmişdi. Gəlin, R.Rzanın özünə meydan
verək, görək bu barədə nə deyib: “F.Qocanın şeirlərində məni
sevindirən bu şeirlərin əksəriyyətində olan qüvvətli yenilik his-
sidir... Onun ən yaxşı şeirlərində mədəni bir şairin, ürəyi sözlə
dolu... Bir insanın, nəyə isə məhəbbət, nəyə isə nifrət aşılamaq
istəyən bir şairin səsini eşidirik. Bu səs hələ bərkiyib polad cin-
giltisinə dönməmişdi. Bu səsin xoş ahəngi bəzən qırılır. Lakin
bu səs Azərbaycan sovet poeziyasının yeni nəğmələrində özü-
nəməxsus bir yer tutmağa başlayır”.(R.Rza. “Mənim fikrimcə”.
4
Ôèêðÿò Ãîúà
B., 1967, səh.166-167). Ustad sənətkar bu sözləri ona görə belə
inamla yazmışdı ki, Fikrət Qoca o vaxt həqiqətən də təzə söz
demək təşəbbüsü ilə poeziya dünyasına ayaq basan gənc iste-
dadlardan biri idi. Bu çox mühüm xüsusiyyət on illər ərzində
F.Qocanı tərk etməmiş, hətta daha da inkişaf edərək onun ya-
radıcılıq simasını, şair fərdiyyətini müəyyən edən keyfiyyət
göstəricisi olmuşdur. F.Qoca heç kimə yox, özünə bənzəyən
şairdir. Onun şeirlərindəki səs F.Qoca səsi, şəxsiyyət və sənət-
kar şakəri F.Qoca şəxsiyyəti və şakəridir.
Fikrət Qocanın lirik qəhrəmanının yetkinləşməsində sü-
rətlə dəyişib inkişaf edən, çox böyük epoxal hadisələrlə zəngin
olan ictimai varlıqla, zəmanəmizin ruhu ilə yanaşı, şairin tər-
cümeyi-halındakı bəzi konkret məqamlar da az rol oynama-
mışdır. O, 1935-ci ildə Ağdaşın Kotanarxı kəndində doğulmuş,
on nəfərlik ailədə böyümüşdür. Çoxumuz kimi onun da uşaqlığı
müharibə başlayanda bitmiş, məktəb çağları qələbədən sonrakı
ilk illərdə qurtarmışdır. O çox çətin zamanda bir uşağın, bir
yeniyetmənin nəsibi olan isti-soyuğu Fikrət bəlkə də bir qədər
artıqlaması ilə görmüşdür.
Mənim yaxşı tanıdığım, ixtisasca həkim, ruhən isə şair
olan atası Göyüş kişinin evdə oxuduğu əsərlərin, poeziyaya dair
ailə üzvləri ilə etdiyi söhbətlərin Fikrətin ilk qələm təcrü-
bələrinə müəyyən təsiri olmamış deyil. Axtarsan, Fikrətin həs-
sas uşaq qəlbinə ilk şeir qığılcımının bəlkə də elə bu vaxt, bu
söhbətlər zamanı düşdüyünü görərsən. Respublikamızın Qasım
İsmayılov, Zərdab rayonları, xüsusən, Ağdaşın Kotanarxı və
Üçqovaq kəndləri Fikrətin öz atası və ailəsi ilə birlikdə gəzdiyi,
yaşadığı, görüb-götürdüyü məntəqələrdir. Onun ilk şeirlərini də
uşaq dodaqları elə bu zaman pıçıldamağa başlamışdır. Lakin bu
təşəbbüslərin yalnız bəziləri illər keçdikdən sonra qanad açmış,
pərvazlanıb ucalmış, artıq sərbəst həyat yollarına qədəm qoyan
müəllifini arzu və xəyallarının al-əlvan mənzillərinə uçurmuş-
dur. Fikrət Ağdaş şəhərində Nizami adına orta məktəbi bitirmiş,
respublikamızın paytaxtında texnikum təhsili görmüş, bir müd-
5
Ñå÷èëìèø ÿñÿðëÿðè
dət Bakı metrosunun tikintisində ç alışmışdır. Poetik istedadını
görən və gələcəyinə ümid bəsləyən Yazıçılar İttifaqı Fikrəti
Moskvaya göndərmiş, o, 5 il Qorki adına Ədəbiyyat İnsti-
tutunda təhsil almış, biliyini, təcrübəsini artırmış, sənət
haqqında dünyagörüşünü zənginləşdirmiş, görkəmli şairlərlə
yaradıcılıq əlaqələrində olmuş, özü də bir şair kimi püxtələş-
mişdir. “Bacıqızı” adlı ilk şeiri Bakıda, “Kirpi” jurnalının səhi-
fələrində (1956), “Qağayı” adlı ilk şeirlər kitabı isə Moskvada
tələbəlik illərində Azərbaycan Dövlət Nəşriyyatında buraxıl-
mışdır (1963). On beş kitabın müəllifidir. F.Qoca mətbuat or-
qanlarında, Azərbaycan Yazıçılar İttifaqında çalışmışdır. 1979-
cu ildən respublikamızın Əməkdar incəsənət xadimidir. On
ildən artıq bir müddətdə “Azərbaycan” jurnalının redaksiya-
sında poeziya şöbəsinin müdiri olmuşdur. Hazırda “Qobustan”
incəsənət toplusunun baş redaktorudur. Azərbaycan yaradıcı zi-
yalılarının bir nümayəndəsi, bir şair kimi F.Qoca ölkəmizin bir
sıra milli respublikalarına getmiş, səfərlərində də ənənəvi mar-
şrutları “pozaraq” Sibirdə, Baykal sahillərində Uzaq Şərqdə,
Altay dağlarında və s. yerlərdə olmuş, Avropa, Asiya, Afrika və
Amerika qitələrinin bir sıra ölkəsində Azərbaycan poeziyasını
təmsil etmişdir. Onun Macarıstan, Almaniya Demokratik Res-
publikası, Kuba, Qvineya-Bisau, Yuqoslaviya, Qərbi Berlin,
Vyetnam və s. olkələrdə olması, qısa və uzun müddətli ezamiy-
yətləri, görüşləri, gəzişləri və axtarışları həmin ölkələr ba-
rəsində yazdığı bədii və publisistik əsərlərin motivlərinə çev-
rilmişdir.
F.Qocanın əsərləri, poetik topluları respublikamızın hü-
dudlarını çoxdan aşıb, Ümumittifaq oxucusunun malı olmuş-
dur. Onun “Literaturnaya qazeta” və “Komsomolskaya pravda”
səhifələrində, “Drujba narodov”, “Znamya”, “Novıy mir” jur-
nallarında görkəmli rus şairlərinin tərcümələrində və xarici dil-
lərdə dəfələrlə şeirləri, mərkəzi nəşriyyatlarda isə kitabları bu-
raxılmışdır.
6
Ôèêðÿò Ãîúà
Oxuduğumuz bir sıra hekayə və povestləri göstərir ki,
F.Qoca çoxdan bəridir şeirlə yanaşı arabir nəsr yaradıcılığı ilə
də məşğul olur. Mənim nəzərimə çarpan ilk nəsr əsərini – “Qar
əriyir” povestini təqribən 20 il bundan əvvəl yazmışdır. Bir sıra
maraqlı hekayə və povestlərdən sonra qələmini epik janrın daha
mürəkkəb və məsuliyyətli forması olan romanda sınayan Fikrət
1987-ci ildə aktual mövzuda “Kələfin ucu” romanının birinci
hissəsini oxuculara təqdim etmişdir. Birinci hissəsi ayrıca kitab
halında çap olunmuş bu əsər üzərində yaradıcılıq işini davam
etdirən müəllif romanın ikinci hissəsini 1989-cu ildə “Azərbay-
can” jurnalında nəşr etdirmişdir.
F.Qocanın ayrı-ayrı əsərləri və sənətkar taleyi barədə
Bakıda, Moskvada və xaricdə dəfələrlə yazılmış, xalq şairimiz
B.Vahabzadə və B.Azəroğlu, eləcə də Anar, S.Rüstəmxanlı, bu
sətirlərin müəllifi və digər tənqidçilər, ədəbiyyatşünaslar F.Qo-
caya həsr olunmuş xüsusi məqalələr dərc etdirmişlər. Onun özü
də müxtəlif vaxtlarda öz ağsaqqal qələm yoldaşları olan Xalq
şairlərimiz S.Rüstəm və R.Rza haqqında, bəstəkar Q.Qarayev,
müğənni Polad Bülbüloğlu və Qədir Rüstəmov barəsində və s.
məqalələr yazmışdır. Fikrətin “Gəlin bu qapını açaq” məqaləsi
Azərbaycanda kitabxanaların yarıtmaz vəziyyəti və bu işi lazı-
mi səviyyəyə qaldırmaq barəsində düşüncələrdən, “Naxırçı
sorağında” adlı kəskin ruhlu çıxışı isə müasir kənd, onun adam-
ları və təxirəsalınmaz problemləri ilə bağlı işgüzarlıqla yazılmış
səmimi mülahizələrdən ibarətdir. Lakin nə hekayə və povestlə-
rinin, nə də “Kələfin ucu” romanının məna və əhəmiyyətini
azaltmadan deyə bilərəm ki, F.Qoca öz oxucusunun nəzərində
hər şeydən əvvəl görkəmli, istedadlı bir şairdir və onun ayrı-
ayrı roman, povest və hekayələrini biz bu orijinal şairin maraqlı
nəsr əsərləri kimi qəbul edirik.
Mənim şəxsi qənaətimə görə, F.Qocanın “Seçilmiş əsər-
ləri”(1989) onun bu günə qədər nəşr olunmuş bütün kitabların-
dan həm zahiri cəhətdən (həcmcə, bədii tərtibcə), həm də
mahiyyət etibarilə əsaslı surətdə seçilir. Kitabdakı poema və
7
Ñå÷èëìèø ÿñÿðëÿðè
şeirlər sözün çeynənmiş mənasında yox, ilkin, müstəqim, san-
ballı mənasında müasir və aktualdır. Onların heç birinin altında
yazılma, yaxud nəşr ilini göstərən rəqəm yoxdur. Bunu tərtib-
çinin səliqəsizliyi, yaxud naşirin unutqanlığı ilə izah etmək
səhv olardı. Əslində isə, hər halda mən bu fikirdəyəm ki, F.Qo-
ca bununla son illərdəmi, yaxud 10-15 il bundan əvvəlmi yazıb
dərc etdirdiyindən asılı olmayaraq, bütün şeirlərini yaradıcılıq
cəsarəti və səmimi bir ərklə oxucularına təqdim edir, onların
məhz bu günün tələbləri baxımından ələk-fələk ediləcəyindən o
qədər də nigaran qalmır.
Bu sözlərim, bəlkə də, bəzilərində rəğbət oyatmayacaq.
Axı son illərdə cəmiyyətimizin həyatı üçün səciyyəvi hal olmuş
ictimai, ideoloji sarsıntılar və bütünlükdə yenidənqurma prosesi
elə vəziyyət əmələ gətirmişdir ki, bir qisim şairlər nəinki şəx-
siyyətə sitayiş illərində, hətta, ümumiyyətlə, 85-ci ilin baharına-
dək yazdıqları əsərlərin heç də hamısını bir daha nəşr etdirmək
istəməzdilər. Bu, həmin şairlərimizin, bütünlükdə poeziyamızın
qüsuru olmaqla yanaşı, həm də şəxsiyyətə sitayiş və durğunluq
zamanlarının özləri ilə şərtlənən faciəsidir.
F.Qocanın şeirləri isə vaxtın, müasirliyin ötəri, keçici
təsirlərinə məruz qalmayıb. Onun yaradıcılığının bu məziyyəti
barədə danışmaq vacibdir. Məncə, bu məziyyəti yalnız şəxsi
keyfiyyət kimi izah etmək doğru olmazdı. Burada Fikrətin po-
eziyaya gəldiyi dövrün dərslərinin, ədəbi-ictimai meyarlarının
da rolu böyükdür. Məlumdur ki, F.Qoca 60-cı illər nəslinə mən-
sub şairdir. Bu nəsil bir çox cəhətdən indiki təbirdən istifadə
edib desək, 60-cı illərin yenidənqurması şəraitində formalaş-
mışdır. Həmin nəsil əvvəlki nəsillərin yaradıcılığının məruz
qaldıqları çox sınaqlardan xəbərdar oldu və bu cəhət gənc şair-
ləri poziyanın vəzifəsi, xalq mənəviyyatının inkişafında yeri,
rolu, sənətin taleyi barədə dərindən düşünməyə vadar etdi.
F.Qocanın əksər şeirlərinin, poemalarının mövzusu və mətləb-
cə, ruhca köhnəlməməsinin bir səbəbi də məncə, elə bu amillə
bağlıdır.
8
Ôèêðÿò Ãîúà
Bir sıra qələm yoldaşları kimi, F.Qocanın da yaradı-
cılığında konyuktura əlamətləri, demək olar ki, yox dərəcəsin-
dədir. Həyatın özündən, onun dərin qatlarından, mürəkkəb in-
san talelərindən bəhs edən bu əsərlər vaxtilə bəzilərinin dodaq
büzdüyünə baxmayaraq, o zaman da gərəkli və aktual idi, indi
də. Güman edirik ki, sabahın oxucuları və poeziya həvəskarları
da öz dövrünə güzgü tutan, düzü-düz, əyrini-əyri əks etdirən bu
əsərlərə laqeyd qalmayacaqlar. Bəs, buna səbəb nədir? Səbəb
budur ki, şair elə o vaxt yazdığı şeirləri ilə on illər boyu cəmiy-
yətimizdə hökm sürmüş durğunluğa, amiranə idarə sisteminə,
onun acı nəticələrindən biri olan adamlar arasındakı süni
münasibətlərə öz açıq etirazını dönə-dönə bildirmişdi.
Yanğın salmaq istəyirəm
Ütülənmiş, sığallanmış iclaslara,
Göz yaşından məhrum yaslara.
Yanğın salmaq istəyirəm
“Anadan müdir doğulanların”
Quru ədasına, soyuq səsinə,
...Kitabların, qəzetlərin, soyuq səhifəsinə.
Cəmiyyətimizin həyatındakı çox ciddi nöqsanlara, mənə-
viyyatlarda kök salmış eybəcərliklərə qarşı barışmaz ifşaçı mü-
nasibət, şairin bir çox digər əsərlərinin də ideya-bədi mahiyyə-
tini müəyyən edən əsas meyardır. Mənaca bu əsərlə səsləşən və
mahiyyətcə onu tamamlayan “Cəsarət” şeiri də indi durğunluq
dediyimiz o ağır vaxtın özündə doğulduğuna baxmayaraq, hər
şeydən öncə məhz durğunluğa, ətalətə, ölgünlüyə, cəsarətsizliyə
qarşı şairin ağır ittihamı deyilmi?
...Cəsarətsiz iclasları
Açılmamış bağlayın!
Cəsarəti öldürə bilmərik, sən, mən.
Cəsarətimiz təqaüdə çıxsaydı
9
Ñå÷èëìèø ÿñÿðëÿðè
Əhalimiz xalq olmazdı,
Torpağımız vətən.
Fikrət Qocanın əsərləri arasında məramnamə - şeirlər,
deklorativ bəndlər, şüar-misralar demək olar ki, yoxdur. Lakin
adsız bir şeirindəki bu misralar şairin lirik qəhrəmanının başqa
əsərlərindən bizə yaxşı bəlli olan xarakteri üzərinə gur işıq
saldığı üçün ondan yan keçmək olmur.
Titrəmək yaraşmır insan səsinə,
Zəfərlə yaşayaq, zəfərlə ölək.
Mənim məzarım da Yer kürəsinə
Düşəcək bir nida işarəsi tək!
Namərdəm məsləksiz gözlərim gülsə.
...Məsləkim uğrunda bina tikilsə,
Qoy məni hörsünlər bünövrəsinə.
Şairin ən uğurlu şeirləri əslində keçdiyimiz yollar, dünəni-
miz, bu günümüz haqqında sənətkar təhkiyəsi, poetik nağıllar-
dır. Onların sevinc doğuranları da var; kədərləndirən, düşün-
dürüb-daşındıran, həyəcanlandıran nağıllar isə daha çoxdur.
Fikrət ağrılı problemlərdən danışmağı üstün tutan şairlərimiz-
dəndir. Məsələn, vaxtilə Azərbaycanın həqiqətən dilbər guşələ-
rindən biri olan Samuxa və onu adı ilə dillərə düşmüş qalın
meşələrə, bu meşələrin cüyür-ceyranına, şirinə-pələnginə tutu-
lan divan haqqında misralar adamı təlatümə gətirir. Kür üzə-
rində elektrik stansiyası tikintisi ərəfəsində su altında qalıb
əbədilik qurban gedən meşənin faciəsinə, canlıların ah-naləsinə
necə laqeyd qalmaq olar?! Bu qeyri-normal vəziyyəti doğuran-
lara qarşı F.Qoca ən müxtəlif ədəbi vasitələrdən istifadə edərək
hücuma keçir. Ona-buna yarınıb yaltaqlanmaqla baş girləyən,
adamların taleyini aldığı ənamlara, təltiflərə qurban verən bəzi
rəhbərlər sallaqxanada sürü qabağına düşüb soydaşlarını qırğı-
na aparan, öz xəyanəti üçün ovuc-ovuc kişmiş yedizdirən erkə-
10
Ôèêðÿò Ãîúà
cin timsalında kiçik bir şeirin hüdudları dairəsində ibrətamiz
tərzdə ifşa edilirlər. Şairin qəti qənaətinə görə insan ömrü ancaq
böyük, nəcib, ülvi məqsədlər uğrunda sərf olunduqda bu sözün
tam həqiqi mənasında insan ömrüdür.
Ürəyinin astarını üzə çevir,
Damla gözlərini dənizə çevir.
İşlət, qoy açılsın beyninin pası.
Fikrinin önündə qırılacaqdır
Ulduzlu səmanın mavi yaxası.
Elm, texnika cəmiyyəti sivilizasiyanın hansı səviyyəsinə
qaldırırsa-qaldırsın, xalqa, kökə, elə-obaya bağlılıqdan qopar-
mamalıdır. Doqqaz başında yabaya söykənib dayanmış baba-
ların ucalığı, paklığı var bu misaralarda:
Sənin əlin qabar-qabar,
Mənim ürəyim,
Onun beyni.
Hamımız eyni cür
Fəhləyik, qardaş,
Eyniyik, eyni!
(“Eynilik”)
Sosial vəziyyətindən, peşəsindən, cəmiyyətdəki mövqe-
yindən asılı olmayaraq, bu lirik qəhrəman insan birliyinin bütün
üzvlərinə eyni gözlə baxmağı, hər hansı sosial qrupa, yaxud
sinifə isə üstünlük verməməyi təlqin edir. Zatən axı, onların ha-
mısı bir yuvanın övladıdır. Şair adamlar arasında heç bir fərqə
baxmadan hər kəsin üzərinə ali vətəndaş məsuliyyəti qoyur:
İnsan kimi yaşasaq,
Yaşamalı dünyadı,
Gözəl dünyadı, vallah!
(“Gərəyim deyil”)
11
Ñå÷èëìèø ÿñÿðëÿðè
F.Qocanın lirik qəhrəmanı təbiətən həssasdır. O, hətta,
budağını quşlar, kölgəsini insanlar tərk etmiş ağacların hıçqırı-
ğını eşidir, duyur və öz şəxsi kədəri kimi yaşayır. Bu lirik qəh-
rəmanın ən həssas anlarından birinə “Quru çinarın nəğməsi”
şeirində rast gəlirik. Bu əsərdə təbiət özünün ən əlvan, ən zən-
gin çağında təsvir olunur. Necə deyirlər, gül bülbülü, bülbül də
gülü çağırır. Lakin belə bir vaxtda da lirik qəhrəmanın gözündə
quşlar qəmli, şehli lalələrin gözləri yaşlıdır. Laləli dağlar özləri
də onun nəzərində döyüşdən təzəcə dönmüş Babəkin qanlı köy-
nəyini xatırladır. O, bu kəndə gəldiyi üçün dərin peşmançılıq
duyğuları yaşayır. Bilirsinizmi nə üçün? Çünki... əri tərəfindən
döyülmüş bir qadını ağlayan görüb...
Ancaq Fikrətin qəhrəmanı yalnız kədər və qüssə duyğu-
ları, kövrək əhval-ruhiyyə yaşamır. Bu qəhrəmanın həyəcanlar
və qayğılar dünyası geniş və əhatəlidir. O, yeri gələndə qəzəb-
lənir də. Rüşvət puluna arvadına bər-bəzək, uşağına əlifba kita-
bı alanlara qəlbinin bütün gücü ilə üsyan edir, belələrini xəcalət
sütununa mıxlayır. Şair yaradıcı təfəkkürdən, yenilik hissindən
məhrum olub köhnə vərdişlə işləyən, ətrafda baş verən yeni-
liklərdən cin bismillahdan qorxan kimi qorxub qaçan insanları
iş yerinə buraxmamağa çağırır.
F.Qocanın çox iti, dəqiq müşahidə qabiliyyəti var. Şeirləri
belə bir fikri söyləməyə əsas verir ki, o, necə deyərlər, adamın
bu üzünə baxanda o biri üzünü də görür... Yaradıcılığının bu
keyfiyyəti haqqında çox maraqlı bir mülahizəni nəzərə çat-
dırmaq istərdim. Anar özünün “Sizsiz” adlı məşhur sənədli ro-
manında atasının vəfatı ilə bağlı o müdhiş gündə ürəyinə hakim
kəsilmiş duyğularını, üzücü yaşantılarını təsvir edərək yaz-
mışdır:
“Mənə elə gəlirdi ki, içəri dünyamın ən xəlvət hücrələrin-
də gizlətdiyim bu hisslərdən heç kəsin xəbəri yoxdur...Sən
demə...
Çarpayıda
Rəsul Rzanın
12
Ôèêðÿò Ãîúà
Üzünə çəkilib
Yüz illərin
Ağ yuxusu.
Anar təslim olub
Qısılıb küncə...
Saçlarından, üzündən
Axıb tökülür
Neçə ildir ürəyində
Gəzdirdiyi qorxusu.
Fikrət Qocanın “Rekviyem”ində atamın ölümünü, ölü-
mündən sonrakı ilk saatları təsvir edən sətirləri oxuyanda gör-
düm ki, “illər boyu ürəyimdə gəzdirdiyim qorxumu” gəzdirə bil-
məmişəm” (Anar.”Dünya bir pəncərədir”. Bakı, səh.377-378).
Hər bir azərbaycanlının qəlbinin sarı siminə çevrilmiş
Qarabağın vüqarlı zirvələri, sərt qayaları, Muğanın, Milin səfalı
yaylaqları, Talışın adama gəl-gəl deyən meşələri, çiçəkləri, ot-
ları, Kür, Araz çayları, Xəzər dənizi, ay, günəş Fikrətin şeirlə-
rində ürəyə yatan bədii obrazlara çevrilərək bir gündə yüz cür
çalar kəsb edən şair qəlbinin tərcümanı kimi yaşayır, xəyala
dalır, kədərlənir, sevinir.
Günəş payız yarpağı tək
Qopur düşür üfüqdən,
Qaranlığın saçlarına
Çılçıraqlar salır dən.
...Ay gümüşü kölgəsini
Sərib çölə, tarlaya,
Göy bənzəyir çiçək açmış
Yamyaşıl bir talaya.
Bu misralarda “axşam” sözü yoxdur. Lakin məhz qaş qa-
ralan, necə deyərlər, “şər qarışan” vaxt olduğu aşkardır. Görə-
sən, axşam şairin doğma yurdu Ağdaşın Kotanarxı kəndində
13
Ñå÷èëìèø ÿñÿðëÿðè
hamı üçün bu cür düşür? Yəqin ki, yox. Amma F.Qoca həmin
təbiət hadisəsini bu cür görür və ondan məhz bu şəkildə danışır.
Həsrət, heyranlıq, heyrət, yumor, kinayə, həyəcan, qəzəb
– F.Qocanın şeirlərində hərəsi öz yerində təzahür edən duy-
ğuların mükəmməl buketidir. Şair “Rədd olsun müharibə, hamı
sülhü qorumalıdır!” qəbilindən olan şüarlar demir, müharibənin
şikəst qoyduğu həmvətənlərimizə qarşı şəfqətli olmağa da
çağırmır. Lakin onun “Krıma qar yağıb” şeirində müharibədə
ayaqlarının ikisini də itirmiş bir kişi qızdırmanın şiddətindən
elə bir hala düşür ki, arvadına “qıçlarım üşüyür, ayaq barmaqla-
rımı ovxala” deyir. Bu şeirin soyuğuna üşüməyə bilmirsən. Bu
soyuq səni elə silkələyir ki, bütün varlığınla müharibə tö-
rədənlərə, bəşəriyyəti uzun müddət maddi və mənəvi qısırlığa,
adamları əlsizliyə - ayaqsızlığa, cəmiyyəti başsızlığa məruz
qoyanlara qarşı vulkan kimi püskürmək istəyirsən.
Sənətkarlıq baxımından Fikrətin istifadə etdiyi üsul və
vasitələr çoxcəhətli olub bir-birinə bənzəmir. Bəzən hətta o,
xalq danışıq dilində tez-tez işlənən elə ifadələrə yeni cizgi, yəni
cilvə verə bilir ki, ilk baxışda adi təsir bağışlayan həmin ifadə-
lər yeni, daha qüvvətli məna kəsb edərək Fikrətin əsərinə xü-
susi bir gözəllik gətirir.
Əgər çatılsaydı qaşın kamanı,
Kainat xətrinə dəysəydi əgər,
Elə silkələrdim mən asimanı
Ulduzlar tut kimi tökülərdilər.
Xalq danışıq dilinə məxsus olan “tut kimi tökülərdilər”
ifadəsi ilə “asiman”, ulduz və kainat kimi, necə deyərlər, “biz-
dən uzaq” kosmoqonik anlayışlar çox incə bir mətləbin ifadəsi
üçün qovuşdurulmuş və şeirin mənaca sanballı, ifadəcə ahəng-
dar çıxmasını təmin etmişdir. Ümumiyyətlə, dilin canli, bəzən
isə gözlənilməz ifadə formalarına yaradıcı münasibət Fikrət
14
Ôèêðÿò Ãîúà
Qoca şeirinə səlislik, rəvanlıq kimi çox dəyərli keyfiyyətlər
aşılayır:
Vallah, düzü, mat qalmışam:
Sən bunu hardan öyrəndin!
Insanlar səndən öyrəndi,
Sən insanlardan öyrəndin!
Fikrətin başdan-başa metafora üzərində yazılmış “O kim-
dir oxuyan bu gecəyarı?” kimi şeirləri də vardır. Lakin onun
əsərlərini oxucu üçün munis və cazibədar edən yalnız metafo-
ralar deyil. Şeirlərinin digər forma komponentləri də, məsələn,
ahəngi də, obrazları da, qafiyələri də beləcə cazibədar və
təsirlidir. 10, 8, 4, 3 və 2 misralı minatürləri başdan-başa kina-
yədən yoğrulmuş sabirvari şeirlər, Cavidanə-filosofanə əsərlər
onun yaradıcılığının təkcə mövzuca deyil, forma, ifadə tərzi
baxımından da zəngin olduğunu göstərir. Bu şeirlərdə poetik
fikir sudan (sözçülükdən) xali olub, qiymətli cövhər halındadır.
Başqa bir şair tamam özgə bir əhval-ruhiyyədə bu şeirlərin hər
birinin mövzusunda 50-100 misralıq əsər yaza, variasiyalar
quraşdıra bilərdi. Ancaq Fikrət belə etmir, bu yol ilə getmir,
uzunçuluqdan qətiyyətlə imtina edir, nəticədə isə öz müxtəsər
şeirlərində mətləbin yığcam, poetik ifadəsinə nail olur.
Yuxarıda formadan danışdıq. F.Qoca sərbəst də yazır,
heca ilə də. O, hecanın özünün də beşlik, yeddilik kimi nisbətən
az işlənən formalarından istifadə edir. Yeri gələndə isə əruzun
da bəzi əlamətlərindən faydalanır.
Təyyarədəyəm, göyləri fəth etmədə
sürət,
Çərxi fələyin sürətini etmədə
sürət.
15
Ñå÷èëìèø ÿñÿðëÿðè
“Uzaq Şərqin üfüqlərində Cavidi xatırladım” şeirinin bu
ilk misraları öz ağır - ləngər vəzni ilə bizi ürəkləri parçalayan
faciəli bir şair taleyindən söz açılmasına hazırlayır.
Poemalarının ən qiymətli məziyyəti onların yığcamlığıdır.
Fikrət təbiətən, bütün hüceyrələrinə, iliyinə qədər lirik şairdir.
Fikrəti tanımayan, onun digər əsərlərindən bixəbər, lakin həssas
oxucular da bu poemaları bircə dəfə oxusa, müəyyən edə bilər
ki, onlar məhz mükəmməl bir lirik şairin qələminə məxsusdur.
Bu hadisə və insanlara, öz təsvir və tərənnüm obyektinə lirik
baxışın vüsəti ilə bağlıdır. Elə şairin insan surəti yaratmaq, onu
umumiləşdirmək səriştəsini, bədii portret çəkmək, canlandır-
maq qabiliyyətini, bu sahədəki lakonizmi götürək. Bu ba-
xımdan “İstanbulda bir ceviz ağacı var” poemasındakı aşağıda-
kı misralar nəzərimizi cəlb etdi:
Susur Gülxanə parkında
Bir ceviz ağacı.
Öz vətənində qərib,
Meyvəsi dadlı,
Taleyi acı –
Ceviz ağacı...
Bu bir neçə misra zəmanəmizin böyük şairlərindən biri
olan Nazim Hikmətin, bizim bir çoxumuzun şəxsən görüb
ünsiyyətdə olduğu, şeir qədri bilənlərin ürəkdən sevdiyi böyük
sənətkarın obrazını, onun çox keşməkeşli həyat və yaradıcılıq
salnaməsini gözümüz önündə canlandırır. “Yığcamlıq istedadın
bacısıdır”(kratkost sestra talanta) deyiblər. Bu yığcamlıq, az
sözlə çox mətləb, böyük fikir, vüsətli mənzərə, real portret ya-
rada bilmək sanki F.Qoca istedadının boyuna biçilmişdir. Gə-
tirilən misralardakı informatik material, misraların daşıdığı fikir
yükü nə qədər sanballı olsa da, onların ümumi ruhu, mahiyyəti
bir o qədər qəribə şəkildə lirik əhval-ruhiyyənin inikasına,
ifadəçisinə çevrilmişdir. “Meyvəsi dadlı – taleyi acı” kontrastı-
16
Ôèêðÿò Ãîúà
nın təxəyyülümüzdə oyatdığı aləmdə Nazim Hikmətin, əsas
hissəsi həbsxanalarda və qürbətdə keçən, lakin heç vaxt sarsıl-
mayan mərdanə ömrü özünün bütün əsas şaxələrilə canlanır.
Bildiyimiz kimi, ceviz-qoz bir çox bitkilərə müyəssər olmaya-
caq dərəcədə təbiətin amansız sınaqlarına sinə gərən, uzun
ömürlü, vüqarlı ağaclardan ibarətdir. Məhz bu keyfiyyət, bir də
N.Hikmətin özünün məşhur misraları ilə ürək açan assosiasiya
doğurması türk poeziyasını dünyada şöhrətləndirmiş şairin lirik
obrazının unudulmaz cizgilərini əhya edir. Söz yox ki, bu,
F.Qocanın bədii surət yaratmaq üçün istifadə etdiyi yeganə üsul
deyil. Belə üsullar Fikrətin poemalarında çoxdur. Şairin epik
təhkiyəyə üstünlük verdiyi əsərləri də var ki, onları “Təkərlər
geriyə fırlanır” poeması daha yaxşı təmsil edir.
Poemada vəzifəsi başında qəhramanlıqla həlak olan sürü-
cünün faciəli obrazı yaradılmışdır. Bu cümlədəki “vəzifəsi ba-
şında” sözləri adətən hüquq mühafizə orqanlarında çalışan
adamların fəaliyyəti və qəhrəmanlığı ilə bağlı olaraq işlədilir.
F.Qoca isə bir avtobus sərnişininin düşdüyü elə çıxılmaz vəziy-
yəti təsvir edir ki, onlarca insanın taleyi bir sürücüdən, onun və-
zifə borcuna münasibətindən, qəzanı dəf etmək üçün çıxış yolu
tapmasından asılıdır. Bu yol onun özünün həyatını tələb edəndə
də sürücü tərəddüd göstərmədən müdhiş, lakin insanlıq,
vətəndaşlıq borcu baxımından yeganə düzgün addımı atır, özü-
nü dərəyə, uçuruma doğru gedən maşının təkəri altına ataraq
insan qırğınının qabağını alır.
Hadisələr elə təbii təsvir edilmişdir ki, biz sürücünün dinc
quruculuq zamanı göstərdiyi qəhrəmanlığı Böyük Vətən mü-
haribəsinə həsr edilmiş “Yaralı çiçəklər” poemasında sovet ra-
bitəçisinin qəhrəmanlığı səviyyəsində qavrayırıq. Hər iki po-
emadan çıxan nəticə budur ki, qəhrəmanlıq göstərmək üçün
gərgin, indi çox dəbdə olan sözlə desək, ekstremal şərait təkcə
müharibədə deyil, adi, gündəlik həyatımızda da mövcuddur.
Təki qəhrəmanlığa hazır oğullar olsun.
17
Ñå÷èëìèø ÿñÿðëÿðè
Bu müxtəsər yazıdan da bir daha göründüyü kimi şair
fərdiyyəti Fikrət Qocanın yaradıcılığında özünü hər addımda
biruzə verən çox vacib bir keyfiyyətdir. Bu baxımdan onun
əsərləri ilə şəxsiyyəti arasında qəribə bir uyğunluq mövcuddur.
Həyatda çox sakit, həlim təbiətli, ədəbi yığıncaqlarda da, xeyir-
şər məclislərində də həmişə diqqətdən yayınan bir adam kimi
tanıdığımız F.Qoca əsərlərində yüksək dərəcədə həssas və hə-
yacanlı, xalqın, vətənin, dünyamızın böyük dərdlərini yumruğu
boyda ürəyində daşıyan narahat, cəfakeş bir şairdir. Onun ən
populyar, ictimai problem və anlayışlara özünəməxsus yetkin
münasibətini şərtləndirən də elə məhz bu şair fərdiyyətidir. Öz
qənaətimin növbəti sübutu kimi bu sakit təbiətli insanın, nara-
hat şairin portret cizgiləri barədə söhbəti onun yenidənqurmaya
həsr olunmuş şeirinin bir parçası ilə bitirirəm:
Çox iş görüldü,
Bəzən bir gözümüz ağladı,
Bir gözümüz güldü,
Ayılma, yenidənqurma oldu.
Yeni həyat quruldu,
Yeni həyat uğrunda
Yenidənqırma oldu,
Faşizm vəbasından
Yeni həyatımızı
Yenidənqoruma oldu.
Yenidənqoruma uğrunda
Yenidənqırma oldu.
Qırıla-qırıla qisas aldıq,
Zəfər çaldıq?
Yenidən ucaldıq.
Yenidən dirçəlmə,
Yerindəndurma oldu.
Yenə, yenə yerimək yerinə
Yerindədurma oldu.
18
Ôèêðÿò Ãîúà
Yaxşı ki, yenidənqırmasız keçdi.
Getdik, elə getdik ki,
Minən mindi, düşən düşdü.
İlk dəfə “sübut olundu” ki,
Beş də üçdü, üç də beşdi.
Məlum oldu ki,
İşdə işsiz oturmaq da
Gəlirli bir işdi.
İndi yenidənqurmadı,
Hələ də yenidənqırmaq,
Hələ də yerindədurmaq,
Hələ də yerindəndurmaq
İstəyən var,
Yaxşı deyən var,
Pis deyən var,
Gözləyən var.
Lakin tarix heç vaxt
Geri fırlanmadı,
Bu qəti yürüşün adı –
YENİDƏNQURMADI!
Görmək çətin deyil ki, buradakı yenidənqurma anlayışı
adi, publisist anlayış deyil. Şair onu öz şəxsi vətəndaş həyəcan-
ları, narahat fikirləri ilə yükləmiş, ona yeni tutum vermiş və
buna görə də həmin anlayış poetik yenidənqurma hüququ qa-
zanmışdır. Poetik yenidənqurma anlayışında isə oxucu yalnız
keçdiyimiz mürəkkəb yolların yanlışlarını, məhrumiyyət və
iztirablarını görmür, duymur, həm də taleyimizin qəti dönüş
mərhələsini hiss edir; elə bir dönüşü ki, gələcəyə ümid və inam
iqtidarına malikdir.
Bəkir Nəbiyev
19
Ñå÷èëìèø ÿñÿðëÿðè
Dostları ilə paylaş: |