ÇƏTİNDİR
Sevdiyin gözələ sevirəm demək,
Onu kölgəsi tək daim izləmək,
Könlünü oxşamaq hər addımbaşı,
Əlbət ki, yaxşıdı, yaxşıdı, yaxşı!
Amma kişi üçün ağırdı, ağır.
Evin, uşağın var, ömür-gün ötür,
Qoruya biiməsən dostu, tanışı,
Söz vermiş olsan da geriyə götür,
Götürsən səninçün yaxşıdı, yaxşı!
Amma kişi üçün ağırdır, ağır.
Özün özün üçün otur, alış, yan,
İmdada yetməsən kimdir qınayan.
Qardaş, gözünü yum, görsən göz yanır,
Yumsan sənin üçün yaxşıdı, yaxşı!
Amma kişi üçün ağırdı, ağır.
176
Ôèêðÿò Ãîúà
***
Biz odlardan doğulmuşuq,
Nəğmələrdən yoğrulmuşuq,
Kəlmə-kəlmə yığılmışıq
Azərbaycan ellərindən.
Sazımızda Kürün səsi,
Bulaqların zümzüməsi.
Gətirmişik dost nəğməsi
Azərbaycan ellərindən.
Keçib uzaq-uzaq yollar,
Qəlbimizdə nəğmə, bahar.
Sizə qonaq gəldik, dostlar,
Azərbaycan ellərindən.
Çox görmüşük, götürmüşük,
Yollarda gül bitirmişik,
Odlu ürək gətirmişik
Azərbaycan ellərindən.
177
Ñå÷èëìèø ÿñÿðëÿðè
ASTARANIN
Sağı dəniz, solu dağdır,
Dağlar sözlü, ulu dağdır.
Qartalların oylağına
Körpüsü dağ, yolu dağdır
Astaranın.
Gözəlliyi körpə kimi
Yatır çiçək beşiyində.
Baharlanıb yamacları,
Nəğmələrin keşiyində.
Sərhədçi tək möhkəm durub
Uca boylu ağacları
Astaranın.
Aldığım da nəfəs deyil,
Gül ətridir, quş səsidir.
Küləyi də külək deyil,
Nəğməsidir
Astaranın.
Burda neçə dostum yaşar,
Burda zəhmət qaynar, daşar.
Adamları yer becərər,
Çiçəkləri işıq saçar
Astaranın.
178
Ôèêðÿò Ãîúà
***
Dünyada ən nəhəng insan odur ki,
Möcüzə yaradır qabarlı əli.
Fəhlə qollarıdı uzanan yollar,
Ucalan binalar - fəhlə heykəli.
Şığıyır şimşək tək onlar hədəfə,
Bayraq tək zəfərlə dönüb gəlirlər.
Fəhlə ovucundan qalxır hər dəfə
Kosmik uçuşlara, kosmik gəmilər.
Nəhəng sobalarda bişir bu adlar,
Bərkiyir, sınanır fəhlə alınır.
Fəhlə ürəyidir nəhəng zavodlar,
İçində həmişə cəngi çalınır.
Şərəfdə böyükdü, hünərdə təkdi,
Cənnətə döndərər üz tutsa hara.
Bakının fəhləsi zəfər deməkdi,
Eşq olsun bu adı daşıyanlara.
179
Ñå÷èëìèø ÿñÿðëÿðè
İMTAHAN
İmtahan iki söz: cavab və sual,
Bəzənsə bir ömrün əvvəli, sonu.
Bəzən o susmaqdır, lal olmaqdır, lal,
Bəzən axtarmaqdır ömrün yolunu.
Müəllim önündə dayanıb durur
Nə qədər xoş arzu, neçə xoş dilək.
Gəzirəm yolları qulaq batırır
Həyəcanla çırpınan minlərlə ürək.
Bu gün imtahanda cavabdır əlac,
Bu da bir döyüşdür fürsət anıdır.
Roman cildi kimi hər qapını aç,
Hər kəs bir ailə qəhrəmanıdır.
Həyat imtahandır demirəm əbəs,
Sənə sual kimi verilib adın.
Deyin, bir imtahan deyildimi bəs?
İik baxış, ilk gülüş, ilk söz, ilk addım.
İmtahan qanmazı bəzən qandırır.
Bəzən bir qananı vurub yıxır da.
Unutma, haqq durur, ədalət durur,
Həyat qiymətini verir axırda.
Sual başımıza yağdı qar kimi,
Büdrədik yıxıldıq, durduq büdrədik.
Yolumuz üstündə suallar kimi
Səpildi min dərə, dayandı min dik.
180
Ôèêðÿò Ãîúà
Suallar sirlərin bağlı dilidi,
Ölməyə nə var ki, nədir can vermək!
Həm çətin, həm də ki, ən şərəflidi,
Yaşamaq, hər işdə imtahan vermək.
181
Ñå÷èëìèø ÿñÿðëÿðè
***
Kirpiklər tək açılar,
Yumularlar qapılar.
Əsl dosta vaxtında
Bu qapılar, qapılar.
Gözlərin açarları
Yaş ötəndə qapılar,
Ömrə heyif, üzə heyf,
Gözə heyf deyərsən.
Düşərik dalğaların
Yorğun-ağrın vaxtına.
Hərə bir günah yüklər
Taleyinə, baxtına.
Dil büdrəyər, dolaşar,
Ha tərpəndin, qalxdın ha...
Dodaqda dilimlənən
Sözə heyf deyərsən.
Tərifimi saxlayar,
Utanarsan yerimə.
Yalvarırsan, hirslənmə
Çox otur, çox yerimə.
Tapşırıb taleyini
Titrəyən əllərimə
Daxilən öz-özünə
Bizə heyf deyirsən.
Özün də qocalarsan,
Saçlarına düşər dən.
Yapışıb sallanarsan
182
Ôèêðÿò Ãîúà
Bu çiynimdən, əlimdən,
Misrama bir köndələn
Söz düşəndə dilimdən,
Səhv eləyib, səhv yazıb,
Qocalmayıb deyərsən.
183
Ñå÷èëìèø ÿñÿðëÿðè
***
Yarpaqlar günəşə uzalı əllər,
Yazdan payızacan işıq əmərlər,
Günəşdən doyanda saralır onlar,
Torpağa ələnir, qaralır onlar.
Günəşdən doyanlar torpaq olurlar...
Qışda gün həsrəti çəkən torpaqlar
Baharda çevrilib yarpaq olurlar.
184
Ôèêðÿò Ãîúà
***
Mənim alabəzək dünyam var idi,
Min çiçək açardı hər səhər tezdən.
O vaxt bütün yollar ilk yollar idi,
Yaşamaq boğazdan, dənizlər dizdən.
Köhlənim yorulub, yollar köhnəlib,
Səhərlər hər günkü səhərlər olub.
Güllər keçən ilki güllərdir gəlib,
Söz də uydurmaqdan beynim yorulub.
Tanışlar həminki tanışlardılar,
Bəzisi köhnəlib ayaqqabı tək.
Onda da beləcə danışardılar,
Elə bil borc imiş görüşmək gərək.
Adam var, üzünə baxıb deyirsən,
Yüz ildir, min ildir tapışmışıq biz.
Çənən ağrıyanda hiss eləyirsən,
Deyəsən, doyunca danışmışıq biz.
Mənim alabəzək dünyam var idi,
Hər gün bir gül adı öyrənərdim mən.
Cahan iki yerə bölünüb indi –
Dünyaya gələnlə, dünyadan gedən.
185
Ñå÷èëìèø ÿñÿðëÿðè
QURU ÇİNARIN NƏĞMƏSİ
Çinar ömrü yaşamışam,
Quru bir çinaram mən.
Əyilməkdən keçib daha –
Əysəniz sınaram mən.
Qəddim bir az bükülübdü,
Yarpaqlarım tökülübdü,
Nə şirin nəğməliyəm,
Heç çinar da deyiləm mən,
Bir çinar heykəliyəm.
Dik dayanmış bir odunam
Ağacların sırasında.
Bir leylək yuva tikib
Qollarım arasında.
Mən bir ağac ölüsüyəm
Gərək yıxılam, yanam.
Amma leylək yuvası var
Qollarımın üstündə,
Yuva dağılmasın deyə
Gərək dözəm, dayanam.
186
Ôèêðÿò Ãîúà
BAĞIŞLA MƏNİ
A doğma yurdumuz, xoş gördük səni,
Yaman böyümüsən, çox dəyişmisən.
Elə bil dəyişib köhnə yerini
Belə bir cənnətə gəlib düşmüsən.
Büllur sularına günəş enibdir,
Bağlar çəpərləri aşıb-daşıbdır.
Damların nə yaman hündürlənibdi,
Evlərin nə yaman cavanlaşıbdır.
Hanı qurbağalar - səsində qubar,
Hanı köpəklərin axşam gileyi.
Yoxsa çimizdirib, yuyundurublar
Səndən heç gəlməyir mal-qara iyi.
Yox, elə təmizdir, elə dümağdı,
İstədim üstündə corabla gəzim.
Utandım deməyə o köhnə adı.
Nə yaxşı olmusan, ay canım-gözüm.
Əynimə, başıma baxan qəm yemə,
Köhnəmi geyirəm kəndə gedəndə.
Sən allah, sən mənə lovğalan demə,
Neyləyim bir küydür düşmüşəm mən də.
Yanaşı qoymuşam gör səni kimlə,
Guya şəhərliyəm, nə bilim nəyəm.
Sənin haqqındakı köhnə fikrimlə
Mən sənin yanında xeyli köhnəyəm.
187
Ñå÷èëìèø ÿñÿðëÿðè
İKİNCİ GÖRÜŞ
Oturduq yanaşı, susduq yanaşı,
Dən düşmüş saçına baxdım arada.
Sən də mənə dedin ağarır başın,
Görməyə nə var ki, ağı qarada.
Gecikmiş məhəbbət son bahar kimi,
Həm kədərli olur, həm də ki, şirin.
Anamın çaldığı laylalar kimi
Arzuyla doludur ala gözlərin.
Qalmışıq biz odla su arasında,
Gənclik məhəbbəti, müdriklik yaşı.
Ömrün bu qəribə macərasında
Oturduq yanaşı, susduq yanaşı.
Birdən fıkrimizi elə bil gördük,
Qəmli gülümsündük bir-birimizə.
Elə bil bununla açıq deyirdik –
Bu yaşda məhəbbət yaraşmır bizə.
Ürək necə olub unudub yaşı...
Oturduq yanaşı, susduq yanaşı.
188
Ôèêðÿò Ãîúà
BİR VAXT
Gələcəyik üz-üzə küçələrin birində,
Sənin üzündə qırış, mənim saçlarımda dən.
Bir soruşan da olmaz donub qalmışıq nədən.
Adamlar gələr, gedər, kimi vədə gözləyər...
Gözləyənə nə var ki, lap küçədə gözləyər.
Bizim rəngimiz qaçar gözlənilməz görüşdən,
Ayaqlar öz işində, onlar bənzər zamana.
Çəkib aparar bizim hərəmizi bir yana.
Sənin üzündə qırış, mənim saçlarımda dən.
189
Ñå÷èëìèø ÿñÿðëÿðè
***
Heç bilmək olmayır kim dava saldı,
Kim çəkdi çaxmağı, kim yanğın etdi.
Qadın öz kinindən yapışdı qaldı,
Kişi qəzəbinə atlandı getdi.
Heç bilmək olmayır kimdir günahkar,
Bunu bilməyin də yoxdur mənası.
Günah əvəzində iki körpə var,
Dalaşıb, ayrılıb ata-anası.
Körpə xəyalıyla düşünür onlar,
O vaxt gündüz vardı, gəzinti vardı.
Ata ləpirindən yaranıb yollar,
Gündüzü gedəndə ata apardı.
Mənzilə qəribə bir sükut enir,
Yemək də, içmək də başqa dad alır.
Ana anasa da bəzən hirslənir,
Ərindən gileyli dul arvad olur.
İndi soruşmayaq kimdə günah var,
Bir ata kölgəsi dünyada gəzər.
Ana körpəsindən xəlvətdə yanar,
Körpə anasından dərdini gizlər.
190
Ôèêðÿò Ãîúà
QURBAĞA VƏ MƏN
Gəldim ki, dərdimi suya danışım,
Suyun da dibindən sən çıxdın üzə.
Qurbağa, ay dostum, köhnə tanışım,
Niyə biz lal kimi durduq üz-üzə.
Yox, nəsə deyirdin arvaddan, ancaq,
Ağzına su doldu sən quruldadın.
Yaman oxşayırsan mənə, a qorxaq,
Nə olar qurbağa olanda adın.
191
Ñå÷èëìèø ÿñÿðëÿðè
MƏRDƏKAN
Bakının sağ əlində
Qızılgül dəstəsisən.
Sözü duzlu Xəzərin
Ən şirin nəğməsisən.
Havası qan dərmanı,
Qumu kəhrəba məkan,
Mərdəkan, ay Mərdəkan.
Havası tək mehriban
Qarşılayır adamı.
Budağı barlı gəlir
Əncir, şanı, badamı.
Səndə tikan da bitir,
qızıl güldədir tikan,
Mərdəkan, ay Mərdəkan.
Çinar boylu oğullar,
Qərənfil üzlü qızlar.
Gedəni yola salar,
Gələnin yolun gözlər.
Pis adam olarmı heç
Çiçək əkən, gül əkən...
Mərdəkan, ay Mərdəkan.
Hər işdən yorulanda
Yaxın həmdəmim olur.
Gözümdən, ürəyimdən
Yorğunluğum yuyulur.
Unutsam haram olsun
Mənə bu halal tikən,
Mərdəkan, ay Mərdəkan.
192
Ôèêðÿò Ãîúà
ZARAFATYANA
Dedim, sevgi dindi, haqdı,
Dedin, eşq bir oyuncaqdı.
Əlindən uçurdun baxtı,
Unut məni, unut məni.
Söymə devri, bu aləmi.
Kimə qalıb dünya qəmi,
Çıxar yaddan xatirəmi,
Unut məni, unut məni.
Könlüm susub, dinən deyil,
Yollar geri dönən deyil,
Gün bu gündür, dünən deyil,
Unut məni, unut məni.
Xoşbəxt ol, xoşbəxtə ad ol,
Təki gözü-könlü şad ol,
Zərər yoxdur, mənə yad ol,
Unut məni, unut məni.
Köhnəmizi təzə bilər,
Bir bədbəxtin gözü gülər,
Qoca Fikrət dözə bilər –
Unut məni, unut məni.
Məni unut dedim, dodağım yandı,
Bu aləm başıma mənim dolandı.
Sevgini unutmaq gözəl yalandı,
Unuda bilmirəm, unut deyirəm.
193
Ñå÷èëìèø ÿñÿðëÿðè
YESENİN
Əsrin əvvəlində bir oğlan vardı,
Sevgiydi təpədən dırnağa kimi.
Hərcayı su kimi ömrü axardı,
Axardı günəşdən torpağa kimi.
Gözündə-könlündə rus meşələri,
Mərdəkan qumları üstə gəzərdi.
Çadralı qızlara deyərdi pəri,
Qara kölgəsinə şeir düzərdi.
Gözü yol çəkərdi Ryazana kimi,
Bilməzdin nədinsə xəyalı, dərdi.
Sən onun fıkrini yozana kimi
Özü şeiri ilə açıb deyərdi.
Həmişə gözləri uzağa baxar,
Deyirdin bu dünya əyninə dardı.
Qızılı saçları süzülüb, axar,
Mərdəkan qumunu xatırladardı.
Sevgi gətirmişdi, sevgi apardı,
Gedəndə qayıdıb baxdı dənizə.
Bir zaman, bu yerdə bir oğlan vardı,
Yesenin qayıdıb xoş gəlib bizə.
194
Ôèêðÿò Ãîúà
AĞDAŞ MEŞƏLƏRİ
Bu meşənin dili yoxdu danışa,
Ağacların ayağı yox, qaçalar,
Bu ağacdı dözüb, dolub bu yaşa,
Adam olsa on yaşında qocalar.
Gövdələri kömür üçün doğrandı,
Yerlərinə qarpız, yemiş əkildi.
Bulaqları ayaq altda bulandı,
Bizdən küsüb torpaq altda çəkildi.
Baltalandı qovaqların həyatı,
Qırqovullar çılpaq qaldı, qırıldı.
Meşə oldu bir yanıqlı bayatı,
Orda, burda kötükləri qaraldı.
Qarağac da tək qalıbdı darıxır,
Yay girməmiş yarpaqları bürüşür.
Bu yerlərin cüyür yadından çıxıb,
Orda-burda qoyun, iti hürüşür.
195
Ñå÷èëìèø ÿñÿðëÿðè
MƏRD ƏLİ
Mərd əli vurmaq üçün deyil...
Mərd əli əl tutar.
Yıxılanın əlindən tutar,
Tutar vuranın əlini.
Ovcunda tutub aləmə göstərməz
yaxşı əməlini.
Namərd döyülə-döyülə yaşaya bilər,
Mərd döyüləndə tez ölür.
Bu aksioma bəllidi.
Döyülənlər hamısı namərd əliynən döyülür.
Hərdən döyürlər namərdi də,
O da başqa bir namərd əlidi.
196
Ôèêðÿò Ãîúà
BİR GECƏ
Ulduzlar hərəsi bir nağıl deyir,
Göy də ki, ağıllı söz kimi dərin.
Belə bir axşamda oğul istəyir
Yadına salmasın ötən günləri.
Xatirə yuxu tək dolur gözümə,
Yuxudan inadkar, yuxudan əziz.
İllər arxasından baxır üzümə,
Dəcəl uşaqlığım, görüşürük biz.
Gəl, ay uşaqlığım, salam-əleyküm,
Hər bağda, bağçada gəl qarşıma çıx.
Gəl körpə əlinə toxunsun əlim,
Ay ayağı yalın, ay başı açıq.
Dünyaya gətirdik mənim fikrimi,
Gəldik təbiətə bir bahar kimi.
Belə bir çəməndə böyümədikmi,
Ot kimi, elə bu ağaclar kimi.
Gəzməyə çıxanda hər oğlan, hər qız,
Sən baxıb qəlbini heç sıxmısanmı?
Qalıb ağacların dibində mənsiz,
Dəcəl uşaqlığım, darıxmısanmı?
Rast gəldim belə bir bağda eşqimə,
Sonra vəfasızın oduna düşdüm.
Eşqimi demədim onda heç kimə,
Nə yaxşı, nə yaxşı heç deməmişdim.
197
Ñå÷èëìèø ÿñÿðëÿðè
Bu gecə, yadıma salır nələri,
Nələr xatırlayır, nələri deyir...
Bəzən bir gecənin düşüncələri
Cavan bir oğlanı qoca eləyir.
Ulduzlar hərəsi bir nağıl deyir,
Göy də ki ağıllı söz kimi dərin.
Belə bir axşamda oğul istəyir,
Yadına salmasın ötən günləri.
198
Ôèêðÿò Ãîúà
QAYĞI
Hər görüşündə mənim
kefımi soruşursan,
Pisdir desəm susursan,
yaxşı desəm susursan.
Dağ dalğalar döyəndə
sahibsiz bir qayığı,
nə lazım belə qayğı.
Uzaqdan bir mayak tək
Tez-tez yanıb sönməkdən
o qayığa nə kömək.
Fikirlərin əlində
tək qalmışdım bir gecə,
Deyirdim ki, ürəyim
partlayacaq indicə.
Bir nəfər axtarırdım
gəlib qapımı döysün,
Ona bircə söz deyim,
mənə bircə söz desin.
Hardasa o gecə
qayğı göstərib mənə
sağlığıma nə qədər
Xoş sözlər deyiblər,
içiblər, yeyiblər.
Qorunun bu "qayğıdan",
əsl qayğı, başqadır,
nə sağlıqdır, nə tərif,
Nə dost alqışıdı,
nə də ki, göz yaşıdı,
Belə qayğı olunca,
heç olmasa yaxşıdı.
199
Ñå÷èëìèø ÿñÿðëÿðè
YAĞIŞ YAĞDI
Yağış yaman yağırdı.
Torpağı,
torpaqdakı rəngləri yoğurdu.
Dəli yağış
səbirsiz
qatdı-qatışdırdı rəngləri...
Kəsildi yağış,
rənglər arasından
süzüldü, axdı.
Oyanmış rənglər
torpaqda darıxdı,
oyandı, qalxdı.
Qırmızı - lalə oldu
haray oldu, nalə oldu.
Sarı - nərgiz oldu.
Boz - solğun üz,
inamsız söz.
Üzə çıxdı torpağın
yaşıllığı –
rahatlığı, yaxşılığı.
Gözün acışması kəsildi,
beyinin göynəməsi,
ürəyin alışması.
Yaşıllıq təsəlli oldu
torpağın göz dağına.
Yaşıllıq su oldu
torpağın boz dodağına.
200
Ôèêðÿò Ãîúà
DÜŞMƏNİM
Dünyada bir düşmənim var:
iki gözlü, iki əlli
yazıqlardı, yazıqlar –
neyləyəsən bu nankorlara.
Baharda gülləri görən,
gülən gözləri görən,
gözlərini alıb verəsən
korlara.
Bilmirəm heç neyləyəsən
bu ağlar-sızlara...
Alasan əllərini
paylayasan əlsizlərə,
qolsuzlara.
Onları ilan kimi
süründürəndə zaman,
illərlə həsrətini çəkələr
özlərinin,
əllərinin,
gözlərinin.
Sonra qaytarsan özlərinə
hərəsi ola bir qəhrəman!
201
Ñå÷èëìèø ÿñÿðëÿðè
DİŞLƏR AĞRISI
Qonşumun dişi ağrıyırdı.
Qulaq batırdı səsdən-küydən,
Qaçıb çıxdım evdən.
Çöldə sükut, qar,
Bir də yeyib yatmış
harın dağlar.
Nə yaxşı dağların
dişi ağramırmış,
Yoxsa səs başına alardı yeri.
Çoxdan kəşf eləyərdik
başqa səyyarələri.
202
Ôèêðÿò Ãîúà
İŞIĞIN QARANLIĞI
Dedin qaranlıqdı,
işıq yandırın.
Yolları işıqlandırın.
Yandırıb dikdi gözümə
dörd faranın dördünü də.
Yandırdı gözümün
sevincini də, dərdini də,
Yandırdı qaranlığı da,
işığı da yandırdı.
Bütün yolları, çölləri
çiliklədi, qırdı.
Görməmişdən amandır...
Dedim yoluma işıq sal,
demədim faraların
dördünü də gözümə yandır.
Gözə düşən gur işıq
qaranlıqdan ağır dərddi.
Nadan əlində işıq da
ən qatı zülmətdi.
203
Ñå÷èëìèø ÿñÿðëÿðè
Dostları ilə paylaş: |