BİRİ VARDI, BİRİ YOXDU
Kainatın nə vecinədi
Ulduzlar arasında
Hansı Qalaktikanın harasında
Bir Yer kürəsi var, ya da yoxdu.
Bəlkə min il sonra biləcək
Bir ulduz da axdı...
Bəlkə əksinə,
Ulduzlar səs verəcək
İtkin düşmüş ulduzun səsinə.
Bir ulduzun ki,
İnsan adlı balası vardı.
Troya adlı şəhəri,
Yeddi möcüzəsi,
Bir də Qız qalası vardı.
Hələ saysız-hesabsız
Möcüzələrini demədik.
Günəşli gündüzlərini,
Aylı gecələrini demədik.
Bir Yer kürəsi vardı,
İnsan adlı möcüzəsi,
Möcüzənin yaratdığı söz,
Sözün yazanda şəkli, -
Danışanda səsi vardı.
Bir də Oljas Süleymenov,
Süleyman nəvəsinin
Söz haqqında sözü vardı.
Qalaktikanın xatirəsində
Yer kürəsinin yerini tapmayacaqlar,
Başlayacaq tapmacalar.
Ulduzoloqlar tox duracaqlar,
232
Ôèêðÿò Ãîúà
Oğurlanmış səyyarə hesabına
Hərə bir nağıl uydurub,
Elmlər doktoru olacaqlar.
Sonra bu şarlatanlar,
Fərz eləyənlər
Qara yaxanlar, şər atanlar
Silahlar yaradıb
Dayanacaq üz-üzə,
Göz-gözə,
Silahlar taxtabiti kimi daraşacaq
Səmaya,
yeraltına,
dənizə,
çölə, düzə,
zirzəmiyə, dama, dəhlizə.
Balaca casuslar qoyulacaq
adamların ciyərinə,
ürəklərinin içinə.
Gizli qalmasın heç nə.
Oğurlanmış Yer kürəsi üstündə
hansı bir səyyarəsə
Olacaq pis gündə.
İki düşmən cəbhəyə
bölünəcək ölkələr –
Bir-birinin üstünə sürünəcək
Vahiməli qara kölgələr.
Bu gecə məni də yorub
Bəlkə, bəlkə də, bəlkələr...
Bəlkə ayağımızın altında
Heç partlatmayaq doğma yeri.
İşə salmayaq
Uzaq səyyarələri.
233
Ñå÷èëìèø ÿñÿðëÿðè
İNSANLAR
Insanlar bezib
Gərginlik altındakı dincliyindən.
Bir-birinə gəldiyi
kələyindən, bicliyindən.
Elədiyi savabdan da,
günahdan da doyub insan.
Qorxub yaratdığı silahdan da,
onu da əlindən yerə qoyub insan.
İndi öz ağlından
qorxduğunu gizləyir.
Möcüzə gözləyir,
Kimsə göydən düşsün,
yerdən çıxsın,
axırı ki, bu həqiqətləri yıxsın.
Əlimizdən silahları alsın,
Ağıl qoysun başımıza.
Havamızdan vahimə götürülsün,
dinclik hopsun
torpağımıza-daşımıza.
Döyülək, söyülək, danlanaq
uşaq kimi,
olsun ki, saflaşaq işıq kimi.
Başları böyüyüb,
ağla dolub, artmağa.
Təzədən başlayaq
bu dəhşətli silahları yaratmağa.
234
Ôèêðÿò Ãîúà
RİSKSİZ CƏSARƏT
Demə "taleyi-bəxt",
uduzmayacaqsan heç vaxt,
Nəyin var, nə uduzasan?
Ucuz demə
Ucuza sən.
Atılmısan ortaya, oyna!
Nə abır, nə həya, oyna!
Sonra da qışqır,
Getdi abrım, həyam -
Elə bilsinlər var imiş!
Çıxdı əlimdən gül kimi əyyam -
Elə bilsinlər var imiş.
Haray sal, düşdüm hörmətdən,
düşdüm qiymətdən,
elə bilsinlər o da var imiş.
Ürəyinin odu azaldı,
Qoy elə bilsinlər
Ürəyinin odu var imiş.
Haray sal
"ağlım korşaldı",
"gözüm işıqdan qaldı",
elə bilsinlər ağlın da, gözün də varmış,
Yellən, a qamış,
xışılda, a qamış.
Ay boydan uzun, ağıldan gödək
allah qarğamış.
Qışqır, həyasızlıq elə.
Olmayan yerdən nə itirəcəksən?
Bəlkə bir şey qazandın
bundan belə.
235
Ñå÷èëìèø ÿñÿðëÿðè
***
Qızı gördü ağladı göy.
Yağış altda yarpaqladı qız,
Yoldaca pardaqladı qız.
Bəsdir, yağma, ay insafsız,
bizə yazığın gəlsin.
Məhəbbət bürüdü yolları,
Qızı görüb söyüdlərin
yanına düşdü qolları.
Analar, evdə gizlədin
Yeniyetmə oğulları.
Ölüm olsa, mən özümü toxuyardım,
Bu ölümdən də betərdi.
Bu məhəbbət, hər oğulun işi deyil,
hər ananın
yükü deyil oğul dərdi.
236
Ôèêðÿò Ãîúà
ŞİRİN SÖHBƏT
Yaman şirin keçdi bu söhbətimiz,
Yanaşı durmuşdu gölməçə, dəniz.
Əcdadımız birdi, kökümüz birdi,
Kim bilir bəlkə də, yükümüz birdi.
Səni də, məni də kin bulandırar,
Yağış sərinlədər, günəş yandırar.
Nə fərqi gölməçə, ya da ki dəniz,
Səma güzgüsündə eyni şeyik biz.
Fərqi yox, kainat tay-tuşumuzdu,
Ulduzun axması uçuşumuzdu.
Mən də yaşayıram qoca dünyada,
Sən də öz ömrünü yaşayacaqsan.
Mən desəm nəyəmsə tanışa, yada,
Sən də bu söhbəti başlayacaqsan.
Yadıma düşəndə öz "dəniz" adım,
Xəlvətcə qəlbimdə mən lovğalandım.
Dedim: "kiçikliyim səndən böyükdü,
Dəvənin dərisi eşşəyə yükdü".
Hərdən ölümünü unudur insan,
Başından yuxarı baş aparır dil.
Gölməçə, bağışla, əgər bacarsan,
Əgər bacarmasan, heç gərək deyil.
237
Ñå÷èëìèø ÿñÿðëÿðè
MƏNİM BİRCƏ DÜNYAM
Ac qalsam ümidimi yeyərəm,
Günəş işığına bürünüb,
dumanını əynimə geyərəm.
Əlsiz-ayaqsız qalsam,
İlan kimi sürünüb
yenə sənə gözəl dünya deyərəm.
Mənim bircə dünyam,
Neynim, səndən ayrısı yoxdur.
Gözlərim gözəlliyini görür,
Çiçəklərin üzümə gülür.
Görsəm ki, arzumun
Ləçəkləri tökülür,
Görsəm ki, ümidimin
beli bükülür,
Yenə işığını sevərəm,
Səni öyərəm.
Gözəlsən, dünya, deyərəm.
Mənim bircə dünyam,
Neynim, səndən ayrısı yoxdur.
Yolların ayrıcında
Məni dörd yerə parçalasalar da,
Məni suda boğsalar da,
Məni oda qalasalar da
Yenə sənin gözəlliyindən danışaram.
Yenə sənə nəğmələr qoşaram,
238
Ôèêðÿò Ãîúà
Yenə sənə baş əyərəm.
Gözəlsən, dünya, deyərəm,
Mənim bircə dünyam,
Neynim, səndən ayrısı yoxdu.
239
Ñå÷èëìèø ÿñÿðëÿðè
İNSAN ÖMRÜ
Bu yatmaq deyil,
Üzü arzulara uzanırıq səhərə kimi.
Bütün ömrümüz uzunu
bunu təkrar eləyirik
Son səfərə kimi.
Gözlərimizi yumub baxırıq
ulduzlardan o yana.
Adam istəmir
bu şirin səfərdən ayrıla, oyana.
Ulduzlara səfərdən gecikmişəm,
əlim çatmaz ətəyinə
bir də o günlərin.
Dünyaya gələn kimi
Sorağını almışam bu xəbərin.
İçin-için ağlamışam.
bilmişəm ki,
nə sürünənəm, nə də quşam.
Çəyirtkəyəm,
kosmosa kimi atılıb, düşürəm.
Quş yumurtasında balayam,
yer atmosferində yetişirəm.
Yumurtanı dimdikləyirəm
iç üzündən.
Hələ nə kainatdan xəbərim var,
nə də özümdən.
Hələ bu yuxudan oyanmalıyam,
Hələ öz rəngimə boyanmalıyam.
Hələ ulduzdan
ulduzlara qonmalıyam.
Hələ beynim yuxudan ayılmayıb,
240
Ôèêðÿò Ãîúà
Gözlərim açılmayıb səma kimi,
Hələ qanadlarım düzəlməyib,
uzanmayıb arzuma kimi.
Hələ quruca adım var,
Bizim Qalaktikanın
balası İnsanam.
İnsan olası İnsanam.
Bu böyük ömürdə
bir zərrəyəm,
zərrəciyəm mən,
Lap ondan da kiçiyəm mən.
Eh, nə fərqi var,
bu günəm,
sabaham,
dünənəm.
Hər halda böyük bir
İnsan ömründənəm!
241
Ñå÷èëìèø ÿñÿðëÿðè
MƏNİ DƏNİZ ÇAĞIRIR
Gecələr yuxudan oyanıram pıçıltısına,
məni dəniz çağırır.
Elə bil unutduğum layla səsidi.
Elə bil dünyanın
Əbədiyyət nəğməsidi,
Mavi gözlüm çağırır məni.
Uzun bir yuxu,
gözəl bir ölüm çağırır məni.
Sizə qəribə gəlməsin
Ömür var ki,
Şərəfsizlikdən də şərəfsizdi.
Ölüm var ki,
böyükdü, aydındı, gözəldi,
elə bil ki, dənizdi.
Bəzən adam
öz içindən quruyur
Ağac kimi, bulaq kimi.
Bəzən adam öz zirvəsindən
Sökülür dağ kimi.
Bəzən adam öz çəkisini itirir,
uşaq əlində də oynayır
oyuncaq kimi.
Belə anlarda axır üstümə,
Uzaq ulduzların zümzüməsindən
boylanır yaşıl bir
yarpaq səsindən.
Bəlkə də ürəyimin gücündə qalmış
bir damla yaşamaq həvəsimdən.
Dənizin səsini eşidirəm,
Bir cüt mavi göz olur dəniz.
242
Ôèêðÿò Ãîúà
Məni göllərin
balacalığı sevindirir,
ruhumu nurunda yuyundurur.
Məni dəniz çağırır
Balamdan, sevgilimdən xəlvət.
adi yaşamaqdan,
adi ölümdən xəlvət.
Məni canındakı
Lovğasız, təmiz çağırır.
Soyunuram təmizlikdən özgə hər şeyi,
Məni dəniz çağırır.
243
Ñå÷èëìèø ÿñÿðëÿðè
GƏRƏKDİ
Ömür onsuz da gödəkdi.
Bu gödək ömürdən də
Yeddi il bağçanı çıx,
on beş il məktəbi,
Çoxunun gözündə qalır mətləbi.
O vaxtacan
gözünün oduyla qazan qaynadan
qızlar tağından düşür.
Oğlanlar dəliqanlılıq
oylağından düşür.
Evlənməmişdən hesablayırlar
əmini, dayını,
Olası uşaqların sayını,
Babanın, nənənin payını.
Evlərinə gələni, gedəni.
Toy günü sayırlar
Saçlarına düşən dəni.
Ömür onsuz da gödəkdi...
Neyləyəsən axı,
Oxumaq da gərəkdi,
Ev də gərəkdi, uşaq da gərəkdi...
244
Ôèêðÿò Ãîúà
MƏKTUBLAR
Bir ürəyin arzusundan yoğrulur,
bir ürəyin istəyindən doğulur,
bir ürəyin istisindən ayrılır,
məktublar.
Dəmir çarıq geyən oğul kimi,
Xoşbəxtlik axtarmağa gedən
oğul kimi
düşür bu yolların ağına.
Heç kəs bilmir
nələr gələcək başına,
bir ünvan yazılıb ayağına
məktubun.
Sözlərdə ürək çırpınır -
sevincdən partlayır,
kədərdən sınır.
Bu həyəcanlı xətt
aşkar yazılar,
gizli yazılar.
Sözlərin arxasında
Gözlərdən oğurlanıb
Xəlvət görüşə gedən
əli çıraqlı arzular.
Çoxusu yazılmaz,
bəzi yazılar.
Gözlənər, gözlənməz
gözdən gizlənər, gizlənməz
məktublar.
Ağlar, gülər
bəzi zərif dodaqlarda öpülər.
Bəzən cırılıb pəncərədən tökülər.
245
Ñå÷èëìèø ÿñÿðëÿðè
Kiminin evinə
qələbə sorağı gələr.
Kimi də qəhrəman kimi ölər.
Məktublar, məktublar.
Kimi cılız bir mətləb olar,
Kimi bir məktəb olar
Məktub var, məktub var...
Yolların sərgərdanı
Məktublar... məktublar...
246
Ôèêðÿò Ãîúà
YOLUNA BAX
Gecə ayrı bir gecə.
Sakit, ayrı bir gecə,
Piyada yol gedirəm,
Yola sərilib sükut,
ulduzlarla mıxlanıb
göyə bir topa bulud.
Yolum dərədən keçir,
Yolum təpədən aşır.
Deyəsən, yol axırda
Gedib aya dırmaşır.
Gecə ayrı bir gecə...
Gecə ayrı bir gecə...
Könlümə uçmaq düşdü,
Gözümü dikdim aya.
Niyə axı qanadsız
Gəlirik biz dünyaya?!
Qalxardım asimana,
ay nurunda üzərdim,
dağların başı üstə
Qartal kimi süzərdim...
Ayağım daşa dəydi,
tozlu yola sərildim.
Özüm özümə gəldim.
"Göyə, aya, ulduza
adam yavaşca qalxar".
Gecə yol yeriyəndə
Adam yoluna baxar!
247
Ñå÷èëìèø ÿñÿðëÿðè
YOL
Biz bu yolu çox getmişdik
atılıb düşə-düşə,
güləşə-güləşə.
Getmişdik piyada,
arabada, atlı,
Sözlü, zarafatlı, qanadlı.
İllər keçib,
Subaylığın soltanlıq
taxtından ucalmışıq,
Hərəmiz bir yanda yurd salmışıq.
Uşaqlı, arvadlıyıq,
Kabinet hünərliyik,
vəzifə adlıyıq.
Sözümüzün kəsəri artıb,
Qulağımızın xəbəri artıb,
Bizi vəzifə dartıb,
uzadıb, düppədüz eləyib.
Dostumuzu unutdurub
Tanışlarımızı yüz eləyib.
İndi əlli ilin başındayıq,
yenə həmin yoldu.
Maşındayıq.
Öldürə bilmirik
İlan kimi ürək üzən vaxtı.
Söhbətimiz qısadı,
Yol uzaqdı...uzaqdı... uzaqdı...
248
Ôèêðÿò Ãîúà
BİR AN
Ay işığında
lümlüt soyunub gecə,
Ay işığında yuyunub gecə,
Çiyninə sarı bir tül atıb.
Meh qara bir pişik kimi
Gecənin ayağı altında yatıb.
Ağaclar ayaq üstə donub qalıb,
Nəfəsini də çəkmir.
Quşları yuvalara
elə bil əridib töküblər.
Ay işığını dənizə
Elə bil əkiblər.
Dağlarda şəlalələr
yəqin indi
asılı qaldı havadan,
Dondu zaman,
Uzandı an.
Təyyarələr səsini içinə saldı,
İşıqlı pəncərələrini yumdu.
Yarasaların, bayquşların
Təyyarə qanadı kimi
qanadları dondu qaldı.
Mən qapıda donmuşam,
Tərpənsəm əgər
Sular axar,
meh dirilər,
ay işığı yağar.
Ağaclar dərin bir köks ötürüb
başını bulaya-bulaya pıçıldaşacaq,
249
Ñå÷èëìèø ÿñÿðëÿðè
Quşlar yuvalardan
aşıb-daşacaq.
Keçib gedəcək an,
Belə də nə qədər
Qapıda donub qalasan.
250
Ôèêðÿò Ãîúà
ÖZBƏK QARDAŞIM
Boynum vurulub bəzən,
amma əyilməyibdi
Heç zaman başım mənim.
Sənin duz-çörəyinə
bu gün baş əyirəm mən,
Özbək qardaşım mənim.
İki min ildi dedin
Gözəl Daşkəndin yaşı.
üç milyardı keçib
İnsanlıq yaşın sənin.
Özbək qardaşım mənim,
Mən yaxşı tanıyıram
bu torpağı, bu daşı.
Qardaşlığın yanında
dostluğun azdır yaşı.
İnsan ağlı kəsən vaxt
indilərdi, indidi,
Yer kürəsi insanın
balaca Daşkəndidi.
Zəlzələsi olmasın,
vəlvələsi olmasın,
doğma səslər içində
Ögey səsi olmasın.
Tarix elə gətirsin
Bir zaman Daşkənd desin:
Milyondur yaşım mənim.
251
Ñå÷èëìèø ÿñÿðëÿðè
ƏVVƏLİNDƏ, AXIRINDA
Ömrün əvvəlində
Zamanın cilovunu
möhkəm tut əlində.
Ömür bir əlcə çörək deyil,
yeyəsən, üstündən su içəsən.
Ömür bir yoxuşluq yol deyil,
fıt çala-çala keçəsən.
Ürəyinin astarını üzə çevir,
damla gözlərini
dənizə çevir.
İşlət, açılsın beyninin pası.
Fikrinin qarşısında
qırılacaq ulduzlu kainatın
mavi yaxası.
Yaşa,
zamanla baş-başa,
insanlarla əl-ələ.
Ya da elə-belə
insansız, zamansız,
amma inamsız
yox!
Ömrün axırında
ömür bir əlcə çörəkdi.
Yemisən, üstündən su iç.
Ömür bir yoxuşluq yoldu,
keçmisən, sonunu da kişi kimi keç.
252
Ôèêðÿò Ãîúà
Hələ bacarsan,
son nəfəsdə bir zarafat elə.
camaat gülə-gülə qalsın,
Sən də aradan çıx
gülə-gülə.
253
Ñå÷èëìèø ÿñÿðëÿðè
GECƏYARI
Gecənin altında ocaq qalamışam,
Qaranlığı odlamaq istəyirəm.
Gecəni yaman yaxalamışam –
Üstündən səhərə adlamaq istəyirəm.
Göydə də milyon-milyon
Ocaq qalayıb mənim kimi ağılsızlar,
Səhərə kimi qaranlıq
yanar, sızlar.
Səhər gözəllərin gözlərinə
köçəcək qaranlıq,
Dönəcək qara ətirli saçlara,
qara qaşlara,
ocaqlı, ulduzlu baxışlara.
Od qoyub alışdıracaq məni,
Göyə dırmaşdıracaq məni.
Min ədası,
Min nazı olacaq,
Canından keçən mən,
Məndən narazı,
Özündən razı olacaq.
Axşam da "mən getdim" - deyə
Əriyib qarışacaq gecəyə.
254
Ôèêðÿò Ãîúà
SÖZÜ QURTARIB
Dənizin sözü qurtarıb,
Çəkib üstünə dumanı,
Uzanıb dan yerinin altına,
Görkəmi heç yaraşmır adına.
Elə bil əritmisən dənizi
Tökmüsən torpağın çopuruna –
Hamar olsun yer üzü.
Dağların damarı qırılıb,
qırçını açılıb.
Sahildə qayalar
Fikrə gedib - qocalıb.
Günəş qalxıb o başdan,
qızıl süfrəsini
dənizin üstünə salıb,
üstündə gümüş
balıqlar atılıb-düşür.
Qağayılar
Sevincindən gülüşür.
Yaman dirçəlib
Taykeş ayaqqabılara oxşayan
balaca qayıqlar.
Balaca qayıqlarda üzür
balaca qayğılar.
Şeytanın biri deyir:
-
Oyat dənizi, - qışqır,
Ya da sal əlini
dənizi qarışdır.
255
Ñå÷èëìèø ÿñÿðëÿðè
QAZAX ANASI
Qazaxların anasını gördüm,
Dayanmışdı bir göl sahilində,
atının cilovu əlində.
Ucsuz-bucaqsız çöllərə baxmaqdan,
Üfüqə dirənən yollara baxmaqdan
gözləri qıyılmışdı.
Yanağı susuz çöllər kimi
qırış-qırışdı.
Atı da qulaqlarını şəkləmişdi,
at ayaqlarının
səsini eşitmək istəyirdi,
İgidlərinin nərəsini eşitmək istəyirdi.
Zamanın yalmanına
yatıb gedənlər,
Üfüqə dırmaşan yolu
tutub gedənlər,
Elə bil heç yox idilər,
elə bil
qarmaqarışıq bir yuxu idilər.
Onlardan bu ucsuz-bucaqsız
çöllər düşüb qaldı,
Atlarını suvardıqları
bu çaylar, göllər düşüb qaldı.
Bir də ana yaddaşında
meydan suladıqları
Saralmış illər düşüb qaldı.
Dərələrdə dəstə-dəstə ağaclar
baş-başa verib
O illərin dastanını danışır,
üz-üzə durub qoşa-qoşa qovaqlar
256
Ôèêðÿò Ãîúà
aşıqlar kimi yarışar.
Nə at ayağının səsi gəlir,
nə də üfüqdə görünmür bir qaraltı,
yenə gün batdı, qaş qaraldı.
Ananın əli
qaşının üstündə qaldı,
atı da yedəyində.
Qayıtmayan qazax batırlarının
Anasını gördüm mən bu gündə.
257
Ñå÷èëìèø ÿñÿðëÿðè
QAZAXISTAN
Təyyarədən aşağı Qazaxıstanın
adamsız, ağacsız, karvansız çölləri,
Qurbansız,
qurbansız,
qansız çölləri.
Elə bil qədim bır
döyüş meydanıdı,
zaman süpürüb təmizləyib
Tarixin qalıqlarını,
Keçmişin arxasında gizləyib.
Min il bundan əvvəl
Gördüyüm kino lentidir elə bil
Fırlanır başımda,
heç kino lentinin özü də deyil,
Köhnəlmiş, solğun kölgəsi
qalıb yaddaşımda.
Keçmişimin tanışı çöllər
Gözümdən keçir.
Əyri qılınclı keçmişim
bu çöllərin dərəsindən, düzündən keçir.
Arvad-uşağın
yanında qalmağa utandım,
ölümdən qorxduğumu dandım,
Səhraya oxşayan qoşuna
mən də qoşuldum,
yola düşdüm.
Dava eləmək istəmirdim,
Amma lap ürəkdən döyüşdüm.
258
Ôèêðÿò Ãîúà
Ölümün qorxusundan,
öldürdüm düşmənləri,
yolumu kəsənləri,
qılıncla üstümə düşənləri
Dünya kimi mənə tanışdı,
dünya kimi köhnədi bu xatirələr.
Heç bilmirəm olub-olmayıb,
haradan yadıma düşdü.
Hardan xəyalımda göynədi
bu xatirələr.
İlk dəfədi gəlirəm bu yerlərə,
Amma tanış gəlir mənə
bu qarlı dağlar, yaşıl dərə.
Qarşılayanlar əl verdi,
Şirin-şirin qazaxca nəsə danışdı.
Sözlər çoxdan gördüyüm
şirin bir yuxu kimi
mənə tanışdı.
Kumıs içməmişdim ömrümdə,
elə ilk qurtumdan
Kumıs yadıma saldı.
Min il bundan əvvəl
Sürdüyüm bir kəhəri.
Kəhərimi yol sıxmışdı,
Altımda oynayırdı yəhəri.
Sağrısında təri,
Tərinin ətri gəldi kumısdan.
Bilmirəm heç nə soruşdum
kumıs verən qızdan,
259
Ñå÷èëìèø ÿñÿðëÿðè
qız dodaqlarını büzdü, çiyinlərini çəkdi,
Bilmirəm, bunlar hamısı yuxudu,
yoxsa gerçəkdi.
Bu gündü,
keçmişdi, gələcəkdi?!
Amma kumısda
min illərin tamı var,
Mən görənlərin,
mən bilənlərin tamı var.
260
Ôèêðÿò Ãîúà
Dostları ilə paylaş: |