BAHAR SƏHƏRİ
Ağacların yarpaqları
körpə quş balaları kimi
ağzı göyə açılı;
gicitkanlı, tikanlı,
şirinli, acılı
bütün çöl-bayır yeməlidi.
Yamaclar qurban deyilməlidi.
Bülbülləri demirəm heç,
toyuğun səsində də
məlahət var.
Nə yaxşı ki, dünyada
hələ kənd var.
Kəndin adında
abır-həya,
xeyir-bərəkət var.
Kəndsiz də keçinərdik.
19-cu mərtəbədə
dibçəkdə qızügüllərim var,
qəfəsdə cəh-cəh vuran
sırtıq bülbüllərim var.
Mədəyə baxır,
nə var udub
əritməyə dərdi,
o güllər, bülbüllər də
mənim kimi
kəndlilərdi.
Dözürəm yayın
od yağışında,
payızın yarpaq yağışında,
351
Ñå÷èëìèø ÿñÿðëÿðè
qışda,
boranda, qarda;
bircə, dözə bilmirəm baharda.
Əlimin könlünə torpaq düşür,
ayağımın könlünə
torpaq düşür.
Gözlərimin könlünə
körpə yarpaq düşür.
Öz-özümə
yazıq kəndli deyirəm.
19-cu mərtəbədən asılmış
mənzilimdə zənbildə
küçük zingildəyən kimi
zingildəyirəm.
352
Ôèêðÿò Ãîúà
ÜRƏK
Bir baharın sevincini
yükləmişəm bir ürəyə.
Ürək top kimi doludu,
dəyir yerə, qalxır göyə.
Bu sevinclə yazıq ürək,
sinəmə də sığan deyil.
Göz yaşardır soğan kimi,
soyulmaqda soğan deyil.
Nə istəyir özü bilmir,
nə sinəmdən çıxa bilər,
nə də orda dözə bilmir.
Taleyinə yazılan da
çapalamaq, döyüşməkdi;
qışda qarla döyülməkdi,
yazda sellə sevinməkdi,
qızılgüllə öyünməkdi.
Onunçün də o ürəkdi,
Onunçün də göz ikidi,
ürək təkdi.
Baş ağardı, göz korşaldı,
ağıl itdi, bel büküldü...
yalan sözdü,
Nə çəkdisə, ürək çəkdi.
353
Ñå÷èëìèø ÿñÿðëÿðè
DÜNYANIN İKİ GÜNÜ
Yağış yağdı,
gürşad yağış.
Damda, daşda,
çalıb-oynayan
şad yağış.
Yudu havanı,
yudu şüşə kimi,
yudu şəffaflığı ilə,
sildi ağlığı ilə.
Sonra yağış
uçdu,
qaçdı.
Günəş
təzəcə üzü yuyulmuş
uşaq kimi
qımışdı.
Söykədim üzümü
havanın soyuq üzünə,
baxdım səmanın
aydın, mavi gözünə.
Burdan yağış keçib,
nə yeri, nə danış,
nə də din.
Bundan əvvəl nə vardı
Yağış yudu apardı...
Dünyada ilk gündür,
ilk gün.
354
Ôèêðÿò Ãîúà
MUZEYDƏ
Muzeydə bir qız vardı,
gözlərində payız,
saçlarında bahardı...
Elə ki, adama baxardı
adamın ürəyi
sinədə yaşamaqdan
bezərdi, darıxardı.
Muzeydə bir qız vardı,
kimin istəsə
evini tikərdi,
kimin istəsə
evini yıxardı.
Danışırdı
bir xalqın
adından,
Şevçenkodan danışanda
özü də çıxırdı yadından.
Danışdıqca
yanardı,
alışardı,
aşardı, daşardı,
xəyalən onunla
küsərdi, barışardı.
Söhbətin kədərli yerində
bir də gördün
gözləri yaşardı.
Deyərdi: evlənməyib Şevçenko,
kimisə axtarıb
ömür boyu...
onun toyu olmayıb, toyu.
355
Ñå÷èëìèø ÿñÿðëÿðè
Adam belə tələsərdimi heç,
dünyaya gəlməyə,
yaman tələsmisən
Taras Qriqoryeviç.
Bu qız da
gecikib sənin görüşünə.
Onun üçün
kədər qonub gülüşünə.
Səndən danışır
kövrək-kövrək,
üşünə-üşünə.
Zamanın belə
hoqqaları var,
bir də gördün
iki sevgilinin
hərəsini
götürüb bir əsrə atar,
hünərin var
di gəl zamanı geri qaytar.
Bir muzeydə
rastlaşıb iki sevgili, -
tərsinə gedən iki qatar...
356
Ôèêðÿò Ãîúà
İLİN SƏHƏRİ
Açılır təzə ilin sabahı,
kəndli ilinin səpin çağı,
(Doğum evlərində
qucaq-qucaq çağa),
fəhlə ilinin bünövrə qoyan vaxtı.
Açılıb təzə ilin baxtı, -
hələ almayanaqdı.
İl də insan kimidi,
ömrünün səhəri var,
günortası var,
İnsanın qürub çağları var;
Oyuncaqları,
günahları,
uşaqları var.
Arzuları var,
barı var,
qubarı var.
İl də insan kimidi,
istəməz ömrünə düşsün
müharibənin ləkəsi,
artıb dünyanın
"mənəm" deyən ölkəsi.
Ölkələr şişib;
bir-birinin üstünə
düşür kölgəsi,
Danışıqların artıb "bəlkəsi".
Yazıq insan
baxır dörd yana,
zamana;
boğazı quruyub,
357
Ñå÷èëìèø ÿñÿðëÿðè
boğazında qalıb halal tikəsi.
Neyləyək,
qulağımızı tıxaya bilmərik,
insan qulağına gəlir insan səsi.
Açılıb təzə ilin sabahı,
axşamı barlı gəlsin,
bayrama tonqallı gəlsin,
noğul, qoğallı gəlsin,
şirin nağıllı gəlsin...
358
Ôèêðÿò Ãîúà
QATARLAR KEÇİB GEDİR
Gecələrdən keçib gedən
qatarlardan yuxu yağar.
Təkərin yorğun səsində,
qatarın pəncərəsində
kənddən yuxu keçər, axar,
Bir gözəlin yuxusundan
paravozuna kukla bağlı
qatar keçər.
Dümqırmızı bir vaqonda
gəlin köçər.
Qatar düşər torpaq yola,
qapısına gələr qızın.
İndi, səhər bu yuxunu
Ay atalar, gəlin yozun.
Qatar keçər kənd içindən.
Kimə qalıb, gedir hara.
Kənddən ayrı o tənha ev
bu gün də çatmaz qatara.
Qatar gedir, qayaları
Meşələri yara-yara.
Qatardan atılıb düşən
uca-uca ağaclara
bu qatardan
bircə əlcə işıq qalır.
Qatar gedir,
təkərləri layla çalır.
Yol yanında düşüb qalan
balaca kəndlərim laylay.
Yuxusunda qatar olmuş
359
Ñå÷èëìèø ÿñÿðëÿðè
səllimi atlarım laylay.
Olsa da bu gecə qara,
kənddən ev minməz qatara.
Kəndi qatardan qoruyan
yuxulu itlərim laylay.
Gecələrdən qatar keçər, -
Bu yerləri nə görəcək.
Kim qatarda yatar keçər?..
360
Ôèêðÿò Ãîúà
GECƏ... ŞAMAXI...
Şamaxıda gecə keçdi,
yatmayana gecə heçdi...
Gecənin rəngini içdi
iki dostum sübhə kimı.
Gərək göydən nağıl yağa,
söykənib hərə bir dağa.
sərmişdilər ortalığa
Şamaxını süfrə kimi.
Bu dünya bir alaçıqdı,
onun da yolu palçıqdı.
Tanrının cibindən çıxdı
Günəş səhər süftə kimi.
361
Ñå÷èëìèø ÿñÿðëÿðè
***
Bir əlinlə toplayırsan, yığırsan,
bir əlinlə dağıdırsan, yığırsan.
Dəli dövran, nə oyundan çıxırsan,
səyyarəmiz bu nəsilə qalmayıb.
Göydə ulduz, yerdə canlı sanıdı,
Yer kürəmiz bir səyyarə canıdı.
Bu yazığı fəzada kim tanıdı,
salam verib hələ salam almayıb.
362
Ôèêðÿò Ãîúà
***
Dünyanın ən ağır yolu gecədir,
dünyanın ən böyük sevinci səhər.
Mənim çətinliyim mən ölüncədir,
sonrası?.. Sonrası hər şey düzələr.
Ən yaşlı adam da gecə uşaqdır,
tənhalar ölümlə vuruşur hər an.
Gecələr zülmətə qərq olacaqdır,
tənhalar getsələr əgər dünyadan.
Tənhalar əvvəldən olub utancaq,
mən də tənhalardan biriyəm, varam.
Siz məni gecədən qoruyun ancaq,
Sizi axşamacan mən qoruyaram.
Qoruyun deyəndə, mənə zəng edin,
söyün, hirsləndirin, yata bilməyim.
Yuxumu qaçırıb məni dəng edin, -
ölüm yuxusuna bata bilməyim.
363
Ñå÷èëìèø ÿñÿðëÿðè
ÖMÜR
Qarşımda bir ömür durub;
min zəhmətlə bəzənəsi.
Ürəyimdə şivən qurur
Hədər gedən anın səsi.
Taleyimin saatı tək
gecə-gündüz yatmır ürək.
Sinəmdəki hər çırpıntı
Bir addımdır,
ömür gödək.
364
Ôèêðÿò Ãîúà
ASANDIR
İnsan - ən uca zirvə, -
İnsan kimi yaşasa.
İnsan - ən kiçik zərrə, -
kiçilməyə başlasa...
Bu fərqin arasında
insan... insan... insandı.
Ucalmaq da asandı,
kiçilmək də asandı.
365
Ñå÷èëìèø ÿñÿðëÿðè
DAĞLARIN YUXUSU
Dağlar heç zaman
dənizi görməmişdi.
Bir gün yuxu gördülər,
dağların yadına düşdü
dalğa olduğu çağlar.
Bir-birinin dalınca
qovur, qaçırdı dağlar.
Dağlar dalğa idilər,
fikri qovğa idilər.
Sola-sağa çapardı,
talar, çalar-çapardı.
Qarşısına keçəni
Əyib, büküb, aşardı,
vurub, söküb aşardı.
Dağlar öz yuxusundan
elə kövrəldilər ki,
gözləri də yaşardı, -
yaşardı bulaq oldu.
Dalğalar mal-qaralı,
boz ayılı, marallı,
daş səbirli dağ oldu,
sinəsi yaylaq oldu.
366
Ôèêðÿò Ãîúà
İKİ GÜNDÜR
Hava işıq olanda
işıqlı oluram.
Hava buludlu olanda –
buludlu;
ürəyim işıq yolu,
bulud yolu.
İki gündür
ürəyimdə bir şeir ağrıyır.
Gecə yuxumdan kömək umuram,
Gündüz gündüzümdən.
Bezirəm
dostdan, qohumdan, özümdən...
Ürəyimdə bir şeir ağrıyır.
Arvadla dalaşmışam,
uşaqları döymüşəm,
ayağımı sıxan ayaqqabını,
qəsdən axtarıb, tapıb geymişəm.
Ən zəhləm gedən
qonşumun qapısını döymüşəm.
Ürəyimdə bir şeir ağrıyır...
Sevdiklərimi
yolun ortasındaca sevirəm.
Xoşum gəlməyənləri
yolun ortasındaca söyürəm.
Qorxun ki, yerin altını
üstünə çevirəm,
nə qədər ki, ürəyimdə bir
şeir ağrıyır.
367
Ñå÷èëìèø ÿñÿðëÿðè
TANIŞ GƏLİR
Olur ki, yas yerinə gəlirəm,
rəhmətliyi heç tanımıram,
amma kövrəlirəm.
Ağlayanlar tanış gəlir mənə,
məni qınama;
biri bacıma oxşayır,
biri anama.
Evimdə də rahatlığım yoxdu.
Bir də görürsən
bəd xəbər özünü mənzilə soxdu, -
ekranın mavi gözündə
qara xəbər.
Bu gün İranda
beş nəfər öldürdülər.
Cavanların qanı yaqut oldu
İran şahının tacına.
Cavanlara ağlayanlar
tanış gəlir mənə,
biri anama oxşayır,
biri bacıma.
Sancır ürəyim
boğazımda tıxcanır halal çörəyim.
368
Ôèêðÿò Ãîúà
ŞƏHƏR, SƏHƏR
Səhər-səhər
üzü günəşə
oyanır şəhər.
Yolları -
güc dolu qolları,
hərəsi bir yana dartınıb gedir.
Gecədən tökülüb qalan sükutu
odlu sinəsinə çəkib əridir.
Bu nəhəng fəhlə
öz iş paltarını geyir əyninə,
hələ gözlərini ovxalamamış,
barmaqlarında
boru tüstüləri burulur yenə.
Şəhərdə qonağam, bekaram bu gün,
bilmirəm özümü harda gizlədim
bu nəhəng fəhlənin
əl-ayaqlarına dolaşmamaq üçün.
Hər gün səhər-səhər,
şəhər
insanları alar, səpər
hərəsini bir yana.
Axşam yenə
qaytarar yığar evlərinə.
Səhər yenə...
Axşam yenə...
Sinəsi qalxır, enir,
hər gün bu təkrarı yenidən başlayır,
Şəhərim belə nəfəs alır, belə yaşayır.
369
Ñå÷èëìèø ÿñÿðëÿðè
AĞACLAR UÇAR
Ağaclara tənhalıq güc gələr
gecələr.
Ağaclar yuxularda xoşbəxt olar, yaşar.
Yuxunun şirinliyindən
yarpaqları ağırlaşar.
Yuxularda ağaclar uçar,
budaqlarında koma-koma yuvalar,
yuvalarda ətcə-ətcə balalar;
Arxasınca dəstə-dəstə quşlar
ağaclar uçar.
Yorulanda səhralarda yatar,
susuyanda bulaqlardan içər,
ağaclar uçar,
ulduzların yanından keçər
meşələrin qəribə nümayişləri.
Aşağıda ağarar
mat qalmış adamların balta dişləri.
370
Ôèêðÿò Ãîúà
ÖHDƏÇİLİK GÖTÜRÜN
S.Rüstəmə
Yüz əllini keçmişik,
yüz altmışı görmüşük,
yüz yetmişin az qala
qulağını burmuşuq.
Deyirlər, bir Süleyman
altı yüz il yaşayıb.
Onda şair Süleyman
hələ təzə başlayıb.
O, hələ indi-indi
yetmiş yaşa dolubdur.
Şirəlinin tay-tuşu
ağsaqqallar deyirlər:
göz dəyməsin, Süleyman
cavan oğlan olubdur.
Dahi Nizamimizin
zarafatcıl nəvəsi.
Ürəyində həmişə
cavanlığın həvəsi.
Bir əliylə çiyninə
söykənibdi şeirimiz.
Alovlu ürəyində
nəğmələri, sözləri
Alışan şairimiz.
Təbiəti heç zaman
olmayıbdır dəyişkən.
Misraları döyüşkən,
dəmirçi kürəsində
yoğrulan şairimiz.
371
Ñå÷èëìèø ÿñÿðëÿðè
İnqilabın səsindən
doğulan şairimiz.
Azərbaycan bu günlər
hər an, hər gün qazanır
zəfər üstündən, zəfər.
Hər yanda hər tərəfdə
alovlanıbdır yarış.
Plan, plan yerində
öhdəçilikdən danış!
Şairlər ağsaqqalı,
yetmişcə yaş nədir ki,
siz belə bir iş görün:
durun, qalxın kürsüyə -
iki yetmişillik də
öhdəçilik götürün!...
372
Ôèêðÿò Ãîúà
TORPAQDADI
Əsrlərə bac verəndi,
yer əkəndi, becərəndi;
Yeri gəlsə, çəmi düşsə,
allahlarla bacarandı.
Dili - şeirinin dilidi,
torpaq kimi səbirlidi.
Bu torpağı əkənlərin
istedadı torpaqdadı.
Utanandı, yaşınandı,
Öz tağında yaşayandı.
Bir bayatı dedi hərdən
gözlərinin yaşı yandı.
Torpaq kimi dözümü var
kəndlinin sakit səsinin.
Həmişə də süfrəsinin
rəngi, dadı torpaqdadı.
Torpaq onun nəğməsidi,
həvəsidi, nəfəsidi.
O, torpağın balasıdı,
torpaq onun nəvəsidi.
O torpağı əzizləyər,
nə gözlər, ondan gözləyər.
Kəndli bacı-qardaşının
eşqi, odu torpaqdadı.
Anam, bacım torpaq - deyə,
sözümə yaxşı bax - deyə,
o, torpağa əyildikcə
373
Ñå÷èëìèø ÿñÿðëÿðè
adı-sanı qalxır göyə,
Şöhrəti-şanı qalxır göyə.
Kəndli-bacı qardaşımın
yüksək adı torpaqdadı.
374
Ôèêðÿò Ãîúà
YOLLAR SƏSLƏYİR
Cücə yumurtadan
çıxan kimi
çıxdıq kənddən,
nə sevincdən, nə də dərddən, -
elə-belə.
Vidalaşdıq gülə-gülə.
Müharibə olsaydı,
döyüşə gedəcəydik;
biyar olsaydı,
biyara.
İndi elə-belə çıxdıq
yollara,
Anamız gülə-gülə
yola saldı,
kənd arxının
o tayında qaldı.
Bəhanəmiz vardı -
oxumaq.
Oxumaqdan ötəri
isti yuvasından
didərgin düşərdi
hansı axmaq.
Çöllər, düzlər,
yad üzlər,
qulağımız eşitməyən sözlər,
Ruhumuzu ovlayası gözlər -
Bunlar da dərsdi.
Bunlar da bizim kimi,
sağlam,
xam onları, yüzləri
375
Ñå÷èëìèø ÿñÿðëÿðè
gözlər.
Xam torpaqları
biz idik minib öyrədən.
BAM yolunu
biz idik minişkil edən.
Ağdaşlı idi
Kamçatkalı qızın görüşünə
BAM-a gedən.
Anamız qalır
kənd arxının o tayında.
Bir oğul qalır harayında...
Saçı ağaran yollar,
ümidi yoran yollar,
barı məktub gətirin
oğul aparan yollar.
Kənddən
cücə yumurtadan çıxan kimi,
çıxırıq.
Yollar boyu xatirə yığırıq.
Qayıdanda
nə doğma kəndə sığırıq,
nə də qaytarmır bizi yollar.
Deyir, qocalar yolda yorular,
nə olar axı...
Bizim də oğlumuz var,
təzə kəndimiz,
kəndimizin də arxı...
376
Ôèêðÿò Ãîúà
DAĞLAR
Lalə oda yaxar səni,
yaşıl çəmən yıxar səni.
Ağ köynəyin yaxasını
cırıb çıxar yaşıl dağlar.
Qar sel-suya dönər gedər,
duman gələr, sinər gedər.
Köçlər gələr, enər gedər,
durub baxar yaşıl dağlar.
Qoynu elin qaçan yeri,
qoruyubdu nəsilləri.
Yüz illəri, min illəri
yorub yıxar yaşıl dağlar.
Zaman düzləsə dağları,
torpaq gizləsə dağları,
tütək səsləsə dağları
durar, qalxar, yaşıl dağlar.
377
Ñå÷èëìèø ÿñÿðëÿðè
SƏMƏD HAQQINDA
Muzey - bır ömrün tör-töküntüsü,
bir böyük ömürdən düşüb qalanlar...
A şair ömrünün yazıq günüsü,
bir yığın kağızsan, bir qalaq paltar.
Muzeysən, sənin də var muzey dərdin,
qələmsən, tüfəngsən, saatsan, sazsan.
Bir alim ömrünə bəs eləyərdin,
amma şair üçün azsan, çox azsan.
Vurğun nə ovçuydu, nə yazı yazan,
şair - Vurğunun öz ürəyi idi.
O bir parça idi, payızdan, yazdan,
sərt qışda, tünd yayda gərəyi idi.
O bir insan idi, böyük bir insan,
böyüklər özünə kəsilir yağı.
Bəzən bu dünyanın azadlığından
çətindi insanın öz azadlığı.
Nəhəng dalğa idi, qayaya sıxdıq,
zaman axınında o çıxdı üzə.
Ondan damlaları muzeyə yığdıq,
qayıtdı, təzədən getdi dənizə.
İndi şairimiz dönüb heykələ,
düşüb qalanları muzey olubdu.
Düzünə qalanda bilmirik hələ
nə vaxt tənhalıqdan gözü dolubdu.
378
Ôèêðÿò Ãîúà
O ki şair idi heykəldən qabaq,
heykəl arxasında ömür gizlənir.
Yazıq şairlərin taleyinə bax:
heykəli özündən çox əzizlənir.
Bəlkə qohumlar da ona gülüblər,
gülməyə nə var ki, gülmək asandı,
Şair tay-tuşları elə biliblər
özlərindən sonra o da yazandı.
İnsanlar içində düşüb itmişdi,
ərki ürəyinə çatırdı ancaq.
Şəhəri özünə muzey etmişdi
qərardan, dövlətdən, hamıdan qabaq.
Onda, Səməd idi qazaxlı Səməd,
onda üzünə də kim idi baxan.
Qardaşım, adətdi, adətdi, adət, -
məşhur olmayınca cırılmır yaxan.
Onda, ürəyində Vaqif gəzirdi,
Qacar qəzəbi də dinərdi bəzən.
Özü həm xan idi, həm də vəzirdi,
bircə özü idi özünə dözən.
Ellər səsləyirdi ruhunu hər gün,
onun laylası da yarpaq səsiydi.
O doğma yerlərə baş çəkmək üçün
tüfəngi, tulası bəhanəsiydı.
Elə güvənmişdi taleyi, baxtı,
ellərdən almışdı öz avazını.
379
Ñå÷èëìèø ÿñÿðëÿðè
Bəlkə də Londonda olduğu vaxtı
yuxuda görmüşdü Qarayazını.
Ürəkli açdığı qapı - ürəyi,
o çırpıb qaçdığı qapı - ürəyi.
Xəlvət danışdığı öz ürəyiydi,
küsüb, barışdığı öz ürəyiydi.
Özüm də bilmirəm nə deyim sənə,
belə adamlara qayğı gərəkdi.
Haqdır qayğı içrə böyüsə yenə,
həmişə düşünən - həmişə təkdi.
Bəlkə o, vağzaldan düşüb bir səhər
indiki heykəlin yerində durub.
Tanışsız-bilişsiz ögey küçələr
kövrəlib, boylanıb, boynunu burub.
Onun baxışları, onun ilhamı
çöllərdən, ellərdən yığışan deyil.
Çap olan ilk şerin böyük bayramı
bütün muzeylərə sığışan deyil.
Elə anlar olub - ölümdən betər,
yolu heç bir zaman olmayıb hamar.
Bunları deməsən, elə bilərlər
daim xoşbəxt olur böyük adamlar.
Sancıblar, insandı, ağrıyıb canı,
qəlbində gizlədib öz gileyini.
Hər saat yüz dəfə qaralıb qanı.
Hər saat yüz dəfə açılıb eyni.
380
Ôèêðÿò Ãîúà
Bu şikayət deyil, bu təlaş deyil,
Dargöz! Dodaq büzmə, gəl gizlincə sən.
Bu şair ömrüdü, nümayiş deyil,
Geyinib-gecinib gəlib keçəsən.
Sənə də hirsləndim, bağışla məni,
sən də bu dünyada yaşamalısan.
De, geniş düşünmək çətindi yəni,
nə olar yaşayıb, yaxşı olasan.
Olma dahi alim, nə dahi şair,
bir yaxşı adam ol geniş ürəkli.
Suçu ol, dülgər ol, bənna və sair,
adam ol, adam ol, bizə gərəkli.
Qoy ilk addım atan qısılsın sənə,
birdən büdrəyəndə yapış əlindən.
Bəlkə gələcəyin bir dahisinə
sən ilk addımında kömək edirsən.
Hələ mən nəyəm ki, söz meydanında,
bilmirəm heç nədən söz düşdü belə?
Bağışla, ay ustad, sənin yanında
öyüd-nəsihət də verirəm hələ..
381
Ñå÷èëìèø ÿñÿðëÿðè
Dostları ilə paylaş: |