HƏQİQƏT
Günəş böyük həqiqətdir,
Ondan incimək olmayır.
Təriflənmək ləyaqətdir,
Bəyənməmək qəbahətdir,
özgə söz demək olmayır.
Qışda çox yatır demirik,
Yayda çox yanır demirik.
Biz istədik, istəmədik,
Pəncərəni tezdən döyür,
hamımıza oyan deyir. -
İncimirik.
Günəş böyük həqiqətdir.
Böyük olmaq böyük dərddir, -
O, hər yanda olsun gərək,
O, hər yana çatsın gərək;
quyuların dibinə də,
bir damla nur atsın gərək.
Kəndli ilə yer şumlayır,
taxıl əkir.
Fəhlə ilə kanal çəkir,
bina tikir.
Çiçəklərlə çiçək açır,
Kəpənəklə qoşa uçur.
Batanda da bu yer üzü
qara geyir,
Yoxluğunu hamı görür,
hamı deyir.
Günəş böyük həqiqətdir,
292
Ôèêðÿò Ãîúà
Ondan incimək olmayır.
Beləsinin verdiyi ziyan
böyük dərddir,
heç kəsə demək olmayır.
293
Ñå÷èëìèø ÿñÿðëÿðè
TORPAĞIM MƏNİM
Hələ gözlərini açmayıb səhər,
Torpağın alnında puçur-puçur tər.
Dumana bürünüb yatıbdır çöllər.
Elə bil oğuldu, döyüşdən gəlib,
Mehriban əllərlə tumarlanıb o.
Ən çətin, ən ağır bir işdən gəlib,
Yatıb mışıl-mışıl, xumarlanıb o.
Zəfər qazanıbdır, böyük bir zəfər,
Nə qədər zəhmətkeş oğlan-qızları
Bəxtəvər eyləyib bu il, bəxtəvər,
Yatır bu ellərin yuxusuzları.
Qoynunda çalışan əllər də yatır,
Qabarlı, qabarsız mehriban əllər...
Hər kəs zəhmətiylə şöhrətə çatır,
Odur ki, torpağa "ana" deyirlər.
Əl-ələ verəndə torpaqla insan,
Vətən də ucalar, balaları da.
Ölkənin şöhrəti ucalan zaman
Vüqarlı dayanar qalaları da.
Biz sənin üstündə yük deyilik, yük,
Sənə sevgimiz var, göylərdən dərin.
Başını həmişə uca görmüşuk,
Torpağa hörmətlə baş əyənlərin.
Dincəl, yorğunluğun çıxsın yadından,
Yenə gələn bahar çalışmalıyıq,
Sənin şöhrətindən, sənin adından
Biz hələ dastanlar danışmalıyıq.
294
Ôèêðÿò Ãîúà
Beşiyim, səngərim, çörəyim, suyum,
Tarlam, neft gölüm, nar bağım mənim,
Tarixim, şöhrətim, düyünüm, toyum,
anam Azərbaycan, torpağım mənim!
295
Ñå÷èëìèø ÿñÿðëÿðè
ÖMRÜN FƏSİLLƏRİ
Nə yaxşı ki, ömrümüzün fəsilləri var...
Körpəlikdə dizin-dizin sürünürük biz.
O yerişlə qurtarmazdı dünyada yollar,
O yerişlə tükənərdi tamam səbrimiz.
Uşaqlıq da lap təpədən dırnağa kimi
Ürəyinin hökmü ilə yatır, oyanır.
Ağlı yox, istəyi bol bir ağac kimi
Mənzillərdə, həyətlərdə od olub yanır.
Cavanlıqda sevgi dəmi, hicran qəmi var,
Eyni anda həm ağlayır, həm də ki, gülür.
Cavanlıq da bir fəsildir - yaz iqlimi var,
Öz içinə özü sığmır, daşır, tökülür.
Qocalıqda hər fəsildən dadsan da bir az,
İşində ol, özün qazan, öz yükünü çək.
İməkləsən, ağlın itsə, dözənin olmaz,
Qocalıq da bir fəsildir, keçib gedəcək.
Bizi basır öz bağrına bu ana torpaq,
Zaman yoldan əyləməyir gəlib gedəni.
Səndən qabaq gedənlərin taleyinə bax, -
Hazırlaş ki, həmin tale gözləyir səni...
296
Ôèêðÿò Ãîúà
ÖMRÜMDƏN DÜŞÜR
Mən ömrümün üzünə
Hələ indi gülürəm.
Bu həyatın dadını
İndi-indi bilirəm.
İndi duyuram hələ
Pis nədir, yaxşı nədir.
Ömrün yazı nədir,
Ömrün qışı nədir.
Bu yandan da ağrıdan
Ürəyimə dən düşür, -
Günlər ömürdən düşür.
Çaylara vurulmuşam,
Sellərə vurulmuşam;
Çöllərə, çəmənlərə,
Ellərə vurulmuşam.
Biri-birindən gözəl
İllərə vurulmuşam.
Hələ indi bilmişəm
Nə deyir qara gözlər;
Qara gözlər zülmətdə
Neçə xatirə gizlər...
Bu yandan da gözümə
Duman düşür, çən düşür, -
Günlər ömürdən düşür.
Könlüm gəzmək istəyir,
Könlüm görmək istəyir.
Yazıq könlüm neyləsin,
Könül vermək istəyir;
297
Ñå÷èëìèø ÿñÿðëÿðè
Qız saymayıb keçəndə,
Elə bilirəm məndən
El, aləm dönüb gedir.
Gözəllər arxasınca
Naləm sürünüb gedir.
Baxıram gül üzlərə,
Oda düşüb yanıram,
Ağarmış saçlarımı
Düşünüb utanıram.
Oğrun-oğrun baxana
Yorğun-yorğun baxıram.
Eh... qocalıq adamın
Başına birdən düşür.
Günlər ömürdən düşür.
298
Ôèêðÿò Ãîúà
BAHAR
Çöldə gülün ətri, balın ətri var,
Yaz gəlib, hər yanda sevgi ətri var.
Sular quşlar kimi verib səs-səsə.
Bütün ömür boyu daş olub qalar
Bu vaxtı eşqini kim əsirgəsə.
Tikanın çiyninə kəpənək qonur,
Zirvənin çiynindən su qalxıb aşır.
Əynindən dumanı dağlar soyunur,
Cığırlar dirilib göyə dırmaşır.
Mavi rəng getdikcə çəkilir göyə,
Qara rəng quyunun dibinə batır.
Quşların məhəbbət çağıdır deyə,
Sərçənin səsi də ürəyə yatır.
Ayı olduğu da çıxıb yadından,
Ayılar gərnəşir yarıyuxulu.
Üşüyüb lal olmuş daşlar adından,
Bulaqlar gəlibdir ürəyi dolu.
Günəş də səmaya eşq ilə qalxır,
Hər yan yaşıllığa batır baharda.
Göydən sübhə kimi məhəbbət yağır,
Torpaq da törüyür artır baharda.
299
Ñå÷èëìèø ÿñÿðëÿðè
BAHARDAN BİR DAMLA
İstəyirsən baharı
əlimdən alasan sən.
Çiçəkləri, yolları
əlimdən alasan sən.
Götür baharı apar,
qoy ruhum qalsın mənə.
Apar baharı, dəymə
qəlbimin sevincinə.
Mənə ölüncə bəsdir
xəyalımdakı yollar,
götür baharı apar.
Bu bərəkətli torpaq
qalacaqdır, bəsimdir.
Başımın üstə günəş
olacaqdır, bəsimdir.
Hamilə qadın kimi
dolu-dolu buludlar
nə qədər səmada var,
yenə olacaq bahar.
Məni də yaradıbdır
Torpaq, günəş, hava, su.
Yaradıb həyat eşqi,
bir də bahar arzusu.
Mən də yüz-yüz güllərin
rəngiyəm, nəfəsiyəm.
Yağışların səsiyəm,
baharın nəğməsiyəm.
300
Ôèêðÿò Ãîúà
Gəzirəm diyar-diyar,
mən bu böyük baharın
balaca zərrəsiyəm, -
götür məni də apar.
301
Ñå÷èëìèø ÿñÿðëÿðè
İNANA-İNANA
İ.Məlikzadəyə
Bir dostum dedi:
yanıram qardaş, yanıram!
Bilirəm deyilənlər yalandı,
yenə inanıram.
Yaşadım
allana-allana,
inana-inana, -
Görünür,bəzən
ehtiyac da olur, yalana.
Yalan şirin olur,
nərgiz qoxusu kimi,
ölüm yuxusu kimi.
Yalan gözəl olur
gözəllərin çoxusu kimi.
Kişisən, di gəl inanma,
inananda sevinmə,
yalan olduğunu biləndə
od tutub yanma.
Ya da düpbədüz yaşa,
kədərsiz,
sevincsiz yaşa.
Nə kiçik olarsan,
nə də böyük, -
ömrün olar ağır bir yük.
1978
302
Ôèêðÿò Ãîúà
İŞ-GÜC
Kişinin yaraşığı –
dərdidir.
Kişinin adına layiq
dərdi olar.
Qadının da qadına layiq
dərdi olar.
Adam ona görə
evdən yola çıxır,
işə gedir,
işdən gəlir.
Adamlar elə
dərdi olduğundan
danışır, gülür.
Dərdimiz olduğundan
yerin təkinə baxırıq,
göyün yeddinci qatına
qalxırıq.
Yer şumlayırıq,
yer əkirik.
Zavod tikirik,
yol çəkirik.
İşdən-gücdən
heç açılmır baş,
Çünki dərdimiz-sərimiz
var, qardaşım.
Dərdi balaca olanlar
girib evdə oturar,
lovğalanar ki, dərdim var.
303
Ñå÷èëìèø ÿñÿðëÿðè
BU YAY
Günəşi qızıl inək kimi
Üzüm gilələrinə sağacağam.
Qırmızı almalara yığacağam.
Gilaslar sırğa-sırğa
gün işığı,
Nar dənələri
çıttaq-çıttaq
günəş odu.
Bu yay yerə yağacaq
günəşin yaraşığı,
Bəlkə bu yay insanlarda
İstiqanlılıq bol oldu.
Bu yay isinəcək
ədalı qızların baxışı,
Yaxşılar yaxşı idi,
pislər də olacaq yaxşı.
Ürəyimiz bir-birinə
qızınacaq.
Qışda gecələr uzanacaq.
Üzüm, alma, nar
bayram tonqalı kimi
süfrəmizdə yanar.
Süfrəmizin başında
atılıb-düşəcək
uşaqlar.
304
Ôèêðÿò Ãîúà
LAQEYDLİK
Biganə yaşamaqdan
daha yaxşıdır ölmək.
Bəlkə xeyir elədi
cəhənnəmi də görmək.
Bəlkə yüz il yana o,
gözündə buz əriyə,
kirpik kirpiyə dəyə.
Bəlkə min il yana,
ürək qızına bir az,
Bəlkə istilik hopa
dilinə-ağzına bir az.
Onu bütün şeytanlar
yığılıb qıdıqlasın, -
bəlkə dodağı qaçdı.
Min il əzab versinlər,
bəlkə bir yol hirsləndi,
bəlkə bir yol dalaşdı.
Mən ondan qorxuram ki,
özü kimi birini
gətirəcək həyata...
Biz də atayıq, ata...
Laqeydlik yenə də
dünyada qalacaqdır,
Bizim balaların da
qanı qaralacaqdır.
305
Ñå÷èëìèø ÿñÿðëÿðè
DİPLOMLU DON KİXOT
Şeirlərimdə
gözəllərin gözləridir
ulduzlar.
Ay camallıdır qızlar.
Guya "yox" desələr ölərəm,
"Hə" desələr ömrüm boyu
gülərəm.
Sevdiyimi görmək üçün
gəlir bahar,
Günəş onu görməsə,
boğular, qaralar.
Quşlar qanad saxlayar,
qulaq asar səsinə, sözünə.
Yarın ayağına dəysə
bir kəsək, bir daş
İş bitdi, qardaş!
Çevirərəm yer kürəsinin
astarını üzünə...
Özünə bax,
danışdığı sözünə bax.
Məni oxutmaqda
lap gül dərdilər! –
İyirminci əsrin
ikinci yarısında
Bir Don Kixota da
diplom verib
üstünüzə göndərdilər.
Bir mərtəbə qalxsa,
tövşüyəcək,
Qaçın,
kainatla döyüşəcək.
306
Ôèêðÿò Ãîúà
QUYUDAN BAXANDA
Quyudan baxanda
göy bir əlcədir;
kainat - beş-on ulduz,
hava qaranlıq,
həyat bumbuz.
Quyudan baxanda
dörd yanın nəm divar.
Ürəyində nəm var,
gözlərində nəm var,
belə həyatda nə var?
Ağzıgöyçək
böcək,
çıx quyunun dibindən.
Çıx köhnə dəbindən,
Ürəyini, gözlərini
quyudan çıxart.
Gözəldir həyat!
Bax güllərin rənginə,
dağların boyuna,
çayların ahənginə,
quşların səhər toyuna...
Göy - üzüm salxımları kimi
ulduzlarla asım-asım.
İnsanam!
Gərək kainatı
bağrıma basım!
307
Ñå÷èëìèø ÿñÿðëÿðè
KİŞİLƏR
Kişilər ağlamaz kişi öləndə,
Kişi ağı demir, qara geyinmir.
Ağırlıq böləndə, dərdi böləndə,
Az düşdü, çox düşdü adam deyinmir.
Bir cavan əl çəkər cavanlığından,
Gedən bir kişinin əvəzi olar.
Dul arvada bənzər kişisiz zaman,
Çörəyi olarsa - sözbazı olar.
Kişilər həmişə olub, olacaq,
Oğlum, bir vaxt kişi deyərlər sənə.
Ölən kişiləri qoyuruq ancaq
Gələcək günlərin bünövrəsinə...
308
Ôèêðÿò Ãîúà
YERLƏ GÖY ARASINDA
Başım minarə qülləsi kimı
göyə çəkir fıkrimi,
sinmişəm
xəyalın yəhərinə, -
başım baş aparır yenə.
Xəyalım deyir:
hava vermə,
işıq vermə,
məni göyə çək.
Belə getsə, bu bahar
çiynimdən
qanadlar göyərəcək.
Başım elə bilir
onda bir gün görəcək.
Yenə burda
tərləyəndə su var,
suya batıram;
yorulanda
gözlərimin yuxusu var,
yatıram.
Orda gün altında
gilə-gilə əriyəcəyəm.
Qanad çalmasam,
kəlləsi üstə yerə dəyəcəyəm
Biz yer oğluyuq,
torpaqdan tənbəlliyimiz var,
sudan sərinliyimiz.
Göydən gəlməmişik ki,
göyə çəkilə bilək biz.
309
Ñå÷èëìèø ÿñÿðëÿðè
Baş aparma, başım,
uçmaq nədir;
Mən də bir ovuc torpağam,
torpaqdan qaçmaq nədir?
310
Ôèêðÿò Ãîúà
KƏNDİMİZ OYANIR
Səhər-səhər
reyhanları üzüsulu,
qızılgülləri gözüyuxulu
kəndimiz oyanır.
Şırıl-şırıl
sağılır qızıl inək.
Evlərin pəncərəsi - qızıl eynək,
Eyvanda gərnəşir qızlar
əynində qızıl köynək,
kəndimiz oyanır.
Toyuqlar qapıya baxıb,
dən gözləyir,
inək balasını yalayıb
əzizləyir.
Camış gövşək vura-vura
əmizdirir,
Havada təzə süd ətri var,
Arxdan elə bil
buğlana-buğlana süd axır.
Adam nəfəs almır,
sinəsinə hava yığır.
Günəş dəcəl uşaq kimi
dırmaşıb qayanın başına qalxır,
Kəndimiz oyanır.
Səhər-səhər
gündoğan vaxtı,
kəndimiz - tüstülənən bir ocaqdı.
Od alıb yanacaqdı
qara gözlər, -
olacaq
311
Ñå÷èëìèø ÿñÿðëÿðè
külü pülənmiş gözlər.
İş yeri,
döyüş yeri
olacaq.
od ələnmiş çöllər, düzlər.
Hər sinədə
bir yanar ocaq,
salamları da,
təndirdən çıxmış çörək kimi
əli yandıracaq.
İndi
Günəş uçub qovağın başına qonur,
banlayır.
Səsi buludlara düşüb yanır,
kəndimiz oyanır...
312
Ôèêðÿò Ãîúà
QAŞ QARALANDA
Hər gün qaş qaralanda
bir az qəlbim kövrəlir.
Kövrək xatirələrim
qayıdıb yenə gəlir.
İlk məhəbbət çağları...
İlk görüş, ilk ayrılıq.
Gecə...gözlər yuxusuz,
hava ətir...
ay ilıq...
Pəncərənin işığı
pıçıldayır, danışır.
Pəncərənin işığı
məndən küsür, barışır.
Gecəni sübhə kimi
kükrəyirəm, daşıram,
yanıram, alışıram.
Ona nəğmə qoşuram,
heç kəs bilməyir ancaq.
Gecələr yata bilmir
bənövşə məhəbbəti
özündən də utancaq
bir uşaq...
Hər gün qaş qaralana
bir az qəlbim kövrəlir.
Həmin utancaq uşaq
qayıdıb yenə gəlir.
313
Ñå÷èëìèø ÿñÿðëÿðè
ÖZÜMƏ TƏSƏLLİ
Sən də bir insan idin,
mənə yaxından-yaxın.
Ümid dolu axşamların başlardı,
haylı-küylü sabahın.
Gombul qarağaca oxşayırdın,
gövdən eşim-eşim,
düyün-düyün.
Əyninə yapışardı geyindiyin
Arzuların
bahar seli kimi
qarmaqarışıq.
Gözlərində həmişə ümid,
həmişə işıq.
Səhvini düzəltməyə də
Qayıtmazdın,
Elə bilərdin gecdi, keçdi.
Elə bilərdin
bu da bir zər imiş
atdın, düşdü!
Dünya sənin üçün
ya hər şey idi,
ya da heçdi.
Qapıları tanıyırdın
nəsilə görə,
ocağa görə.
Adamları vəzifəyə görə yox,
qanacağa görə,
Dilinə od bassalar
qırpmayacaqdın gözünü,
deyəcəkdin sözün düzünü.
314
Ôèêðÿò Ãîúà
Sevincin də böyük olurdu, -
o da sənə yük olurdu.
Yaz seli kimi
coşurdun, çağlayırdın.
Qəmlənə də bilmirdin,
yaz buludu kimi
hönkürürdün, ağlayırdın.
Bizim yerlərdə
xasiyyətnamən
idi adın.
Sakit ölməyi də bacarmırdın,
qəzaya uğradın.
Bir də...
Sən də bir insan idin, -
insan ölür də...
315
Ñå÷èëìèø ÿñÿðëÿðè
BAXTIM
Dünən baxtımı gördüm -
qırx üç il yol yoldaşım.
Mənim ağarır başım,
sənin də ötür yaşın.
Neyləyərəm mən sənsiz
döz, hələ bir az da döz,
baxtım - əkiz qardaşım.
Biz qoşa iməkləyib
yerimək öyrənmişik.
bu dalğalı yollarda
ucalmışıq, enmişik.
Əynimizə rəngbərəng
illəri geyinmişik.
Bərkdə, çətində, darda,
nə zaman deyinmişik -
haçan axıb göz yaşın?
Gedək, bir az da gedək,
baxtım - əkiz qardaşım.
Səninlə yerin, göyün
yükünü çəkərəm mən.
Səninlə bəd günlərin
gözünü tökərəm mən.
Sənsiz bircə gün olsam
üstümə dağ qalanar,
yollar ilana dönər,
ayağıma dolanar.
Sənsiz daş suya dönər,
su oda dönər yanar.
316
Ôèêðÿò Ãîúà
Ağ çiçək açıb başım,
Hələ nədir ki, yaşın.
Gedək, qolboyun gedək!
Baxtım - əkiz qardaşım.
317
Ñå÷èëìèø ÿñÿðëÿðè
ÇİNAR
Ağdaşımın ağbirçəyi, uca çinar,
sən, yaşlıdan yaş soruşma,
ayıb işdir.
Qoca desəm, qorxuram ki, qəlbin sınar.
Bu görkəmdə görüb səni,
Yamaqlı görüb sinəni
lap ürəyim kövrəlmişdi.
Yüz illərdi oturmusan
yol yanında,
çay başında;
Yüz illərin söhbəti var qırışında,
duruşunda,
baxışında.
Yüz illərdi bu şəhərə
gəlib-gedən
qolunun altından keçir,
sənin həyatından keçir.
Çox görmüsən saf ürəklə
gələnləri,
min fərəhlə gedənləri...
Top-tüfənglə gələnlər də
gəlib, amma od-alovu
sönüb gedib.
Gəlib burda suya düşmüş
kəsiyinə dönüb gedib.
Burdan yola sən salmısan
neçə oğul, ana çinar.
Dönüb sənə xar baxana
sən qənim ol, ana çinar.
318
Ôèêðÿò Ãîúà
DƏNİZ
Üstünə çəkib
ulduzlu gecəni,
unudub könlündən keçəni.
Başını qoyub qumlu sahilə
büzüşüb olub bir gilə,
yatır dəniz.
Yuxusunda gəmilər üzür,
yuxusunu
balıqçılar tordan süzür.
Balığın havası,
yeməyi dəniz,
balıqçının yolu,
köməyi dəniz...
Dəniz –
yatanda fələk gəlsə,
yuxusuna haram qatmaz,
hirslənəndə
kainat layla çalsa, yatmaz.
Salıb toruna
balıqçılan, balıqları,
heç biri yaşaya bilmir
ondan ayrı...
319
Ñå÷èëìèø ÿñÿðëÿðè
BALIQLAR
Gəmilər çıxır dənizə,
yazıq balıqlar, balıqlar.
Düzüləcək süfrənizə
yazıq balıqlar, balıqlar.
Suda balıq ələnəcək,
Hamısı tora bələnəcək,
bir udum su dilənəcək
yazıq balıqlar, balıqlar.
Onlar quş tək qanad açar,
dənizlər dibində uçar.
Tora gələr bir gün düçar
yazıq balıqlar, balıqlar.
Can atdılar böyüməyə,
bir-birini yeyə-yeyə
tutuldular yeyilməyə
yazıq balıqlar-balıqlar.
Bir tordur dəniz özü də,
Kimsə atıb dənizi də,
bu tora salıb sizi də...
yazıq balıqlar, balıqlar.
320
Ôèêðÿò Ãîúà
Dostları ilə paylaş: |