Buraxılışa məsul



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə8/14
tarix03.02.2017
ölçüsü1,06 Mb.
#7513
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

 
 
SƏRÇƏ DURNA DEYİL Kİ 
 
Sərçə durna deyil ki,  
Sərçənin qayğıları çoxdu.  
Uzaq səfərə vaxtı yoxdu.  
Bütün gün ərzində  
Hər işə çatır.  
Səhər alaqaranlıqdan 
boğazı ağrıyınca qışqırıb  
Günəşi oyadır.  
İldə iki dəfə, üç dəfə  
Hər dəfədə də bir dəstə  
Qaragözlü, boyubəstə 
balalar böyüdür.  
Sərçə durna deyil ki,  
İşi onun böyükdür, 
bala böyüdür...  
Qışın qarına, çovğununa  
Gərəcək bir damcı sinəsini.  
Yenə səhər tezdən   
ucaldacaq səsini.  
Balaca uşaq topu kimi  
atılıb düşə-düşə, 
bütün günü  
başı qarışır işə.  
Sərçə durna deyil ki,  
Bahar özü gəlir  
Sərçəylə görüşə. 

  
 
 
 
204
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
 
DAĞLAR GEDƏCƏK 
 
Yol gəlib zamanın dərinliyindən,  
dağlar yorulub, yatıb.  
Çiynində göllər,  
ağaclar, bulaqlar,  
yorulub yatıb. 
 
Göllər güzgülərmiş,  
bulaqlar fəvvarə.  
Göl arxası üstə düşüb, 
Yaxşı ki, sınmayıb. 
 
Bulaq qarnı üstə sərilib yerə.  
Zirvələrdə bulud dincəlir,  
dərələrdə duman.  
Gövşəyən maralından,  
əmən balasından ət uman  
Musa Yaqub yatıb kahasında.  
Cığırları köhnə lent kimi  
açılıb sallanır yaxasında.  
Ayıları adam olunca yatacaq,  
qayaları yumşalınca yatacaq  
bu zaman yolçusu dağlar karvanı...  
bir səhər  
ayılıb görərlər  
dağlar oyanıb gedib,  
Suları işıq olub yanıb gedib. 
Nə zirvəsində qartal səsi var,  
Nə də ətəyinin kölgəsi var.  
 

                                                                                  
 
 
205
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Bir yanı açıq qalıb aran,  
Gedib karvan.  
Gün altında 
yanıb tökülmüş səhra qalıb,  
Məcnunu ölmüş səhra qalıb. 
 

  
 
 
 
206
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
 
22 MART 
 
Qızlar sıyrıldı çıxdı 
qış paltarından.  
Elə bil köynəyi  
İndicə çıxartdı 
tarzən tarından. 
Sinəsinə əlin dəysə, 
öz ürəyin segah başlayacaq.  
Gözlərinə baxsan  
Sənə məhəbbət adlı 
bir əzab bağışlayacaq.  
Ağ göyərçin qanadları - əlləri,  
gözlərində Novruz məşəlləri,  
dodaqlarında Novruz bayramı,  
çiyninə dağılıb  
bayram axşamı.  
Beli haqq-ədalət kimi üzülür.  
Yanaqları elə gülür, 
adam yanıb tökülür.  
Kölgəsi hansı bədbaxtdı görəsən...  
Yox, bu gün dünyanı gərək 
yağışla çiləyəsən,  
küləklə süpürəsən.  
Ayaqlar altına 
kölgələr döşənəcək,  
Torpaq kövrələcək, 
qayalar düşünəcək.  
Qınından sıyrılır qızlar,  
Bu gündən 
Torpağın da canı qızar. 

                                                                                  
 
 
207
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
GÜL 
 
Gülə hörmət elədilər, 
ətrini bəyəndilər,  
rəngini duydular.  
Onu qara torpaqdan üzüb 
büllur qaba qoydular.  
Dupduru su töküldü dibinə, 
bir qıça şəkər də qatıldı suyuna.  
Aləm yığışdı toyuna, 
məclisdə tən ortada  
dayandı gül.  
Sevgi rənginə boyandı,  
Çıraq əvəzinə yandı gül.  
Ona halaldı,  
Öz qiymətini 
artıqlamasıyla aldı gül!  
Qiymətindən o yana daha nə qaldı?  
Ona görə də saraldı gül! 

  
 
 
 
208
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
İNSANIN DƏRDİ YOXDU 
 
İnsanın dərdi bir olsaydı 
o da yemək dərdi olardı.  
İlan kimi sürünərdi, 
canavar kimi ulardı.  
Dəryaları keçirərdi ələkdən,  
taledən, fələkdən  
bac alardı.  
Yerin dibinə cumardı, 
ulduzlara ucalardı.  
Yeyərdi suyu, torpağı, havanı,  
Həvva Adəmi yatızdırıb yeyərdi,  
Bəlkə də, heç yatmamışdan  
Adəm yeyərdi Həvvanı.  
Şükür ki, insanın  
Dərdi bir deyil, çoxdu.  
Deməli, insanın dərdi yoxdu. 
 

                                                                                  
 
 
209
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
SƏHƏR GİMNASTİKASI 
 
Bir eyvanım var 
havada yaşayır,  
havada da yatır. 
Səhər-səhər gündoğana 
günəşdən qabaq çatır. 
Balalarım hələ ki, 
eyvandan baxırlar həyata. 
Onlar bir cüt qaranquş balasına  
oxşayır, 
ağızlarını açıblar kainata. 
Dəhlizin arzusudu eyvan,  
durub üzə 
özünü çölə atmaq istəyib  
üzü dənizə. 
Görüb aşağıda 
hörümçək toruna oxşayan yolları  
donub qalıb, 
daşa dönüb qalıb –  
şəhərin gündoğanında. 
Hər gün məni çağırır 
səhərin gündoğanında. 
Bardaş qurub otururuq 
evlərin başı üstə. 
Mənzilim günəşin yolunu gözləyir, 
Əlini qoyub qaşı üstə, ehey!!! 
Dənizin dibindəkilər, 
Sahilə çıxmaq eşqinə düşməyin! 
Sahilə çıxmaq 
Heç kimə düşməyib. 
Düşüb yer kürəmiz 

  
 
 
 
210
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Hörümçək toruna oxşayan yollara 
fırlanır, çapalayır.  
Ölüm acgöz hörümçəkdi;  
ağzı sulanır, dodağını yalayır.  
İstəyirəm eyvanımı sürəm,  
Kainata uçam. 
Yaxşısı budur mənzilə girim,  
Səhər açılıb, acam. 

                                                                                  
 
 
211
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
HEÇ OLMASA 
 
Ürəyimdə səssizlik ağrıyır, 
ürəyimdə elə sakitlikdi,  
adam kar olar.  
Ürəyimdə elə boşluqdu - 
adam havasızlıqdan boğular.  
Buludlar sözlü adam kimi 
dolub asılıb başımın üstündən,  
zaman ötüb keçmir  
dünyanın yaşının üstündən.  
Qobustan qayaları indicə 
göydən yağıb donub,  
min illər keçib gələn  
İçərişəhərin köçü 
indicə dayanıb daşa dönüb.  
Günəş qalıb gündoğanda 
qalxa bilmir.  
Çaylar nəfəsini çəkib içinə,  
şəlalələr havadan  
asılı qalıb, axa bilmir.  
Mən Adəm oğlunu 
indicə cənnətdən qovdurdun, Həvva qızı,  
heç olmasa gül, 
daşa döndərmə dünyamızı. 
 

  
 
 
 
212
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
KÜLƏK DÖYDÜ 
 
Külək döydü pəncərəmi 
dedim, buyur gəl. 
Təpildi otağa, 
açdı yaxasını pencəyimin,  
ürəyimi varaqlamaq istədi,  
bəlkə də, elə-belə  
deyirdi: pencəyi çıxart, istidi. 
Qayıdıb atdı özünü eyvandan,  
qonşunun cavan oğlu kimi.  
göydə buludları qatdı qabağına  
qəzəblənmiş Koroğlu kimi. 
Dənizin dibində 
balıqların yolu oldu. 
Bu külək olmadı  
yağış oldu, toz oldu, dolu oldu. 
Birinin sözünü 
qaytarıb dürtdü ağzına,  
birinin qulağına  
tıxadı barmağını. 
Sataşdı xalxın qızına,  
dartdı balağını. 
Bu külək başa bəla oldu. 
Bilsəydim, əvvəldən onu qulaqlayardım. 
Qapını bağlayıb 
evdə saxlayardım. 
 
 
 

                                                                                  
 
 
213
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
GECƏNİ YUSAQ 
 
Gecəni yusan, 
Qarası gedərmi, görəsən? 
Gözlərini yumsan, 
Gözlərinin qarası gedərmi, görəsən?  
Gülsən arsız-arsız  
Ürəyimin yarası gedərmi, görəsən?  
Sərhəd məftilləriylə  
Yer kürəmizi bələmişik.  
Raketləri Yer kürəmizə  
Ölüm toxumu kimi səpələmişik.  
Raketlərin səbri partlasa, 
içindən ağ sülh göyərçinləri uçacaq,  
dinclik qanad açacaq,  
insansız qalan Yer kürəmizdə  
Bizim bu sülh oyunumuza  
Kainat gülməz ki, görəsən?  
Bizə qoşulub 
Yer kürəmiz də ölməz ki, görəsən?  
Ölməsə, yenə çalışıb 
təzədən insan yaradacaq torpaq.  
Yenə bu günə gəlib çatacaq torpaq,  
yenə insan  
bugünkü silahları yaradacaq,  
Yer kürəsini iki səngərə böləcək,  
İki cəbhə üz-üzə yatacaq.  
Yenə mənim kimisinin biri 
gecəni yatmayıb deyinəcək öz-özünə,  
Gecəni yuyub sərmək istəyəcək  
dan üzünə. 
 

  
 
 
 
214
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
BİR GÜN GƏLƏNDƏ 
 
Əlli ildir 
37 hərarətlə yanıram, 
elə bu hərarətlə yatıram,  
elə bu hərarətlə oyanıram.  
Ümidim sönəndə 
gözümlə ən uzaq işartıdan  
od almışam.  
Yandıqca çapalamışam,  
Yandıqca dərim qaralıb,  
Qara saçlarımda 
zolaq-zolaq boz tüstü qalıb.  
Özüm boyda bir şamam, 
yanır ürəyimdə arzu,  
yanır dilimdə söz.  
Qaranlıqda saçlarım, 
gözlərim, qaşlarım.  
Qaranlıqdır ki, 
yanıram gecə-gündüz.  
yanıram ki,  
Su görəndə gözüm gülür,  
bulaqlar ürəyimin  
başına tökülür.  
Çay görəndə 
cummasan olmaz,  
Dənizdə gözlərimin köynəyini 
yumasan olmaz.  
Su içəndə də  
Üzürəm yana-yana, 
odnan suyuq yan-yana, 
sığmışıq bir cahana, 

                                                                                  
 
 
215
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
nə bilim?  
Sizdən bir xahişim var: 
bir gün gələndə ölüm  
yanmaqdan canı qurtardı,  
Sevindi deyin.  
Fikrətə öldü deməyin,  
Söndü deyin! 
 

  
 
 
 
216
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
 
NƏ YAXŞI 
 
Bu gecənin axırında səhər var,  
Bu səhərin əvvəlində səfər var,  
Mənim hələ görmədiyim şəhər var,  
İki dəfə gəlmək olmur həyata,  
Mən gəlmişkən gərək bir az yaşayam.  
Yaşım əlli, özüm hələ yaxşıyam. 
 
Bir bulağam, xəzəl altda axıram,  
Bir çiskinəm, kirpiklərə yağıram, 
Bəzən xəlvət qızlara da baxıram, 
İraq olsun qulağından arvadın,  
İstəmirəm yarasını qaşıyam.  
Elə bilir indi bir az yaxşıyam. 
 
Yaş ötdükcə kürəyim heydən düşür,  
Bu qocalıq başıma göydən düşür.  
Yaş ötdükcə ağlıma da dən düşür,  
Az danışsam ağılsızlıq bilinməz,  
Mən əzəldən qara çaylaq daşıyam.  
Mənim yaşda olanlardan yaxşıyam. 
 
Nə gödəkdi, nə uzundu bir ömür,  
Gah yağmurdu, gah susuzdu bu ömür,  
Mən yazmamış aldı, pozdu, bu ömür,  
Hələ indi anlayırdım dünyanı  
Bir də gördüm daha əlli yaşlıyam,  
Nə yaxşı ki, hələ bir az yaxşıyam. 
 

                                                                                  
 
 
217
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
XATİRƏMDƏ 
 
Xatirəmdə bir səhər var,  
Səhərdə süd qoxusu,  
Gözlərimdə  
ağ çiçəklərin  
bahar yuxusu.  
Otların üstündə şeh.  
Üstümdəki yorğan nəm,  
Kövşüyə-kövşüyə  
Əmizdirən camış,  
Mızıldana-mızıldana  
Nehrə çalxayan nənəm.  
Toyuqların arasındakı  
Lovğa xoruz. 
Səhər nəğməsini başlayan  
Günəşi alqışlayır 
sərçələrdən, təzə yumurtlamış toyuqlardan, 
quzulardan, cücələrdən ibarət 
məhlə xorumuz. 
Havanın təmizliyi, 
Havanın saflığı, 
torpağın yumşaqlığı, 
məhəbbətinin buğlanmağı, 
insaflılığı. 
Doqqaz başında 
yabaya söykənib dayanmış babamın  
böyüklüyü, paklığı. 
 

  
 
 
 
218
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
 
QADIN YARADIB 
 
Səni görəndən inanmışam,  
Qadın yaradıb bu yer kürəsini.  
Ona bağışlayıb gözəlliyi,  
Yaratmaq həvəsini.  
Qadın əli dəyib bahara –  
budaqlar öz içinə sığmayıb,  
yarpaqlayıb, çiçəkləyib.  
Qadın üzünü görüb bənövşə -  
Utanıb, boynunu əyib.  
Qadın nəfəsi toxunub 
Qızılgülə -  
Gül qalıb yana-yana,  
Gülə-gülə. 
Qadın keçib yaydan –  
yay qalıb yana-yana.  
Payızı qadın öpüb –  
Həya çöküb almanın yanağına,  
nar düşüb yanğına,  
bəzi dözməyib paçallayıb.  
Əli dolu ağaclar  
qolunu yanına sallayıb.  
qibtədən söyüdlərin saçı çallayıb.  
Qadın küsüb qışdan –  
bulaqların gözündə işıq sönüb,  
çöllər yaşıl işığını soyunub,  
sular heyrətindən donub.  
Acığın tutmasın mənə  
Qışı vaxtından qabaq,  
Gətirmə yer kürəsinə. 

                                                                                  
 
 
219
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Həsrətini əkdim  
payız göyərdi torpaqdan.  
Utandım körpə sarı yarpaqdan.  
Həsrətini çəkdim  
tüstüm gözümü yaşartdı.  
Həsrətin nə məni öldürdü,  
nə də yaşatdı.  
Dili nəğməli elədi məni,  
dəli elədi məni.  
Cavankən baş ağartdı.  
Həsrətini satmaq istədim –  
uzandı milyon-milyon  
Həsrətinə həsrət əllər,  
Nalə qopardı uzaq illər.  
Nizaminin "Sənsiz"i gəldi,  
Füzulinin səsi gəldi.  
Gəldi Məcnunlar, Kərəmlər,  
Gəldi Adəmin ilk balası,  
Həsrətin ömrü nə uzunmuş,  
dadı nə şirinmiş,  
ay allahın bəlası.  
Mən elə xoşbəxt doğulmuşam,  
Həmişə xoşbəxt olmuşam –  
Sənə olan həsrətim  
İndi səndən əzizdi.  
Bundan sonra olası  
vüsalımdan təmizdi. 
 

  
 
 
 
220
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
FİKİR ELƏMƏ 
 
Fikir eləmə, 
hər şey keçib gedəcək. 
Haqsızlığı üzə vurma, 
ürəyində çək. 
Özünü ortaya atma, 
yalanı ağartma. 
Özünü yığ, 
dişlərini bərk sıx, 
qoy ürəyində qalsın 
deyiləsi gerçək. 
Hər şey keçib gedəcək. 
Namərdi pərt eləmə, 
hər şeyi ürəyinə dərd eləmə, 
saxta məclisdə 
barıt çəlləyi kimi "part!" eləmə, 
"Bəli" deyə bilməsən sus, 
Sözü yeyə bilməsən, sus. 
Susmaq da bir işdi, 
döz, bu da bir ötəri görüşdü. 
Sus, qışqırsa da dəniz, 
çağlasa da dəniz, 
ağlasa da çiçək, 
susa bilirsənsə, 
Amma onu da unutma, 
ömrün də keçib gedəcək. 
 

                                                                                  
 
 
221
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
BALALARIMIN QAYĞISI 
 
Yolumun bu başında ev,  
O başında idarə.  
Yaddaşımda ev,  
Qarşımda idarə. 
Yolumun xırda qol-budağı vardı. 
Kəsdik hamarladıq, 
Oldu duppədüz - 
Uzandı evdən idarəyə kimi, 
Səhər işə, axşam evə 
Gedib, gəlirəm bərə kimi. 
Mənim də öz yüküm var, 
Kiçiyim, böyüyüm, 
enişim, dikim var. 
Arzum, istəyim də çin-çindi, 
balalarımın qayğısı 
çiynimdə ağ göyərçindi. 
Gün uzunu 
yer şumlayıram. 
buğda əkirəm, 
dəyirmanda dən çəkirəm. 
Xəmir yoğururam, 
özümü yoğurub, yoruram. 
Məni çörək kimi yeyirsiniz
paltar kimi geyirsiniz, 
belə böyüyürsünüz 
sağ ol, demirsiniz, 
deyirsiniz... 
Öz işinizdi balalarım. 
Budur, 
Olanım, qalanım, varım.  

  
 
 
 
222
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Keçdi bir gün də  
Ömrümüzün üstündən.  
Artdı bir yaxşı gün də,  
bir gün də keçdi pis gündən.  
Boyum bir gün qısaldı,  
balalarım bir gün ucaldı,  
Anam bir gün qocaldı.  
Mən nə itirdim,  
balalarıma nə qaldı,  
hələ bilmirəm.  
Hesablasan düz çıxır –  
döymürəm, döyülmürəm. 
Beynim bir qoşa ovuc torpaqdı,  
açılmadı baxtı. 
Şumlanmadı, əkilmədi, biçilmədi 
Tapdanmadı, keçilmədi, 
yazıq özünün gücünü bilmədi. 
Ömrün yarısına kimi 
yaşadı yazsız, qışsız, 
çapıqsız, qırışsız. 
Saçıma qış düşdü, 
kirpiyimə, qaşıma qış düşdü. 
Torpağıma Araz boyda 
qırış düşdü. 
Qırışmal beyinin 
Qırışı artmadı. 
Bu ötən ömür 
beynimi oyatmadı. 
Beynim yatdı,  
zaman yatmadı.  
İndi özümü çırpıram  
dörd yana, 

                                                                                  
 
 
223
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Gözümdə bu dərd yana-yana  
Uşağımın beynini  
İndidən oyatmaq istəyirəm.  
Özüm çəkəsi olduqlarımı  
Uşağın çiyninə atmaq istəyirəm.  
Uşaq da nə uşaq –  
bir sümükdü, bir dəri,  
öz kaşasını yeməyən uşağa  
dirənmişəm ki, "ala ye bu dərdləri". 
 

  
 
 
 
224
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
BİR ADI DA VAR 
 
Görüşün iki adı var,  
Əvvəlki adı həsrətdi.  
Gülüşün iki mərtəbəsi var,  
Birinci mərtəbəsi dərddi.  
Xəsis yoxluğun xəsisiydi,  
indi comərddi...  
Namərd pis günün namərdiydi;  
Yaxşı gündə o da mərddi.  
Əsl dərd əsl adamın yüküdü –  
İkisi də hər saat olmur,  
dərdsizlik də asan olmur.  
Hər şeyin iki adı var,  
iki üzü var. 
Hər üzün öz gözü var...  
Bir olan hər şey  
Qanundu, qadağadı, səddi,  
Həsrətin bir adı da  
Sərhəddi! 
 

                                                                                  
 
 
225
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
HAYIF DEYİL 
 
Günəş də ilk şüalarını  
dağların başına salır.  
Zirvələrdə qışın qarı da  
yayın ortasına kimi qalır.  
Hayıf deyil ucalıq. 
 
Öz boyuna yaraşan  
Tarixi var, yaşı var. 
Ətəyində yaz olar,  
Zirvəsində qışı var.  
Hayıf deyil ucalıq. 
 
Səbri kimi böyükdü,  
Qəzəbli, kinli dağlar,  
Quzeyli, günlü dağlar. 
Dərdi kahalarında  
Susar, gizlənər, qalar.  
İllər uçurumlarında  
Donar, buzlanar, qalar.  
Hayıf deyil ucalıq. 
 
İlk tufan, ilk ildırım  
İlk qar, ilk dolu döyər.  
Buludun nəmi tutar,  
Küləyin yolu döyər.  
Hər ayağı yer tutan  
Zirvəyə qalxım deyər.  
Gözündən bulaqları 
Səssiz-səmirsiz axar,  
Min illərlə bir yerdə  

  
 
 
 
226
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Susar, dayanar, baxar.  
Bir dağ zirvələrində  
Uca qalır ucalıq,  
Dağlar yaxşı bilir ki,  
Yaman şeydi ucalıq. 
 

                                                                                  
 
 
227
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
YAXŞI Kİ, GƏLDİM 
 
Nə uduzmuşam axı,  
Taleyimin zarafatıyam.  
Atamın, anamın xoş saatıyam.  
Dünyaya gələn gündən qazanıram,  
Başqa heç kəslə işim yoxdur.  
Amma mən qazanıram.  
Yox idim, olmuya da bilərdim,  
Heç doğulmaya da bilərdim.  
Görən gözlərim, 
düşünən beynim, yaşayan ürəyim var, 
Bu cür gözəl dünya var, 
dünya haqqında 
Özümün rəyim var. 
Günəş özü boyda sevincdi, 
yayılır cahana. 
Nə qiymət qoyasan 
sevincə, kədərə, həyəcana?! 
Ürək dolu olur, 
Ömür gözəl olur, dadlı olur. 
Adam sevincin, kədərin 
bolluğundan istedadlı olur. 
Həyatın sehrbazlığı 
yumurtadan çıxan cücədi. 
Çiçəklərin rəngi, 
suyun səsi, 
qara torpaqdan 
yaşıl otların cücərməsi möcüzədi. 
Möcüzədi insanın sözü,  
baxışı, gülüşü.  
Ölüb heç nə olması,  

  
 
 
 
228
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Heçdən yaranıb gəlişi möcüzədi.  
Sonra insanın 
bu möcüzələrə üzü öyrəşməsi  
vərdişi möcüzədi. 
 

                                                                                  
 
 
229
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
XƏBƏRLƏR 
 
Kəndimizin tarlalarından  
Nikaraqua, Çili, Livana kimi,  
Kosmosdakı insan kimi  
Uzanır bir günümün qayğıları.  
Dünyadakı gərginliklə artır  
Canımın təzyiqi, başımın ağrıları.  
Dörd uşağım var  
- Elə bil hər biri 
Yer kürəmizin bir cəhətindədir. 
Hər gün könlüm 
Hər cəhətin halını 
Öyrənmək cəhdindədir. 
Livan faciəsi ola-ola 
danışmaq olarmı dünyada haqdan? 
Çörək yediyim yerdə 
Xəbər verirlər: 
Filan qədər insan qırılıb 
İrandan, İraqdan. 
Çörəyim boğazımda qalır, 
sözüm ağzımda qalır. 
Məhəmməd car çəkirdi 
İslam haqq deməkdi. 
Yoxsa müsəlmanlıq 
bir-birini qırmaq deməkdi? 
Elə xaçpərəstlər də, 
bütpərəstlər də, 
bütün pərəstlər də 
"Ya allah" - deyə-deyə 
qırır allahın yaratdığını. 
Yaxşını özü tərəfə dartır,  

  
 
 
 
230
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Allahın üstünə atır  
öldürdüyünü, atdığını.  
Əzizim, gözüm,  
Atam, qardaşım, balam insan,  
Sən ki, böyük dühasan, nə olar 
Acgözlükdən doyasan! 
 

                                                                                  
 
 
231
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin