Buraxılışa məsul



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix03.02.2017
ölçüsü1,06 Mb.
#7513
1   2   3   4   5   6   7   8   9   ...   14

 
 
CƏSARƏT 
 
Hələ heç olmamış 15 yaşı 
İnqilab uğrunda qaçaqlara qarşı  
vuruşmuşdu. 
Neçə dəfə 
Ölüm düşərgələrinə düşdü, qaçdı. 
Neçə dəfə Cəsarəti 
öz başına oyun açdı. 
Düşmən adıyla 
düşmən kimi düşmənlərə qatıldı. 
Nə bir dəfə əqidəsini satdı,  
nə də satıldı. 
İndi balaca bir idarədə 
Doğma elində işləyir. 
Bir ağıldan balaca,  
qarından yekə 
müdirin yanında işləyir. 
Neçə illərdi dodağını gəmirir,  
dilini dişləyir. 
Dünən Cəsarəti 
partizan kimi  
ürəyinin dərinliyindən qalxdı, 
Kürsüdə şimşək kimi çaxdı. 
Özündən çıxdı, 
müdiri yıxdı,  
sürüdü iclas boyu belədən-belə. 
Müdirin gözləri 
Ona zillənmiş soyuq, boz  
İki güllə. 
Bu gün Cəsarəti 
təqaüdə çıxartmaq istəyir müdir  

                                                                                  
 
 
81
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
hörmətlə, üzünə gülə-gülə. 
Dayanın!!! 
Saxlayın sakit iclasları yarıda.  
Sakit toyları, 
rəsmi yasları da - saxlayın.  
Toyda oynayın,  
Yasda ağlayın.  
Cəsarətsiz iclasları 
açılmamışdan bağlayın.  
Cəsarət təqaüdə çıxmaz,  
sən onu öz övladının gözlərində görəcəksən.  
Yuxularına girəcək, 
qarşısında diz çöküb hönkürəcəksən.  
Cəsarəti öldürə bilmərik sən, mən.  
Cəsarətimiz təqaüdə çıxsaydı  
Əhalimiz xalq olmazdı, 
Torpağımız - Vətən. 
 

  
 
 
 
82
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
BİR GECƏ 
 
Bir gecə gözlərim yuxusuz qalsa,  
hər kirpiyimdən  
bir pudluq yuxu asılsa, 
yenə mənim üçün  
dünya gözəl olacaq səhər. 
Günəşdən yağacaq 
qızılı nəğmələr. 
Bir dünya gözəlliyə 
bir gecənin yuxusuzluğu  
neyləyər. 
Bir gecə ürəyim ağrısa,  
yenə də səhər –  
gözəl olacaq çöllər, düzlər,  
insanlar, çiçəklər. 
Bir gün mən gecədən gecəyə keçsəm,  
dünyadan köçsəm 
Günəş nəğməsini yenə çalacaq, 
çiçəklər küləklərə naz edəcək, 
gözəllər lap 
fələyə də naz edəcək. 
Bu dünya yenə də gözəl olacaq. 
Bu gözəllikdə 
yaşayacağam mən də, 
bir insan ölümü axı nədir ki, 
bu boyda dünyanın gözəlliyində. 
 

                                                                                  
 
 
83
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
GƏRƏYİM DEYİL 
 
Nə pul, nə var, nə daş-qaş,  
Nə də böyük şöhrət-şan,  
Mənim gərəyim deyil.  
Mənə "qayğı" göstərib  
Əhvalımı soruşan  
Mənim gərəyim deyil.  
Bəsimdir bu yer, səma,  
Tapdığım bu duz-çörək.  
Qalanı sizin olsun.  
Eh, sən allah, qoy görək
Mənim gərəyim deyil.  
Rütbə üçün əyilib  
Ətək öpən görmüşəm.  
Onu ki, mən görmüşəm,  
Rütbə gərəyim deyil.  
Çörək üçün qeyrəti  
Verən olur əlindən.  
Elə gen-bol çörəkli  
Olmaq istəmirəm mən,  
Mənim çörəyim deyil.  
Şöhrət üçün, şan üçün  
danan var öz elini,  
atan var məsləkini.  
Rütbəlilər dalınca  
Sürünür kölgə kimi.  
Bu da böyük hörmətdir.  
Bu yerdə qışqırmıram,  
boğuram öz kinimi. 
Öz-özümə deyirəm:  
belələrı olacaq.  

  
 
 
 
84
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Sən bir büllur suya bax,  
Qara, canlı torpağa,  
Mavi, təmiz göyə bax.  
Min-min aydın gözlərə,  
Nur ələnən üzlərə,  
Vüqarlı ellərə bax.  
İnsan kimi yaşasaq  
Yaşamalı dünyadı,  
Gözəl dünyadı, vallah! 
 

                                                                                  
 
 
85
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
QƏRBİ BERLİNDƏ 
 
Bilmirəm hansı ev,  
Hansı küçə idi,  
Bir gecə idi.  
Divar peçini qaladılar  
"Böyük" Almaniyadan  
Alman cəngavərliyindən 
söhbəti söhbətə caladılar.  
Arada odun atdılar 
ağacların krimotoriyasına.  
Söhbət çatdı sona  
Çıxdım eyvana,  
Hava ilıq idi.  
Həyətdə bir dəstə küknar 
vermişdi baş-başa,  
Məğlub olmuş bir ordudan  
təslim olmuş qalıq idi.  
Elə bil onlar da 
keçmişdən danışırdı.  
Ancaq 
Keçmiş odu keçmiş ocaq. 
Keçmiş - ağlayan uşağı sakit etməyə 
oyuncaqdır, oyuncaq.  
Biz orda nə etiraz etdik, 
nə də dindik.  
Onsuz da biz qaliblər idik! 
 

  
 
 
 
86
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
                *** 
 
Təyyarələr qəzaya uğrayır  
yedəyində nüvə silahı,  
Zəhərləyir bu günü, sabahı.  
Zəhərlənir otlar, quşlar,  
dalğalar, balıqlar,  
yağış, qar.  
Vahiməli ölümdür 
təyyarələr gəzdirdiyi...  
Ova getmək düşüb könlümə,  
hayıf deyilmi 
qara barıtın iyi.  
Suda islanasan,  
Şaxtadan donasan,  
İstidən yanasan, 
Yorulub qoşalüləni atasan bir yana  
Otlar üstündə uzanasan;  
Yoldaşsız, tulasız, tək, 
Üzü asimana.  
Ova getmək düşüb könlümə,  
ova getmək! 
 

                                                                                  
 
 
87
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
GÖZƏL ALƏM 
 
Bu gözəl dünyaya, gözəl aləmə  
Kədərlə boylanma, kədərlə baxma.  
Gözlərim, dünyanı boyama qəmə,  
Payız suları tək kədərli axma.  
Xəzəllər saralmış arzular deyil,  
Yarpaqlar öləndə gözəl olur ki,  
Gözəl qarşılansın yenə gələn il.  
Bir cür gözəl olur, həm qürub, həm dan,  
Günəş də dünyadan gözəl gedir ki,  
Görənlər bezməsin gözəl dünyadan.  
İnsan tək yaşasaq dünyada əgər,  
Bir ömür insanın gen-bol bəsidir.  
Böyüklər dünyaya "gözəlsən" deyər,  
Kədər acizlərin bəhanəsidir! 
 

  
 
 
 
88
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
DÜNYAYA BAX 
 
Dünyaya bax, dünyaya,  
Bapbalaca kürədi.  
Maviliyə bulanıb  
Üstü-başı "kirridi".  
Onu yağışda yuyub,  
Al günəşə sərərəm.  
Ən uzaq ulduzlara  
Qızıl medalyon kimi  
Ovcumda göstərərəm.  
Dünyaya bax, dünyaya,  
Üstü dolu işıqdı –  
Nə gözəldir, nə şuxdur,  
Dünyaya bax, dünyaya, - 
səmaya yaraşıqdı. 
 

                                                                                  
 
 
89
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
KRIMA QAR YAĞIB 
 
İyirmi ildən çoxdur 
qayıdıb müharibədən  
ayaqsız bir bədən – 
bir evin dirəyi, 
dörd oğlun atası, 
Zərəfşanın əri, 
Zərəfşanın müharibədən qayıtmış  
ayaqsız günləri. 
Krımda bir cüt uşaq qəbri kimi 
dəfn eləyib ayaqlarını. 
Arzularını qoltuq ağacı eyləyib,  
dişləyib dodağını  
nə ağlayıb, nə də off! - deyib. 
İndi soyuq dəyib, 
qızdırma salıb onu yaman hala,  
sayıqlayır yavaş-yavaş: 
- Ay arvad, ayaqlarım üşüyür, 
ayaq barmaqlarımı ovxala. 
Gilələnir gözlərində yaş, 
Zərəfşan çaşıb əl atır 
yorğanının ayaq tərəfınə. 
Bir an nə danışa bilir, nə də dinə. 
Çəngəsində boş yorğan 
hönkürüb keçir yan otağa. 
- Görəsən, neyləmişdik allaha. 
Yəqin Krımdı, nədi, 
ora qar yağıb. 
Allah, istisini əsirgəmə ordan,  
Çöldə payız havası,  
Yanında dörd oğul, 

  
 
 
 
90
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
dörd çinar kimi.  
Ayaq tərəfdə Zərəfşan xala.  
Kişi arada sayaqlayır:  
-Ay arvad, ayağımı, ayağımı... 
ovxala, ovxala... 
 

                                                                                  
 
 
91
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
DOSTUM ANARA 
 
Yaşadım dünya evində, 
Tapmadım ev yeyəsin. 
Niyə gəldim? 
Niyə getdim? 
Anlamadım 
niyəsin. 
Sisim batıb, 
bəxtim yatıb, 
vaxtım çatıb, 
deyəsən... 
Bu halınla dağlar aşıb 
Ankaranın, Tehranın 
Qapısını döyəsən. 
Hələ dostum Anara da 
Orda şeir deyəsən. 
Bundan sonra söz tapmıram 
Nə deyimsə heç mənə. 
Yarəbb, sənin də dostun var 
dost xətrinə keç mənə. 
 

  
 
 
 
92
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
 
QAYA 
 
Qaya zirvədən qopdu, 
Qopdu, 
bir nalə çəkdi
Bilmirdi yazıq qaya 
Nə qədər aşağı düşsə, 
Öz torpaq əcdadından 
Aşağı enməyəcəkdi. 
 

                                                                                  
 
 
93
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
ASTARADA 
 
Bulud gördüm Astarada, 
bir sərhədsiz bulud idi.  
Baxdım ona, düşdüm oda 
yağışını ələyirdi  
O taya da, bu taya da. 
 
Günəş gördüm Astarada,  
İki yerə bölünmədi.  
Nə sərhədçi, nə də sərhəd  
Saydı günəş.  
İşığını o taya da,  
Bu taya da yaydı günəş. 
 

  
 
 
 
94
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
      *** 
 
Bir çiçəklə yaz olmaz, 
bir baxmısan, bir də bax.  
Sevinc belə az olmaz, 
bir baxmısan, bir də bax. 
 
Gülüb qəlbimə girmə, 
mənə sədəqə vermə,  
sən özün ol yerimə,  
yox, belə olmaz, olmaz, 
bir baxmısan, bir də bax. 
 
Bir an dayan nə olar, 
canım, qaçmır ki, yollar!  
Qarşıda ay var, il var,  
bu nazsa, sonra et naz, 
bir baxmısan, bir də bax. 
 
Söz anlat gözlə, qaşla, 
gülüm, məni bağışla.  
Özün bil, bir baxışla  
oğlan qıza vurulmaz, 
bir baxmısan, bir də bax! 
 

                                                                                  
 
 
95
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
QƏRİBƏ İŞDİ 
 
Dost kimi görüşürük  
Gülə-gülə biz yenə  
Mən sənə vurulmuşam,  
Sən də bir özgəsinə.  
Gör nə qəribə işdi. 
Bu dərdi demək ağır,  
Deməmək ondan çətin.  
İkimiz də yanırıq,  
Oduna məhəbbətin, 
Gör nə qəribə işdi. 
Sən ondan gizlədirsən  
Ürəyini sirr kimi.  
Mən də səndən gizlicə  
Yaşadıram eşqimi.  
Gör nə qəribə işdi. 
 

  
 
 
 
96
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
GÖZLƏRİN 
 
Mən onlara baxan zaman  
Süzüldülər, axdılar.  
Mən üzümü döndərəndə  
Oğrun-oğrun baxdılar  
Gözlərin. 
 
Başım üstə axşam kimi,  
Səhər kimi yaşayır.  
Yolum üstə ən uzaq bir  
Səfər kimi yaşayır  
Gözlərin. 
 
Mən getdiyim gəmiləri  
Sağ-salamat qaytarır.  
Mən uçduğum təyyarəni  
Qəzalardan qurtarır  
Gözlərin. 
 
Bilirəm ki, mənə daha  
Zaval yoxdur dünyada.  
Nə qədər ki, oğrun-oğrun  
Baxmayacaq bir yada  
Gözlərin. 
 

                                                                                  
 
 
97
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
                  *** 
 
Sərin bulaq, şirin bulaq, bir danış,  
Qayaları necə yarıb keçmisən.  
Bəlkə, dağın sinəsinə sığmayan  
Şirin sözü, məhəbbəti, eşqisən. 
 
Ürəyimi sənə açım, ay bulaq, 
Apar danış çiçəklərə, çöllərə.  
Qoy gözəllər səhənglərlə daşısın  
Eşqimizi obalara, ellərə. 
 
Eşidəndə sevgi dolu nəğməni  
Bahar vaxtı lalə yanıb-yaxılır.  
Görüb səni heyran olur gözəllər –  
Kölgələri sinən üstə yıxılır. 

  
 
 
 
98
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
 
                  *** 
 
May gəlib, məhəbbət bayramı gəlib,  
Rənglər sərgisinə dönübdür çöllər.  
Elə bil torpağın ilhamı gəlib,  
Sözü-söhbətidir çiçəklər, güllər. 
 
Bulaqlar qaynayan sözlü göz kimi,  
Təpələr mavi bir nağıla döndü.  
Ağacın qəlbində qalan söz kimi  
Yarpaqlar açılıb-tökülür indi. 
 
Necə saxlayıbdır çinədanında  
Bu boyda səsini balaca bülbül. 
Baxanda deyirsən, nə yaxşı dindi,  
Yoxsa partlayırmış yazıq elə bil. 
 
Təzə yuvaları zərif budaqlar  
Layla çala-çala yüyrüyür indi.  
Elə bil ayağa qalxıbdır dağlar,  
Elə bil daşlar da yeriyir indi. 
 

                                                                                  
 
 
99
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
            *** 
 
Düşüb ayağın altına,  
yaralı bir quş kimi 
çırpınır dəniz. 
Başın üstündə göy –  
gözlərin kimi 
geniş, dərin, təmiz. 
Dağlar dəvə karvanıdır elə bil  
zaman keçib sənə indi çatıb,  
yorulub yatıb. 
Unutma, gözəlim, 
dənizi ayaqlarına  
mən vurub salmışam. 
Bu dağların sarvanı 
mən olmuşam, mən! 
Yorulmuşam mən. 
Bir az təsəlli çilə üzümə 
Gözlərinin maviliyindən. 
 

  
 
 
 
100
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
                 *** 
 
Odlu baxışların şumlayır məni,  
Bilmirəm sevgidi, yoxsa həvəsdi.  
Məni eşqə salıb biabır etmə,  
Onsuz da çəkdiyim özümə bəsdi. 
 
Axı qəlbimdəki qasırğalara  
İnadla özünü niyə atırsan.  
Öz rahatlığını çəkirsən dara,  
Mənim də yuxuma haram qatırsan. 
 
Mən də könül versəm, sevilsəm əgər  
Avara külək tək qalacağam tək.  
Tənha ağacları bəs kim dinləyər?  
Yox, səni unudam, unudam gərək. 
 
Dalğalar, söyüdlər eh, kimlər, nələr,  
Mənsiz sübhə kimi üsyan edəcək.  
Bir deyil, beş deyil bu bəhanələr,  
Yox, səni unudam, unudam gərək. 
 

                                                                                  
 
 
101
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
         *** 
 
Bir ürəyim vardı 
köhlən at kimı  
cilovda çırpınırdı.  
Yolunu saldım şumluğa,  
Yolunu saldım daşlığa,  
Dağa dırmaşdırdım  
birnəfəsə,  
Sinəmdə çırpınardı 
şahə qalxa-qalxa,  
tələsə-tələsə.  
Oddan keçirdi,  
Dağdan aşırdı, 
divara dırmaşırdı.  
İndi yay gələndə  
yaylaqların sərin havasına  
tuturam. 
Qış gələndə  
İsti nəyim var 
üstünə döşüyürəm.  
Dördüncü mərtəbəyə 
liftsiz qalxanda 
günortaya kimi tövşüyürəm. 
 

  
 
 
 
102
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
 
GÖYLƏR MAVİ NƏĞMƏDİR 
 
Göylər mavi nəğmədir,  
Dağlar yaşıl nağıllar,  
Mən nə bilim lalələr  
Düzə hardan yağırlar. 
 
Dəniz mavi arzumdur,  
Həzin-həzin danışar.  
Külək şirin sözümdür  
Yanağına yaraşar,  
Saçlarına dolaşar. 
 
Gecə sənin sükutun,  
Gündüz gülər üzündə,  
Sənsiz keçən gecələr  
Həsrətindən uzundur,  
Saçlarından uzundur. 
 

                                                                                  
 
 
103
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
            *** 
 
Mat qalmışam sənə: 
xoşbəxtliyini tək qoyub  
necə yatacaqsan bu gecə? 
Xoşbəxtlikdən 
necə ayrılacaqsan, necə? 
Bəlkə səhər oyananda 
xoşbəxtliyin itmiş oldu? 
Səhərəcən təklikdən darıxıb  
getmiş oldu? 
Bəlkə...bəlkə... 
Nə bilim, bir gecədə 
dünyada o qədər şeylər olub. 
Axı necə yata bilərsən  
belə xoşbəxtlikdən ayrılıb. 
 

  
 
 
 
104
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
 
TƏKİ DÜNYA YAŞASIN 
 
Ürəyimdə ağrılardan 
daş asılıbdır, daş; 
Dünyaya heç nə olmayıb, qardaş. 
Yer kürəsi fırlanır 
yavaş-yavaş. 
Gün işığından xalat biçir özünə. 
Mən də gülümsünürəm 
dünyanın üzünə. 
Gülümsünürəm. 
Dünyamıza heç nə olmayıb, qardaş, 
Belə-belə, yavaş-yavaş 
Gülümsünürəm. 
 

                                                                                  
 
 
105
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
GÖZLƏR MƏNİ 
 
Gözləri bir cüt bəladı,  
Hara qaçsam izlər məni.  
Hansı yola üz döndərsəm  
O, yol üstə gözlər məni. 
 
Əzab verər gülə-gülə,  
Hər an dönər uzun ilə.  
Uzun-uzun kipriklərlə  
Şumlar məni, düzlər məni. 
 
Gah od alar, gah su olar,  
məni oda, suya salar.  
Bilsə başımda qovğa var,  
bəbəyində gizlər məni. 
 

  
 
 
 
106
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
          *** 
 
Çiçəklər aşıb daşıb,  
Bülbüllər nəğmə qoşub,  
Buludlar dağdan aşıb  
Küy salanda aranda  
Lerikdən danışırmış. 
 
Dağlar verib əl-ələ, 
Çaylar demirəm hələ, 
Allah da bəlkə elə 
Cənnəti uyduranda 
Lerikdən danışırmış. 
 

                                                                                  
 
 
107
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
BAĞIŞLA MƏNİ, BAĞIŞLA 
 
Dəymişəmsə xətrinə  
bağışla məni, bağışla.  
Olan oldu, gülüm, yenə  
bağışla məni, bağışla. 
 
Sirr gizlədik özümüzdən,  
belə düşdük gözümüzdən;  
söz verib, dönmüşük sözdən,  
bağışla məni, bağışla. 
 
Eşitməyim yar ahını,  
itirsən hər pənahını,  
boynuma qoy günahını,  
bağışla məni, bağışla. 
 

  
 
 
 
108
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
KÜSƏYƏN QIZ 
 
Dedim küsəyən olma,  
salamı kəsdi məndən.  
Adi bir söz üstündə  
yenə də küsdü məndən. 
 
Qohumumuz bir qızı  
yanımda görüb dünən,  
havası adam yıxır,  
yaman çıxıb özündən. 
 
Yanımdan nazla keçib,  
uzaqlardan baxan qız,  
məni oda yaxan qız,  
məndən hayıf çıxan qız. 
 
Başqa oğlanla durub  
qəsdən danışıb gülür.  
Gülüşləri od kimi  
üz-gözünə tökülür. 
 
Adi bir sözün üstə 
əhdi, peymanı danma.  
Qəşəng qız, elə elə  
barışanda utanma. 
 

                                                                                  
 
 
109
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
BAĞBAN 
 
Bir qoca bağban var,  
beli əyri, qıçı şikəst,  
gözləri ağ titəli.  
Tanışdan, qohumdan -  
iki yekə əli var.  
Ağac gövdəsi kimi  
Qabar-qabar, damar-damar əli.  
Bir bağı bəsləyir,  
uca boylu,  
yaraşıqlı ağacların  
başına dolanır.  
Yaraşıqsız,  
balaca bir quş kimi  
gözdən-könüldən iraq,  
bürünüb yarpaqların  
yaşıl qumaşına, dolanır.  
Bir gün, yatıb ayılmayacaq,  
dünyanın xəbəri olmayacaq.  
Qəzetlər qara haşiyələrlə  
fəryad qoparmayacaq.  
Onu əklillərin  
izdihamı aparmayacaq.  
Bax, susuz qalacaq o səhər,  
bir dəqiqə sükut edəcək  
qəmli-qüssəli ağaclar. 
Onun yasını saxlayacaq  
qəhrəman cüssəli ağaclar,  
bir insan qayğısına həsrət  
qalan bağlar. 
Ağacların göz yaşları kimi töküləcək  
saralmış yarpaqlar. 

  
 
 
 
110
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
      *** 
 
Kimdir oxuyan  
bu gecəyarı?  
Nəğməsi veyllənir  
kimsəsiz yolları.  
Yenə hava isti olsa,  
zərər yoxdur.  
Soyuqdur! 
Nəğməyə soyuq olacaq 
bax, soyuqdan qayalar da 
qısılıb bir-birinə, 
dalğalar da tir-tir əsir. 
Ağaclar da qaçıb daldalanmağa 
yer gəzir. 
Yorğanın altında 
üşütmə tutub məni. 
Bu gecəyarı 
kimdir didərgin salan 
bir yazıq nəğməni? 
 

                                                                                  
 
 
111
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
            *** 
 
Qızılgüllərə baxsan,  
Gözün alışıb-yanar.  
Qızlar da ovçu görmüş,  
Ceyran kimi boylanar, 
Dörd yana hürkək-hürkək.  
Asta yeriyək gərək  
İlin bu çağlarında  
Lənkəran bağlarında. 
 
Oğlan, havalı getmə  
Sonra tez dayanarsan.  
Bir qız ovlayar səni  
Alışarsan, yanarsan –  
Yanarsan pərvanətək.  
Sakit olasan gərək  
İlin bu çağlarında  
Lənkəran bağlarında. 
 
Baxırsan zirvələrə  
Papaq başından düşür.  
Lənkəranlı bir şair  
Qorxub maşından düşür,  
Yol üstündə qalır tək.  
Amma bu söhbəti mən  
Heç salmayaydım gərək;  
Qulağı var, dili var  
Yaşıl yarpaqların da  
Lənkəran bağlarında. 
 
 

  
 
 
 
112
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Qızlara bax, ay allah, 
Budur Məkkə, Mədinə.  
İnanmıram bu yerdən  
Subaylar subay dönə.  
Mənim kimi imansız  
Gəldi imana, dinə  
Ömrün bu çağlarında  
Lənkəran bağlarında. 
 

                                                                                  
 
 
113
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
         *** 
 
Məni qınamayın,  
Dünya mənə tanış gəlir,  
Elə bil bir dəfə 
olmuşam buralarda.  
Onda da belə dəniz vardı, 
sahil vardı.  
Min il, yüz min il,  
nə bilim 
nə qədər əvvəl olardı.  
Onda da balıqlar suda, 
quşlar səmada yaşayırdı,  
Onda da insan ömrünə  
lap körpəlikdən  
başlayırdı.  
Çoxdan gördüyüm 
qarışıq bir yuxu kimi  
yadıma düşdü.  
Bir balığı səmaya tullamışdım ki,  
qanadın var, uç!  
Ölmüşdü. 
Bir quşu suya basmışdım ki,  
qanadın var, üz!  
Ölmüşdü.  
Kim hava ilə suyu 
onların arasında ölüm  
sərhədylə bölmüşdü...  
Onda biimirdim,  
İndi də bilmirəm,  
Nə də bilmək istəyirəm.  
İşdən indicə gəlmişəm,  
Oturmuşam, balıq yeyirəm. 

  
 
 
 
114
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
           *** 
 
Deyirlər, 
dünyada bir Adəm olub,  
bir də Həvva. 
Demək, hamı bacı-qardaşdı?  
Üç milyard bacı-qardaşın  
hələ də yarısı gözü yaşlı. 
Mehriban dolanır bacı-qardaşlar  
kəsə-kəsə,  
asa-asa. 
Adəm - Həvva nağılı əladır, 
Habil - Qabil əhvalatı olmasa. 
 

                                                                                  
 
 
115
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
                  *** 
 
Mən səni sevirəm, niyə gizlədim,  
Hər zaman, hər yerdə açıq deyirəm.  
Bu yaşa yetincə səni gözlədim,  
Sən Əsli deyilsən, mən də ki, Kərəm.  
Sənsiz atəşlərə alışmaram mən,  
Məcnun tək çölləri dolaşmaram mən.  
Düzdür, mən sevirəm, səni sevirəm,  
Uyma nəğmələrin yalanlarına.  
Nə "qara qulunam", nə də "kölgənəm",  
Qısqanma eşqini "şux vüqarıma".  
Sən, sən olduğun tək, mən də ki, mənəm!  
Böyük xoşbəxtlikdir sevmək, sevilmək.  
Sevgidir bulaqlar, bu yer, bu çəmən,  
O günəş, o səma, bu dəniz, külək.  
Bu gözəl dünyada qəmlənmərəm mən.  
Bəlkə öz içimdə alışam, yanam.  
Vallah, nə ağlayan, nə yalvaranam,  
Ağlasam yerimə utanar fələk,  
Ağlayan bir kişi nəyinə gərək? 
 

  
 
 
 
116
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
            *** 
 
Sabah qızlar bayramıdır.  
Bu gündən qara qayd alıb canımı,  
bu gündən çəkiblər 
sabahın əncamını.   
Alınan alınıb, 
düzələn düzəlib.  
Stollar açılıb, 
stullar düzülüb.  
Ortada şirnilər, 
şərbətlər,  
meyvələr,  
çiçəklər təzə-tər.  
Kənarda 
qədəhlər, 
qədəhlər, 
qədəhlər.  
Sabah qızlar bayramıdı, 
mən isə tək qalmaq istəyirəm.  
Bir qara səhra tək kar olmaq,  
bir qara daş kimi 
təklikdən qaralmaq istəyirəm.  
Sabah şirin zarafatlar, 
baxışlar, eyhamlar, gülüşlər...  
Sabah qızlar bayramıdı, 
mən də tək qalmaq istəyirəm.  
Belə-belə işlər... 
 

                                                                                  
 
 
117
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
                *** 
 
Qiyam edəcəyəm özümə bir gün,  
Sənin tanıdığın, sənin gördüyün  
O sakit, o əzvay, yazıq insanı  
Mən öz ürəyimdə taxtdan salaram,  
Özümdən, hamıdan qisas alaram,  
Sən də axtararsan o yetim hanı?  
Üzünə deyərəm, gözəl deyilsən.  
Hələ bu dünyada səndən beş-betər!  
Sənin eşqin ilə qızındım yetər.  
Bir ömrün saçma dən salmışam, dən.  
Mənim öz-özümə bir üsyanım var,  
Kainat görəcək yetim - fələkdi.  
Min il bundan əvvəl ölən yazıqlar  
Qəzəbdən, heyrətdən diriləcəkdir.  
Ay qız, gəl eşqimi çırpma üzümə,  
Mən də bu dünyada təkcə qalmayım.  
Nə üsyan eləyim özüm-özümə,  
Nə də bu aləmi işə salmayım. 
 

  
 
 
 
118
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
            *** 
 
Alçaq, yüksək damlar –  
Yaxşı ki var, 
daha çətindir mənzilsiz yaşamaq.  
Alçaq, yüksək adamlar –  
yaxşı ki, var,  
Daha çətin olardı onsuz, sənsiz yaşamaq.  
Onu görməsəydim, 
sənə dost deməzdim. 
Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin