Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə192/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   188   189   190   191   192   193   194   195   ...   484
Ə d ə b i y y a t
Azərbaycan uşaq 
ədəbiyyatı: ali məktəblər 
üçün dərslik /Q.Namazov.- 
Bakı: Bakı Universiteti, 
2007.- 444 s.
Gecikmiş nəğmələr 
/Q.Namazov.- Bakı: Nurlan; 
Günəş, 2008.- 349 s.
Ozan-aşıq sənətinin tarixi: 
monoqrafiya /Q.Namazov.- 
Bakı: Elm və təhsil, 2013.- 
479 s.
Qara Mustafa oğlu Nama-
zov: biblioqrafiya /tərt.-
müəl. Ş.Tahirqızı.- Bakı: 
Elm, 2011.- 101 s.
Əhmədov, T. Qara Namazov 
/T.Əhmədov //Azərbaycan 
yazıçıları (XX-XX1 
yüzillikdə).- Bakı, 2011.- 
S.527-528.
İ n t e r n e t d ə
www.anl.az
www.folklorinstitutu.com
philology.bsu.edu.az
www.az.wikipedia.org
www.qaraqoyunlu.com
8
Ədəbiyyatşünas
MA
Y
3


149
MA
Y
1
Kimya.Biologiya.Tibb
90 
illiyi
Cavad Heyət 
1925-2014
MA
Y
Cavad Mirzəli oğlu Heyət 1925-ci il 
mayın 24-də  Təbrizdə anadan olmuş-
dur. 
İlk və orta təhsilini Təbriz, 
Həmədan və Tehranda almış, daha 
sonra tibb təhsilinə başlamış, ancaq 
üçüncu sinifdən sonra təhsilini da-
vam etdirmək üçün İstanbula yollan-
mışdır. 1946-cı ildə Türkiyənin  İs-
tanbul Universitetini bitirib, həmin 
universitetdə 3 il işlədikdən sonra 
təhsilini 4 il müddətində Fransadakı 
Paris universitetində davam etdirmiş-
dir. Yüksək dərəcəli cərrah ixtisasına 
yiyələnərək İrana qayıtmışdır. 
Tibb sahəsindəki elmi yazıları ilə ya-
naşı o, Azərbaycan türkcəsi, ədəbiyyatı, 
tarixi ilə bağlı sanballı  əsərlər 
müəllifi kimi də tanınır. “Azərbaycan 
ədəbiyyatı tarixinə bir baxış” (2 cilddə), 
“Müqayisətül-lüğəteyn”, “Azərbaycan 
şifahi xalq ədəbiyyatı”, “Türklərin ta-
rix və mədəniyyətinə bir baxış”, “Türk 
dili və ləhcələrinin tarixinə bir baxış”, 
“Ədəbiyyatşünaslıq” kimi əsərləri 
yüksək tirajla nəşr edilmişdir.  
Görkəmli alim Azərbaycan elm 
və  mədəniyyənin inkişafındakı,  İran-
Azərbaycan  ədəbi-mədəni, ictimai 
əlaqələrinin möhkəmləndirilməsindəki 
böyük xidmətlərinə görə Azərbaycan 
Milli Yaradıcılıq Akademiyasının fəxri 
akademiki, Bakı Dövlət Universiteti-
nin, Azərbaycan Tibb Universitetinin, 
Xəzər Universitetinin fəxri doktoru, 
Azərbaycan Milli Elmlər Akademiya-
sının, Azərbaycan Pedaqoji Universi-
tetinin fəxri professoru, Azərbaycan 
Cərrahları Elmi Cəmiyyətinin fəxri 
üzvü seçilmişdir. Azərbaycan Yazı-
çılar Birliyinin “M.F.Axundov adına 
mükafat”ına və “Dədə Qorqud” As-
sosasiyasının təsis etdiyi “Məmməd 
Araz” mükafatına layiq görülmüş, 
həmin mükafatlardan aldığı pulu qaç-
qınlara bağışlamışdır. 
40 ildən artıq Tehran Universitetində 
calışmışdır.  İranda ilk dəfə açıq 
ürək  əməliyyatı (koronar şuntlama) 
gerçəkləşdirmişdir. Bu və digər uğur-
larına görə Beynəlxalq Cərrahlar 
Cəmiyyətinin idarə heyətinin və Paris 
Cərrahlar Akademiyasının üzvü seçil-
mişdir. 
O, 12 il ərzində “Daneşe pezeşki” 
(Tibb Elmi) adlı jurnal dərc etdirmiş və 
yüzlərcə elmi məqalənin, cərrahiyyəyə 
aid uç kitabın müəllifi olmuşdur. 1979-
cu il İran islam inqilabından sonra, 
professor Həmid Nitqi, Məhəmmədəli 
Fərzanə, Həsən Məcidzadə Savalan
Kərim Məşrutəçi (Sönməz), Mənzuri 
Xamneyi, Səməd Sərdarniya, Qulam-
hüseyn Beqdeli ilə birlikdə Tehran-
da “Varlıq” jurnalını  təsisçi kimi nəşr 
etdirən Cavad Heyət türkologiyaya aid 
yeddicildlik kitabın müəllifidir. Cavad 
Heyət eyni zamanda Azərbaycanın 
müxtəlif universitetlərinin fəxri dokto-
ru və professoru, Türk Dil Qurumunun 
fəxri sədri, eləcə də İstanbul Universi-
tetinin fəxri doktorudur (həm tibb, həm 
də türkologiya sahəsi üzrə).
O, Azərbaycan, ingilis, fars, türk və 
s. dilləri mükəmməl bilirdi. 
Görkəmli alim Cavad Heyət 2014-
cü il avqust ayının 12-də Bakıda vəfat 
etmiş, II Fəxri Xiyabanda dəfn edil-
mişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin