151
Texnika.Mühəndis işi
80
illiyi
Telman Əliyev
1935
MA
Y
Telman Abbas oğlu Əliyev 1935-ci
il may ayının 2-də Goranboy rayonu-
nun Dəliməmmədli şəhərində anadan
olmuşdur. 1943-1953-cü illərdə Gora-
ranboy rayon orta məktəbində təhsil al-
mışdır. 1953-cü ildə Azərbaycan Neft
və Kimya İnstitutuna
qəbul olunmuş və
1958-ci ildə həmin institutu bitirmişdir.
Təyinatla Hesablama mərkəzinə (indi-
ki Kibernetika İnstitutu) göndərilmiş
və orada 1962-ci ilədək texnik,
mühəndis, baş mühəndis vəzifələrində
çalışmışdır. 1962-ci ildə aspiranturaya
qəbul olunmuş,
elmi rəhbəri Bauman
adına Moskva Dövlət Texniki Univer-
sitetinin (MDTU) professoru Vladimir
Viktoroviç Solodovnikovun rəhbərliyi
altında 1966-cı ildə “Neft emalının ti-
pik proseslərinin korrelyasiya analizi”
mövzusunda namizədlik, 1977-ci ildə
isə Bauman adına MDTU-də “Real
zaman miqyasında çoxölçülü təsadüfi
proseslərin
korrelyasiya analizi və
kodlaşdırılması” mövzusunda doktor-
luq dissertasiyası müdafiə etmişdir.
1983-cü ildə AEA-nın müxbir
üzvü, 2001-ci ildə həqiqi üzvü seçil-
mişdir. Alim 1985-ci ildə professor
elmi rütbəsini almışdır. 1982-ci ildə
Kibernetika
institutunda elmi işlər
üzrə direktor müavini, 1984-cü ildən
1988-ci ilin mayınadək Azərbaycan
Mühəndis İnşaat İnstitutunda kafed-
ra müdiri işləmişdir. 1988-ci ildən bu
günədək
Kibernetika institutunun di-
rektotu vəzifəsində çalışır.
T.İ.Əliyev kibernetika, informatika
və fizika sahələrinin qovşağında yerinə
yetirilən bir sıra fundamental işlərin
müəllifidir. Onun 391
elmi işi nəşr
olunmuşdur. 220 elmi əsəri xaricdə
çap olunmuşdur. Eləcə də 10 monoq-
rafiyanın, 65 patentin müəllifidir. Ali-
min elmi rəhbərliyi ilə 30-dan artıq
aspirant və 6 doktorant elmi tədqiqat
işi müdafiə etmişdir.
Alim Azərbaycanda informatika-
nın inkişafında
həlledici rol oynayan
və birləşmiş respublikalar arasında
ikinci (Ukraynadan sonra) olan 1958-
1960-cı illərdə yaradılmış “Elektron
hesablama maşını” laboratoriyasının
təşkilatçısı və 1976-cı ilədək isə həmin
laboratoriyanın rəhbəri olmuşdur. O,
İnformatika və hesablama texnika-
sı cəmiyyətinin idarə heyətinin üzvü,
keçmiş Sovet ittifaqının informatika,
hesablama texnikası və kibernetika
üzrə ekspert heyətinin üzvü olmuşdur.
1994-cü
ildən informatika üzrə
UNESCO-un ekspertləri tərkibinə da-
xil olunmuşdur.
1991-ci ildə Keldış adına medalla,
2004-cü ildə Azərbaycan Respublika-
sının “Şöhrət” ordeni ilə təltif olun-
muşdur. 2010-cu ildə “Əməkdar elm
xadimi” fəxri adına layiq görülmüş-
dür.
Dostları ilə paylaş: