Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə194/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   190   191   192   193   194   195   196   197   ...   484
İ n t e r n e t d ə
www.anl.az
az.wikipedia.org


150
Kimya.Biologiya.Tibb
85 
illiyi
Seyfəddin Əliyev
1930
MA
Y
Seyfəddin Vəli oğlu  Əliyev 1930-
cu il may ayının 30-da Naxçıvan MR 
Şərur rayonunun Alışar kəndində ana-
dan olmuşdur. 1947-ci ildə Naxçı-
van Tibb Texnikumunu, 1951-ci ildə 
Azərbaycan Dövlət Pedaqoji İnstitutu-
nu (indiki APU) bitirmişdir. 
Azərbaycanda 716 sovka növü-
nün yayıldığını  aşkar etmiş, bundan 
390 növü respublikanın sovka fau-
nası üçün, 145 növü Zaqafqaziya, 67 
növü isə keçmiş SSRİ  ərazisi üçün 
yeni olmuşdur.  İlk dəfə olaraq bu 
növlərin Azərbaycanda rayonlar, şaqu-
li istiqamətə, zonalar, biotoplar, eko-
loji qruplar üzrə yayılmasını, forma-
laşmasını, zoocoğrafi analizini, qida 
əlaqələrini vermiş, zərərli növlərin bi-
oloji xüsusiyyətlərini öyrənmiş və on-
lara qarşı mübarizənin elmi əsaslarını 
işləyib hazırlamışdır. İlk dəfə olaraq 61 
növ sovkanın kənd təsərrüfatı bitkilərinə 
zərər verməsini müəyyənləşdirmişdir. 
Pambığın qorxulu zərərvericisi olan, 
pambıq sovkasını tələf edən 21 növ pa-
razit, 12 növ yırtıcı cücü aşkar etmiş, 
onların pambıq sahələrində say meya-
rı  və rolunu müəyyənləşdirmişdir ki, 
bu tədqiqatların nəticəsi inteqrasiya 
mübarizə metodu kimi təsərrüfatlarda 
tətbiq olunmuşdur. Bu sovkanın 
pambıqçılıq rayonlarında yayılma 
dərəcəsini  əks etdirən, həmçinin, tex-
niki və bostan bitkilərinin kompleks 
zərərvericilərinə həsr olunuan xəritələr 
tərtib olunmuşdur.
 Azərbaycanın Qırmızı kitabı üçün 
35 növ nadir və endemik sovka növü 
haqda məlumat tərtib etmişdir. Ba-
kıdan Gürcüstan sərhədlərinə  qədər 
uzanan neft kəməri boyunca və onun 
ətraf ərazilərində yayılan müxtəlif qrup 
cücülərin icmalı  tərtib olunub Ameri-
kanın BP (AMOKO) şirkətinə  təqdim 
edilmişdir.
Orta məktəbin 7-8-ci sinifləri üçün 
“Zoologiya” dərsliyinin, 10 cildlik 
“Azərbaycan ensiklopediyasının” 
və V.A.Dogelin Universitetlər üçün 
yazdığı 55 çap vərəqi həcmində olan 
“Onurğasızlar zoologiyası” dərsliyini 
Azərbaycan dilinə  tərcümə edən 
müəlliflərdən biridir. “Azərbaycanın 
heyvanlar aləmi” monoqrafiyası-
nın 2-ci cildinin əsas tərtibatçısı  və 
burada cücülərin bir neçə  fəsilə  və 
dəstələri haqda yazılmış  məqalələrin 
və Azərbaycan dilinin izahlı lüğətinin 
IV cildində verilmiş zoologiya və ento-
mologiya terminlərinin müəllifidir. 
Ali məktəblər üçün çapdan çıxan 9 
dərsliyin, 2 dərs vəsaitinin, 7 monoqra-
fiyanın, 4 kitabçanın redaktorudur.
Alim 168 elmi əsərin, o cümlədən 3 
monoqrafiyanın müəllifidir. Xaricdə 40 
elmi əsəri çapdan çıxmışdır. S.Əliyevin 
kadr hazırlığında da xidmətləri böyük-
dür. İndiyə qədər 9 elmlər namizədi və 
3 elmlər doktoru onun rəhbərliyi altın-
da müdafiə etmişdir. 
1978-ci ildən biologiya elmləri dok-
toru, 1998-ci ildən professordur. 2007-
ci ildən AMEA-nın həqiqi üzvüdür.
Xidmətlərinə görə  IX beşilliyin 
zərbəçisi adına və mükafatına, “Əmək 
veteranı” medalına, Beynəlxalq Corc 
Soros təqaüdü və diplomuna, 2 dəfə 
AMEA Rəyasət Heyətinin Fəxri 
fərmanına layiq görülmüşdür.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin