Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə202/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   198   199   200   201   202   203   204   205   ...   484
Ə d ə b i y y a t
Ağamirzə, T. Ermənilər 
həmişə Laçına yiyələnmək 
arzusunda olmuşlar  
/T.Ağamirzə //Vətən səsi.- 
2011.- 13 may.- S.3.
Alıoğlu, S. Laçın 
Azərbaycanın əzəli 
və əbədi torpağıdır 
/S.Alıoğlu //Respublika.- 
2011.-18 may.- S.7. 
Qaraca, B. Ay Laçın... 
Laçının işğalından 
21 il keçir /B.Qaraca                    
//Azərbaycan.- 2013.- 18 
may.- S.6.
Laçın rayonu //Qarabağ: 
yaddaş.- Bakı, 2010.- 
S.63-82. 
Nərimanoğlu, M. 
Laçında talanmış 
maddi-mənəvi sərvətimiz 
/M.Nərimanoğlu                 
//Azərbaycan.- 2013.- 19 
may.- S.7.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.avciya.az
www.lachin-ih.gov.az 
17


158
Tarixdə bu gün
Respublika Günü
1990
MA
Y
1918-ci il may ayının 28-də Azərbaycan Xalq 
Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində 
ilk dünyəvi demokratik dövlət yaradılmışdı. Bu res-
publika millətimizin tarixi yaddaşında Azərbaycan 
dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.
Məmməd  Əmin Rəsulzadə  tərəfindən  əsası 
qoyulan Demokratik Cümhuriyyət Türk və İslam 
dünyasında ilk Parlamentli Respublika və ilk de-
mokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
1918-ci il may ayının 28-də Azərbaycan milli 
Şurası İstiqlaliyyət Bəyannaməsi ilə Azərbaycanın 
şimal torpaqlarında Azərbaycan Demokratik 
Cümhuriyyəti yarandığını elan etmişdi. Bu ta-
rixi sənədə görə Azərbaycan qonşu xalqlar 
və dövlətlərlə dostluq münasibəti quracaqdı. 
Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq 
cümhuriyyəti idi. Azərbaycan Xalq Cümhuriyyəti 
millət, məzhəb, sinif və cins fərqi görməmiş və bü-
tün vətəndaşların siyasi hüquqlarını təmin etmiş-
di.
Azərbaycan  müvəqqəti hökumətinin ilk başçısı 
isə Fətəli Xan Xoyski seçilmişdi. 10 gün Milli Şura 
Tiflisdə  işlədikdən sonra Gəncəyə köçürülmüş
yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusu-
nun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrindən 
təmizləndikdən sonra milli hökumət Gəncədən 
Bakıya köçmüşdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa öm-
rundə böyük nailiyyətlər və qalibiyy
ətlər əldə et-
mişdir. 96 il bundan əvvəl ilk dəfə qadınlara se-
çim hüququ tanıyan və qadın-kişi bərabərliyini 
təmin edən Müstəqil Azərbaycan Cümhuriyyəti, 
o cümlədən milli ordu, milli pul, demokratlaşma, 
milli bank, azad seçkilər, beynəlxalq  əlaqələr və 
beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan is-
tiqlalının tanınması, Azərbaycanın bütövlüyünü 
təmin etmək, iqtisadi islahatları  həyata keçirmiş-
dir. 
Azərbaycan Demokratik Respublikasını  rəsmi 
surətdə 1918-ci il iyun ayının 4-də tanıyan ilk 
dövlət Osmanlı dövləti olmuşdur. 
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin 
təklifi əsasında Azərbaycan Demokratik Respubli-
kasının üç rəngli bayrağı qəbul edilmişdir. O za-
mana qədər Azərbaycan Demokratik Respublika-
sının bayrağı qırmızı rəngdə idi.
Azərbaycan Demokratik Respublikası  gərgin 
və mürəkkəb ictimai-siyasi şəraitdə  cəmi 23 ay 
fəaliyyət göstərə bilmişdi. Təəssüflər olsun ki
Müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına 
çatmadan bolşeviklərin hücumuna məruz qalmış, 
müvəqqəti olaraq devrilmişdi. Sovetlər Birliyi 
Azərbaycanı    məcburi  surətdə    öz  tərkibinə da-
xil etmişdi. Bolşeviklər tərifindən devrilməsinə 
baxmayaraq, istiqlal ideyası yenilməmiş  və 
M.Ə.Rəsulzadənin “BİR KƏRƏ YÜKSƏLƏN 
BAYRAQ, BİR DAHA ENMƏZ” şüarı öz əksini 
tapmış  və  nəhayət, 1991-ci ildə Sovet İmperi-
yasının dağılması ilə Azərbaycan yenidən öz 
müstəqilliyini elan etmişdir.
1990-cı ildən Respublika günü – dövlət 
müstəqilliyinin bərpa edilməsi günü dövlət bayra-
mı kimi qeyd edilir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin