156
Tarixdə bu gün
Kürəkçay müqaviləsi
1805
MA
Y
Rusiya imperiyasının XIX yüzilin başlanğıcın-
dan Azərbaycan torpaqlarını yeni işğal cəhdi fak-
tik olaraq müharibəyə çevrilmişdi. Çar hökuməti
Azərbaycanın xanlıqlara parçalanmasından
istifadə
edərək, bu prosesdə həm silah, həm də müqavilələr
bağlanmasından istifadə edirdi.
1805-ci il mayın 14-də Kürəkçay müqaviləsi
indiki Goranboy rayonu ərazisində Kürəkçay çayı
sahilində Qarabağ xanı İbrahimxəlil xan və Rusiya
İmperiyası adından isə Rusiyanın Qafqaz qoşunla-
rının baş komandanı Knyaz Sisianov tərəfindən im-
zalanmışdır. Bu müqavilə Qarabağ xanlığının Ru-
siya tərəfindən ilhaqını faktiki rəsmiləşdirmişdir.
Belə ki, 11 maddədən
ibarət müqavilənin
şərtlərinə görə, Qarabağ xanı Rusiya çarının vas-
salı olmağına razılıq verir (maddə 1), müstəqil
xarici siyasət hüququndan məhrum edilir (maddə
4), çar xəzinəsinə hər il 8000 çervon bac verməyi
öhdəsinə götürürdü (maddə 8). Rusiya dövləti də
xanın varis və davamçılarının Qarabağ xanlığı
üzərində hakimiyyətinin dəyişilməz saxlanılma-
sını, daxili idarəetmə ilə bağlı hakimiyyət işləri,
məhkəmə və divanxana, ölkədən yığılan gəlirin
xanın səlahiyyətində qalmasını öhdəsinə götürür-
dü (maddə 5). Bundan başqa,
müqaviləyə görə,
Qarabağ xanı Qafqaz komandanlığının əmrlərini
yerinə yetirməli və mayor Lisaneviçin rəhbərliyi
altında 500 rus əsgərini Şuşada qalaya bitişik Xan-
bağı adlanan yerdə yerləşdirməli idi.
Qarabağ xanlığının Rusiya tərəfindən ilha-
qından sonra Kürəkçay müqaviləsi əslində icra
olunmamışdır. Öncə İbrahimxəlil xan qətlə yeti-
rilmiş, daha sonra isə Qarabağ xanlığının özünün
mövcudluğuna son qoyulmuşdu.
Daimi müddətə
imzalandığı qeyd edilsə də, Kürəkçay müqaviləsi
cəmi 17 il sonra, 1822-ci ildə ləğv edilmişdir. Ru-
siya Kürəkçay müqaviləsi ilə Qarabağın bütövlü-
yünün saxlanmasına imperator zəmanəti versə də,
1822-ci ildə Qarabağ xanlığı aradan
götürülmüş-
dü. Qarabağda İbrahim xan və onun varislərinin
hakimiyyəti rus administrasiyası ilə əvəz olun-
muşdur. Çar Rusiyası etnik təmizləmə siyasətinə
uygun olaraq Qarabağ əhalisinin etnik tərkibində
ermənilərin sayını artırmaq üçün köçürmə siyasəti
həyata keçirməyə başlamışdı.
Müqavilənin tezliklə Rusiya İmperiyası
tərəfindən ləgv olunma səbəbləri arasında Çar
Rusiyasının bölgənin etnik tərkibini özünün
uzunmüddətli maraqlarına
xidmət edə biləcək
şəkildə dəyişməyə əsaslanan imperiya siyasətini
də qeyd etmək lazımdır. Bu siyasət ən çox
İran və Türkiyədən ermənilərin
kütləvi şəkildə
Azərbaycanın Qarabağ və digər xanlıqlarına
köçürülməsini təşkil etməklə mövcud ərazi inziba-
ti quruluşun və etnik tərkibin dəyişdirilməsində öz
əksini tapmışdır.
Qeyri-rəsmi erməni
köçkünləri ilə birlikdə on-
ların ümumi sayı isə 200 mindən çox olmuş və
köçürülmədən sonra Qarabağın etnik tərkibində
ermənilərin sayı artmağa başlamışdır. Ermənilərin
kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində
burada yeni erməni kəndləri (Marağalı, Canyataq
və s.) yaranmışdır.
Ağır şərtlərlə Rusiya İmperiyası ilə imzalanma-
sına və sonrakı illərdə icra olunmamasına baxma-
yaraq, Kürəkçay
müqaviləsi mühüm əhəmiyyətə
malikdir. Xüsusilə onu qeyd etmək lazımdır ki,
bu müqavilə çarizmin Qarabağ xanlığını işğal
etməsinə qədər azərbaycanlıların bölgənin abo-
rigen xalqı olmasını, xanlığın siyasi-iqtisadi
həyatına rəhbərlik etmələrini, ermənilərin Rus iş-
ğalından və bölgənin etnik tərkibini dəyişdirməyə
yönəlmiş siyasətlərindən, onların kütləvi şəkildə
İran və Türkiyədən Azərbaycan torpaqlarına
köçürülməsindən sonra Çar Rusiyasının himayəsi
ilə üstün mövqelərə çıxdıqlarını göstərir.
Şükürov, K. Qarabağ Rusiya imperiyası tərkibində //Şükürov K.
Qarabağ dünən, bu gün və sabah.- Bakı, 2004.- S.118-121.
Dostları ilə paylaş: