Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə208/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   204   205   206   207   208   209   210   211   ...   484
163
Gülağa Məmmədov
1925-1994 
İYUN
Gülağa Allahverdi oğlu Məmmədov 
1925-ci il iyunun 28-də Lənkəranın Ki-
çik Bazar adlanan məhəlləsində anadan 
olmuşdur. Bakıda boya-başa çatmışdır. 
Müğənni kimi fəaliyyətə 30-cu 
illərdə “Kəndlilər evi”ndə başlamış-
dır. Burada özfəaliyyət dərnəyinin  ən 
fəal üzvlərindən idi. Opera Teatrında 
keçiriləcək müsabiqədə  iştirak edən 
azyaşlı Gülağa Ü.Hacıbəyli, Bülbül, 
S.Rüstəmov kimi görkəmli sənətkarların 
münsiflər heyətinin tərkibində olduğu 
müsabiqədə bəyənilir.
G.Məmmədov 1938-ci ildə Mosk-
vada keçirilən Azərbaycan mədəniyyəti 
ongünlüyünün iştirakçısı olur. Böyük 
Teatrın səhnəsində maestro Niyazinin 
müşayiəti ilə ifa etdiyi Koroğlunun “Səni 
gördüm, aşiq oldum” ariyası böyük al-
qışlarla qarşılanmış, Moskvadan gü-
müş medal və Fəxri fərmanla qayıtmış-
dır. Bundan sonra Üzeyir Hacıbəylinin 
dəstəyi ilə onun ailəsinə ikiotaqlı mənzil 
və aya 250 manat təqaüd ayrılmışdır.
Gülağa 15 yaşında Səid Rüstəmovun 
ansamblına qəbul edilmiş, sonra konser-
vatoriyada təhsil almışdır. O, 20 yaşından, 
1947-ci ildə Musiqili Komediya Teatrın-
da çalışmağa başlamış, Ü.Hacıbəylinin 
“Leyli və  Məcnun”, “Əsli və  Kərəm” 
operalarında, “Arşın mal alan”, “O olma-
sın, bu olsun” musiqili komediyalarında 
Məcnun, Kərəm, Əsgər, Sərvər rolların-
da çıxış etmişdir. Lakin bir neçə ildən 
sonra, 1949-cu ildə teatrdan ayrılmışdır. 
Konservatoriyada oxuduğu illərdə o, vo-
kal dərsini Bülbüldən, muğamın sirlərini 
isə Sarabskidən öyrənmişdir. Oxuduğu 
mahnıların çoxu isə S.Rüstəmova məxsus 
olurdu. Çünki, S.Rüstəmov mahnılarının 
əksəriyyətini xüsusi olaraq onun üçün ya-
zırdı. T.Quliyevin də, C.Cahangirovun da 
əsərlərini ilk səsləndirən G.Məmmədov 
olub.
Müğənni  şirin, lakonik səsi ilə 600-
dən artıq xalq və bəstəkar mahnıları oxu-
yub. 15-dən çox bədii filmdə, teatr tama-
şalarında xarakterik musiqi nömrələri ifa 
edib. Respublikada fəaliyyət göstərən 
əksər xalq çalğı alətləri ansambllarıyla, 
simfonik orkestrlərlə birgə çıxışlar edib. 
Müslüm Maqomayev adına Dövlət Filar-
moniyasının mahnı və rəqs ansamblında, 
Dövlət Musiqili Komediya Teatrında 
işləyib. 1952-ci ildən ömrünün sonuna 
qədər Azərbaycan Dövlət Televiziya və 
Radio Verilişləri Komitəsinin (hazırda 
Səid Rüstəmov adına) xalq çalğı alətləri 
ansamblının solisti olub. “Ay qız”, “Ana 
Kür”, “Oxu, gözəl”, “Şeir deyilmi”, 
“Mənim qızım” kimi mahnıların hər bi-
rini özünəməxsus tərzdə ifa edib. 
Müğənni  əvvəlcə  “Əməkdar artist”, 
1982-ci ildə isə “Xalq artisti” fəxri adla-
rına layiq görülmüşdür. 
Sevilən müğənni Gülağa Məmmədov 
1994-cü il iyun ayının 7-də vəfat etmiş-
dir.
2002-ci ildə onun haqqında 
“Azərbaycantelefilm” tərəfindən qı-
sametrajlı  sənədli televiziya filmi 
çəkilmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin