164
Amaliya Pənahova
1945
İYUN
Amaliya Əliş qızı Pənahova 1945-ci il
iyun ayının 15-də Gəncə şəhərində ana-
dan olmuşdur. Orta məktəbi bitirdikdən
sonra, 1962-1966-cı illərdə M.A.Əliyev
adına Azərbaycan Dövlət Teatr İnstitu-
tunu dram və kino aktyorluğu ixtisası
üzrə bitirmişdir.
Kurs rəhbəri Adil İsgəndərovdan
sənətin sirlərini öyrənmiş, institutun
ikinci kursundan Akadenik
Dram Teat-
rın səhnəsində çıxış etməyə başlamış-
dır. Aktrisanın səhnə fəaliyyəti Xalq
yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı
ilə sıx bağlıdır. Aktrisa yazıçının “Unu-
da bilmirəm” pyesində Nərmin, “Sən
həmişə mənimləsən”ndə Nargilə, “Xur-
şidbanu Natəvan” pyesində Natəvan,
“Mahnı dağlarda qaldı”da Şahnaz və
başqa obrazları yüksək professionallıqla
canlandırmışdır.
Amaliya Pənahova kinoda bir sıra
epizodik
rollara çəkilmiş, ilk böyük
rolu Əlisəttar Atakişiyevin 1977-ci ildə
çəkdiyi “Qərib cinlər diyarında” film na-
ğılındakı Zərri obrazı olmuşdur.
1982-ci ildə ilin aktrisası elan edil-
miş, 1998-ci ildə isə Türk dünyasının bi-
rinci kino festivalında adı altı populyar
aktyor sırasında qeyd olunmuşdur.
Böyük istedada, hərtərəfli biliyə ma-
lik olan aktrisa həmçinin bacarıqlı rejis-
sor kimi də özünü sınamışdır. O, 43
illik
sənət fəaliyyəti dövründə 12 tele və teatr
tamaşasına quruluş vermişdir ki, bunla-
rın çoxu lentə alınıb, hal-hazırda televi-
ziyanın Qızıl fondunda saxlanılır.
Aktrisanın istedadının
başqa bir cəhəti
onun böyük təşkilatçılıq qabiliyyətidir
ki, 1992-ci ildə Bakı Bələdiyyə Teat-
rını yaratmış və bu teatra orta və yaşlı
nəsillə yanaşı, gənc istedadlı aktyorla-
rı da cəlb etmiş və onların yaradıcılıq
qabiliyyətinin inkişafı üçün hər cür lazı-
mi şərait yaratmışdır. Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinə
dərs demək üçün dəvət olunmuşdur.
Həmin universitetin professorudur.
2003-cü
ildə elmlər namizədi, 2013-
cü ildə sənətşünaslıq doktoru elmi
dərəcəsini almışdır.
2000-2005-ci illərdə Milli Məclisin
deputatı, sosial-siyasət daimi komissi-
yasının üzvü, MDB Parlamentlərarası
Mədəniyyət, İnformasiya, Turizm, İd-
man daimi Komissiyasının, İtaliya-
Azərbaycan
Parlamentlərin işçi qrupu-
nun sədri olmuşdur.
1968, 1972-ci illərdə Lenin Kom-
somolu və Azərbaycan SSR Dövlət
mükafatı laureatı olmuşdur. Teatr və
kino sənətinin inkişafındakı böyük
xidmətlərinə görə ona 1974-cü ildə
“Əməkdar artist”, 1985-ci
ildə isə
“Azərbaycan SSR-in Xalq artisti” fəxri
adlarına layiq görülmüşdür.
Azərbaycan milli teatr sənətinin in-
kişafında xidmətlərinə görə Azərbaycan
Respublikasının Prezidentinin 1995-
ci il 8 iyul tarixli Fərmanı ilə “Şöhrət”
ordeni, 25 iyun 2013-cü ildə “Şərəf”
ordeni ilə təltif edilmişdir. Prezident
təqaüdçüsüdür.
Dostları ilə paylaş: