171
Milli Qəhrəmanlar
50
illiyi
Rövşən Əkbərov
1965
İYUN
Rövşən Telman oğlu Əkbərov 1965-
ci il iyun ayının 4-də Bakı şəhərində
dünyaya gəlmişdir.
1972-ci ildə 42 saylı orta məktəbin
birinci sinfinə getmiş,
səkkizinci sinfə
qədər burada təhsil almışdır.
1979-cu ildə C.Naxçıvanski adına
Hərbi Məktəbə daxil olmuş, 1982-
ci ildə təhsilini başa vurmuşdur.
Sonra isə Kiyev Ali Ümumqoşun
Komandirlər
Məktəbinə daxil olmuş
və oranı fərqlənmə diplomu ilə bitir-
mişdir. 1986-cı ildə təyinatla Zaqafqa-
ziya Hərbi Dairəsi Komandanlığının
sərəncamına göndərilmişdir. 1987-ci
ildə xidmət
etdiyi ordunun tərkibində
Əfqanıstana göndərilmiş, 1988-ci ildə
yenidən öz iş yerinə qayıtmışdır. 1989-
cu ildə xidmət etdiyi alayda bölük ko-
mandiri vəzifəsinə təyin edilmişdir.
1990-92-ci
illərdə Beyləqan rayonun-
da hərbi komissarın köməkçisi, sob-
ra Azərbaycan Silahlı Qüvvələrinin
tərkibində müxtəlif vəzifələrdə çalış-
mışdır.
1993-1995-ci illərdə motoatıcı bri-
qadanın komandiri vəzifəsində çalış-
mışdır. Müxtəlif vəzifələrdə işləyən
R.Əkbərov 1998-ci
ildə Ordu korpusu
komandiri vəzifəsinə təyin edilərək
general-leytenant rütbəsinə qədər
yüksəlmişdir. Rövşən Əkbərov 1999-
cu ildə Bakı Ali Dənizçilik
Məktəbinin,
2002-ci ildə isə Ukrayna Hərbi Akade-
miyasının müdavimi olmuşdur.
Azərbaycanın ərazi bütovlüyünün
qorunub saxlanmasında
göstərdiyi
igidliyə görə iki dəfə “Azərbaycan
Bayrağı” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezi-
dentinin 5 oktyabr 1994-cü il tarixli
215 saylı Fərmanı ilə Əkbərov Rövşən
Telman oğlu “Azərbaycanın
Milli
Qəhrəmanı” adına layiq görülmüşdür.
2002-ci ildən general-leytenantdır.
2011-ci ilin fevralında Şəmkir korpu-
sunun komandiri təyin olunmuşdur.
Ailəlidir, dörd övladı var.
Dostları ilə paylaş: