168
100
illiyi
Əliheydər Ələkbərov
1915-1974
İYUN
Əliheydər Əbdüləli oğlu Ələkbərov
1915-ci il
iyun (iyul)
ayının 26-da Bakı
şəhərində anadan olmuşdur.
1931-1934-cü illərdə Bakı Teatr
Məktəbində təhsil almışdır. 1964-cü
ildə Azərbaycan Dövlət Teatr İnstitutu-
nu bitirmişdir.
1931-ci ildən əvvəlcə kütləvi səhnələrə
çıxmış,
sonra rejissor köməkçisi, rejis-
sor laborant və rejissor assistenti kimi
çalışmışdır. 1960-1967-ci
illərdə Mu-
siqili Komediya Teatrında baş rejis-
sor işləmişdir. 1967-ci ildən ömrünün
sonunadək
Azərbaycan Dövlət Dram
Teatrının direktoru olmuşdur. Teatrın
repertuar qurumunun formalaşmasın-
da, rejissor sənətinin yeni peşəkarlıq
keyfiyyətləri əxz etməsində, aktyor
truppasının kamilləşməsində Əliheydər
Ələkbərovun böyük xidmətləri var. O,
bu teatrda bir sıra
uzunömürlü tamaşa-
lara maraqlı quruluşlar vermiş, onlara
monumental ruh verməyə çalışmışdır.
Xor və baletdən komponent-obraz kimi
istifadəyə xüsusi meyl göstərmişdir.
Onun rejissurası dolğun
ifadə vasitələri,
dərin realizmi və təbii yumorun obrazlı
bədii həlli ilə seçilmişdir. Bu baxımdan
onun teatrda hazırladığı “Bir dəqiqə”
(M.Əlizadə və H.Xanməmmədov. 17
oktyabr 1961), “Ulduz” (S.Rəhman
və S.Ələsgərov. 6 dekabr 1964), “Ha-
radasan, ay subaylıq?” (S.Qədirzadə
və S.Ələsgərov. 16 fevral 1968),
“Özümüz bilərik” (Ş.Qurbanov və
S.Ələsgərov. 5 yanvar 1963), “Olma-
dı elə, oldu belə” (15 mart 1964) və
“Milyonçunun dilənçi oğlu” (20 may
1966) “Hacı Qara” (M.F.Axundzadənin
eyniadlı komediyası əsasında, libretto
müəllifi Ş.Bədəlbəyli. Bəstəkarlar V.və
R.Mustafayev. 14 oktyabr 1962), “Keç-
mişin məişət səhnələri” (M.Ə.Sabirin
şeirləri əsasında, librettonun müəllifi
S.Dadaşov və bəstəkar V.Adıgözəlov)
musiqili komediyaları repertuarda daha
uzunömürlü olmuşlar.
O, 1966-cı ildə Bolqarıstanın Şumen
şəhərindəki Türk teatrında Üzeyir bəy
Hacıbəylinin “O olmasın, bu olsun”
operettasına quruluş vermişdir. 1967-
ci ildə filarmoniyada
fəaliyyət göstərən
“Gəlməli, görməli, gülməli” miniatür
satirik teatrının rejissoru olmuşdur. Te-
leviziyada bir neçə əsərə quruluş ver-
mişdir. 1965-ci
ildən Azəbaycan Dövlət
Teatr İnstitutunda aktyor və rejissor
sənətindən dərs demişdir.
Əliheydər Ələkbərov “Milyonçunun
dilənçi oğlu” musiqili komediyasına
görə 1967-ci ildə Üzeyir bəy Hacıbəyov
adına Dövlət mükafatına, “Mahnı dağ-
larda qaldı” tamaşasına görə isə 1972-ci
ildə Azərbaycan Respublikasının Dövlət
mükafatına layiq görülmüşdür. 1949-cu
il iyul ayının 21-də ona “Azərbaycan
Respublikasının Əməkdar artisti”
fəxri
adı verilmişdir. Qırmızı Əmək Bayrağı
ordeni və medallarla təltif edilmişdir.
Əliheydər Ələkbərov 1974-ci ildə
Bakı şəhərində vəfat etmişdir.
Dostları ilə paylaş: