169
80
illiyi
Ağakişi Kazımov
1935
İYUN
Ağakişi Şəmməd oğlu Kazımov
1935-ci il iyun ayının 28-də Ağcabədi
rayonunda anadan olmuşdur. 1952-ci
ildə Ağcabədi rayonunun Xəlfərəddin
kəndində orta məktəbi bitirmişdir.
1952-1957-ci
illərdə Azərbaycan
Dövlət Teatr İnstitutunun aktyorluq
fakültəsində ali təhsil almışdır. Bura-
da R.Təhmasibin, M.Məmmədovun,
M.Haşımovun rəhbərliyi ilə aktyor
sənətinin sirlərini öyrənmişdir. 1959-
cu ildə Moskvada
keçirilən Azərbaycan
Ədəbiyyatı və İncəsənəti Dekadasında
Akademik Dram Teatrın yaradıcı qrupu-
nun tərkibində iştirak etmişdir.
1960-cı ildə A.Kazımov Quba Dövlət
Dram Teatrına baş rejissor göndərilmişdir.
1964-cü ildə o, Leninqrad (indiki
Sankt-Peterburq) Dövlət Teatr, Musiqi
və Kinematoqrafiya İnstitutunun rejis-
sorluq fakültəsinə daxil olmuşdur. Ora-
da təhsilini
başa vurarkən diplom işi
ərəfəsində Kazanda Q.Kamal adına Ta-
tarıstan Dövlət Akademik Dram Teatrın-
da M.Bayciyevin “Duel” dramını, dip-
lom işi kimi isə C.Cabbarlının “Aydın”
əsərini tatarca hazırlamışdır.
1969-1970-ci illərdə o, əvvəl direktor,
sonralar isə baş rejissor kimi Sumqayıt
Dövlət Musiqili Dram Teatrında çalış-
mışdır. 1973-1983-cü
illərdə ADGTT-da,
1978-1983-cü illərdə C.Cabbarlı adına
İrəvan Dövlət Dram Teatrında, 1982-ci
ildə C.Məmmədquluzadə adına Nax-
çıvan Dövlət Dram Teatrında, 1984-cü
ildə N.Vəzirov adına Lənkəran Dövlət
Dram Teatrında, 1975-1992-ci illərdə
Azərbaycan
Dövlət Musiqili Komediya
Teatrında, 1999-cu ildə Köln və Düssel-
dorf Almaniya Türk Dövlət Teatrında bir
çox tamaşalara quruluş vermişdir.
Onun quruluşları monumental
səhnə həlli, milli ənənəyə sadiqliyi ilə
səciyyəvidir. Onun yaradıcılığının
estetik
mahiyyətini təcəssüm etdirən “Müsibəti
Fəxrəddin” (N.Vəzirov), “Toy”
(S.Rəhman) - Sumqayıt Dövlət Dram
Teatrında, “Təzə gəlin” (S.Dağlı), “Arşın
mal alan” (Ü.Hacıbəyli), “Xoşbəxtliyə
gedən yol” (İ.Dunayevski) - Dövlət
Musiqili Komediya Teatrında, “Kom-
somol poeması” (İ.Coşqun), “Məlik
Məmməd” (Ə.Abbasov), “Hacı Qənbər”
(N.Vəzirov), “Kiçik təpə” (N.Xəzri),
“Büllur sarayda” (İ.Əfəndiyev) və s.
- Gənc Tamaşaçılar Teatrında hazırla-
nan bu tamaşalar müxtəlif janrlıdırlar.
Bu da rejissorun
sənət duyumunun əsas
göstəricisi kimi qiymətləndirilə bilər.
1972-2003-cü illərdə Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında
60-dan artıq əsərə quruluş vermişdir.
20 il Azərbaycan Gənc Tamaşçılar
Teatrında baş rejissor, 10
il Akademik
Dram Teatrında rejissor işləmişdir. Ha-
zırda ADMİU-nun professorudur.
Azətbaycan teatr sənətinin inkişa-
fındakı xidmətlərinə görə 1987-ci ildə
“Əməkdar incəsənət xadimi”, 2000-ci
ildə “Xalq artisti” fəxri adlarına layiq gö-
rülmüşdür. 1998-ci ildə “Qızıl Dərviş”,
2014-cü ildə “Cəfər Cabbarlı“ müka-
fatlarının laureatı olmuşdur.
Prezident
təqaüdçüsüdür.
Dostları ilə paylaş: