166
İYUN
2
100
illiyi
Süleyman Ələsgərov
1915-1998
İYUN
Süleyman Ağababa oğlu Ələsgərov
1915-ci il iyun ayının 20-də Bakıda do-
ğulmuşdur. Yeddiillik təhsilini başa vura-
raq Maliyyə Texnikumuna daxil olmuş,
orada üç il oxumuş və iqtisadçı diplomu
alandan sonra Azərbaycan Dövlət Tibb
İnstitutuna imtahan vermiş və üç il də
orada oxumuşdur. O, səhnəyə 1933-cü
ildə Dənizçilər Mədəniyyət Evinin dram
dərnəyində çıxmışdır. Səhnə sənətinə
bağlandığına görə təhsilini yarımçıq
qoymuşdu. 1936-cı ilin sentyabrında
Süleyman Ələsgərov Gənc Tamaşaçılar
Teatrına müsabiqə yolu ilə aktyor götü-
rülmüşdür.
Onun GTT-da ifa etdiyi əsas rollar bun-
lardır: Polad (“Qızıl quş”, M.Seyidzadə),
Fərzəli bəy (“Nəsrəddin”, Y.Əzimzadə),
Aqşin (“Babək”, Ə.Yusifov), Vəzir,
Oruc (“Fitnə” və “Qaraca qız”, A.Şaiq),
Kaçkaryov, Poçt müdiri (“Evlənmə”,
və “Müfəttiş” N.Qoqol), Arqant (“Ska-
penin kələkləri”, J.B.Molyer), Müşavir
(“Qarlar Kraliçası”, Y.Şvarts), Eldostu
(“Çiçəkii dağ”, M.Təhmasib), Hacı Nuru
və Molla Salman (“Molla İbrahimxəlil
kimyagər”, M.F.Axundzadə), Valentin
və Pontolone (“İki ağanın bir nökəri”,
K.Haldoni), Molla Səfi və Hacı Qəmbər
(“Hacı Qəmbər”, N.Vəzirov), Loren-
so (“Romeo və Cülyetta”, V.Şekspir),
Yaşar (“Yaşar”, C.Cabbarlı), Musa
(“Bəxtsiz cavan”, Ə.Haqverdiyev), Va-
lentin (“İki veronalı”, V.Şekspir), Çux-
ray (“Polad necə bərkidi”, N.Ostrovski),
Komissar (“Anacan”, Y.Əzimzadə),
Zeynalabdm Şirvani (“Əlvida, Hin-
distan!”, Q.Rəsulov), Səməd Vurğun,
Baba, Əfrasiyab (“Komsomol poema-
sı”, “Açıl bənövşəm, açıl” və “Rüstəm
və Söhrab”, İ.Coşqun), Montanel-
li (“Ovod”, E.Voyniç), Namaz (“Xırs
quldurbasan”, M.F.Axundzadə), Mah-
mud (“Dağ seli”, Ə.Əsgərov), Kaplar
(“Qavroş”, V.Hüqonun “Səfillər” ro-
manı üzrə səhnələşdirənləri Z.Nemətov
və Ə.İsmayılov), Murtuz (“Mənim
nəğməkar bibim”, Ə.Əylisli), Naçal-
nik (“Danabaş kəndinin məktəbi”,
C.Məmmədquluzadə).
Süleyman Ələsgərov “Azərbay-
canfilm” kinostudiyasında istehsal olu-
nan bir neçə kinolentlərində çox kiçik
epizodlara çəkilmişdir. Onun ən popul-
yar və irihəcmli ekran obrazı “Bizim
Cəbiş müəllim” filmində əsas qəhrəman
olan Cəbiş müəllim roludur.
Aktyor GTT-nın inkişafında xidmət-
lərinə görə 1954-cü il fevral ayının 27-də
“Azərbaycan Respublikasının Əməkdar
artisti”, 1982-ci il dekabr ayının 1-də
isə “Xalq artisti” fəxri adlarına layiq
görülüb. 1961-ci ildə oynadığı Səməd
Vurğun roluna görə Respublika Lenin
komsomolu mükafatı laureatı olub. Ya-
radıcılığının özəyi, mayası əsasən realist
aktyor məktəbinin estetik prinsipləri ilə
yoğrulmuşdur. Qəhrəman personajları-
nın ifası psixoloji dramatizmi, komik və
satirik rolları təbiiliyi, koloritli gülüşü,
estetik zərifliyi ilə səciyyəvi idi.
Süleyman Ələsgərov 1998-ci il de-
kabr ayının 10-da Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: