167
90
illiyi
Gülcahan Güləhmədova-
Martınova
1925
İYUN
Gülcahan
Şüaulla qızı
Güləhmədova-Martınova 1925-ci
il iyun ayının 23-də Bakı şəhərində,
həkim ailəsində anadan olmuş-
dur. Atası “xalq düşməni” adı ilə
həbs
olunmuş və sürgün edilmiş-
dir. Gənclik illəri Böyük Vətən
müharibəsi dövrünə təsadüf etmiş,
o anası ilə birgə hərbi qospitallarda
işləməyə başlamış,
fəhlə gənclərin
gecə məktəbində -132 saylı orta
məktəbdə təhsil almışdır. Orta
təhsilini bitirdikdən sonra Sənaye
və Tibb İnstitutlarına qəbul olun-
sa da, təhsilini yarımçıq qoyaraq
Bakı Teatr İnstitutuna
daxil olmuş,
1951-ci ildə oranın birinci rejissor
kursunu bitirmişdir. SSRİ Xalq ar-
tisti Mehdi Məmmədovun tələbəsi
olmuşdur. İlk qadın-rejissordur.
Təyinatla Səməd Vurğun adına Rus
Dram Teatrında işləməyə başlamış-
dır. 30 il ərzində bu teatrda rejissor
və quruluşçu rejissor işləmişdir.
Teatrın
səhnəsində onlarla milli
və dünya ədəbiyyatı nümunələrini
səhnəyə qoymuşdur.
1982-ci ildən Bakı Musiqi Aka-
demiyasının Ş.Məmmədova adına
Opera studiyasında baş rejissor
işləməyə başlamışdır.
Tələbələri arasında “Qran-pri”
laureatı, La Skala teatrının solisti,
çoxsaylı musabiqələrin laureatları
və diplomantları, xalq və əməkdar
artistləri, Respublika və xarici ope-
ra teatrlarının (Almaniya, Türkiyə,
Misir, Fransa, Boliviya) solistləri
vardır.
Onun tərəfindən
ümumilikdə
70-dək əsər tamaşaya qoyulmuş-
dur. 1987-ci ildə lentə alınan İl-
yas Əfəndiyevin “Sən həmişə
mənimləsən” televiziya tamaşası-
nın quruluşçu rejissoru olmuşdur.
Gülcahan Güləhmədova-
Martınovanın yaradıcı fəaliyyəti
dövlət tərəfindən
yüksək
qiymətləndirilmişdir. 1972-ci ildə
“Komandorun addımları” tamaşa-
sına görə Respublika Dövlət mü-
kafatına, 1981-ci ildə Azərbaycan
Respublikasının “Xalq artisti”
fəxri
adına layiq görülmüşdür. “Şərəf ni-
şanı” ordeni ilə təltif edilmişdir.
Hazırda Bakı Musiqi Akademi-
yasının professorudur. Prezident
təqaüdçüsüdür.
Dostları ilə paylaş: