176
Tarixdə bu gün
Uşaqların Beynəlxalq Müdafiəsi Günü
1950
İYUN
Uşaqların Beynəlxalq Müdafiəsi
Günü (ing. International Children’s
Day) 1950-ci il iyun ayının 1-dən
etibarən BMT Baş Assambleyasının
qərarı ilə qeyd olunmağa başlanmışdır.
İyunun 1-i
bütün dünyada Uşaqla-
rın Beynəlxalq Müdafiəsi Günü kimi
qeyd olunur. Bu, təsadüfi deyil, çünki
müasir dövrdə uşaqların problemlərinin
həlli, onların hüquqlarının qorunması
ən aktual məsələlərdən biridir. Uşaq-
ların yüksək qayğı ilə əhatə olunma-
sı, əlverişli mənəvi və sosial mühitdə
böyüməsi üçün zəruri şəraitin yaradıl-
ması, onların şəxsiyyət kimi forma-
laşması əsası ümummilli
lider Heydər
Əliyev tərəfindən qoyulmuş dövlət uşaq
siyasətinin prioritet istiqamətlərindən
birini təşkil edir.
Son illər bu sahənin fəaliyyətini
tənzimləyən milli qanunvericiliyin
təkmilləşdirilməsi məqsədilə ardıcıl
işlər aparılır, respublikamız uşaq hü-
quqlarının təminatı ilə bağlı bir sıra
beynəlxalq sazişlərə, konvensiyalara
qoşulur. BMT-nin Baş Məclisi 1989-
cu il noyabrın 20-də “Uşaq hüquqları
haqqında Konvensiya” qəbul etmişdir.
Dünyanın əksər
ölkələri, o cümlədən
Azərbaycan Respublikası bu konven-
siyaya qoşulmuşdur. Burada uşaqların
bir çox hüquqları müəyyən
edilmiş-
dir. Onlar fikir, vicdan, din azadlığına,
rəyini ifadə etmək, şəxsi həyat hüqu-
qunun müdafiə olunmasına,
müxtəlif
mənbələrdən, informasiyalardan istifadə
etmək, laqeyd rəftar hallarından qorun-
maq, fiziki, əqli, mənəvi, əxlaqi, sosial
inkişafı üçün lazımi şəraitə, istirahət,
asudə vaxt və mədəni həyatda iştirak
etmək və s. hüquqlara malikdirlər.
Ümummilli
lider Heydər Əliyev uşaq
hüquqlarının müdafiəsinin davamlılığı,
onun məzmununun zənginləşdirilməsi
məqsədilə 1998-ci il avqustn 24-də
“Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının Qanununun təsdiqi ilə
bağlı xüsusi fərman imzalamışdır. Qa-
nunda uşaqların hüquq bərabərliyi, vic-
dan, söz və məlumat azadlığı, yaşamaq
və inkişaf etmək,
tərbiyə almaq, şərəf
və ləyaqətinin müdafiəsi hüquqları da
xüsusi vurğulanır.
Hazırda ulu öndərin siyasi xəttini
uğurla davam etdirən Azərbaycan Res-
publikasının Prezidenti İlham Əliyev
uşaq dövlət siyasəti ilə bağlı silsilə
fərman və sərəncamlar imzalamışdır.
“Ümumtəhsil məktəblərinin informa-
siya və kommunikasiya texnologiya-
ları ilə təminatı Proqramı”na əsasən
məktəblərimiz müasir kompyuter və
digər İKT avadanlığı ilə təchiz edilmiş-
dir.
Azərbaycan dövlətinin yeritdiyi
siyasət ölkədə gələcəyin vətənpərvər,
yüksək zəkalı, intellektual gəncliyi olan
bugünkü uşaqların firavan həyatının,
təlim-tərbiyəsinin, fiziki-mənəvi sağ-
lamlığının müdafiəsinə yönəlmişdir.
Dostları ilə paylaş: