175
Fəlsəfə.İqtisadiyyat
75
illiyi
Ziyad Səmədzadə
1940
İYUN
Ziyad Əliabbas oğlu Səmədzadə 1940-cı
il iyun ayının 25-də Bakı şəhərinin Buzov-
na kəndində anadan olmuşdur. 1961-ci ildə
Azərbaycan Dövlət Universitetinin iqtisad
fakültəsini fərqlənmə diplomu
ilə bitirmiş-
dir. 1962-1965-ci illərdə SSRİ EA İqtisa-
diyyat İnstitutunun aspiranturasında təhsil
almış və elə həmin institutda namizədlik
dissertasiyası müdafiə etmişdir.
1971-ci ildə iqtisad elmləri doktoru
alimlik dərəcəsinə yiyələnmiş, 1977-ci ildə
professor elmi rütbəsini almışdır.
1976-1978-ci illərdə o, Azərbaycan SSR
Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqti-
sadiyyat İnstitutu direktorunun birinci mü-
avini, 1978-82-ci
illərdə Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunun elmi işlər üzrə pro-
rektoru olmuşdur. 1980-ci ildə Azərbaycan
EA-nın müxbir üzvü, 1989-cu ildə isə
həqiqi üzvü seçilmişdir.
1983-1993-cü illərdə Azərbaycan KP MK
iqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan
Respublikası Ali Sovet sədrinin birinci mü-
avini,
Baş nazirin birinci müavini, Dövlət
Plan-İqtisad Komitəsinin sədri, TASİS və
TRASEKA proqramları üzrə Azərbaycanın
Milli Koordinatoru olmuşdur. O, iqtisadi
inkişaf, struktur, demoqrafiya, məşğulluq,
effektlilik kimi aktual problemlərə dair
500-dən
çox əsərin, çoxsaylı monoqrafiya-
ların müəllifidir.
Azərbaycan tarixinin mürəkkəb dövr-
lərindən birində Respublika Ali Sove-
ti sədrinin birinci müavini vəzifəsində
işləmişdir. Akademikin apardığı dərin iqti-
sadi araşdırmalar əsasında keçmiş İttifaqda
və bütün dünyada siyasi xadimlər və ge-
niş ictimaiyyət DQMV-dəki həqiqi sosial-
iqtisadi vəziyyət haqda düzgün təsəvvür
əldə etdi.
O, TASİS proqramının
Azərbaycanda
fəaliyyətə başlaması üçün böyük zəhmət
çəkmiş, Avropa İttifaqının (Aİ) ekspertləri
ilə çoxsaylı görüşlər keçirmiş, milli koor-
dinator, bir iqtisadçı-alim kimi TRASEKA
proqramının hazırlanması ilə bağlı elmi
araşdırmalar aparmış, 1993-cü ilin may
ayında Brüsseldə birinci
beynəlxalq konf-
ransda əsas məruzə ilə çıxış etmiş və Brüs-
sel bəyannaməsini imzalamışdır.
İqtisadçı elmi kadrların hazırlanması
sahəsində müstəsna xidmətləri olan aka-
demik nüfuzlu beynəlxalq simpozium və
konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil
edir. O, Azərbaycan İqtisadçılar İttifaqının
sədri, Beynəlxalq İqtisadçılar İttifaqının
vitse-prezidenti kimi də çox faydalı işlər
görür. Akademikin baş elmi redaktəsi ilə
ümumi həcmi 2500 səhifəyə bərabər olan
“Azərbaycan XXI əsrin astanasında” üç-
cildliyi nəşr edilmişdir. 1999-cu ildə “İq-
tisadiyyat” adlı qəzet təsis etmiş və onun
müntəzəm nəşrinə başlamışdır.
Akademikin elmi fəaliyyətində
Azərbaycan və dünya iqtisadiyyatı
problemlərinin tədqiqi böyük yer tutur.
Dünya ölkələrinin
təcrübəsini dərindən
öyrənən və onların mütərəqqi cəhətlərini
Azərbaycanda təbliğ edən Səmədzadə bir
çox ölkələrdə, o cümlədən bir neçə dəfə
Çin Xalq Respublikasında olmuş, “Dünya
iqtisadiyyatı: Çin “iqtisadi möcüzəsi” kita-
bını nəşr etdirmişdir.
2004-cü ildə akademikin “Böyük yolun
mərhələləri” - “Azərbaycan iqtisadiyyatı
yarım əsrdə: reallıq və perspektivlər” adlı
kitabı çapdan çıxmışdır. Yaxın vaxtlarda ki-
tabın ikinci cildi işıq üzü görəcəkdir.
“Qırmızı Əmək Bayrağı” (1986) və
“Şöhrət” ordenli (2010), “Frasisk Skorina”
(Belarus, 2011) medalına
layiq görülmüş
akademik Ziyad Səmədzadə Milli Məclisin
İqtisadi Siyasət Komitəsinin sədri kimi
respublikada iqtisadi qanunvericilik baza-
sının möhkəmləndirilməsi, büdcə sistemi-
nin təkmilləşdirilməsi,
bütövlükdə ölkənin
iqtisadi inkişaf strategiyasının reallaşması
məsələlərinin həllində fəal iştirak edir.
Dostları ilə paylaş: