178
Tarixdə bu gün
İYUN
15
15
Milli Qurtuluş Günü
1993
1991-ci ilin oktyabrında Azərbaycan
müstəqillik əldə etsə də, Ermənistanın
işğalçılıq niyyəti güdən təcavüzü res-
publikada vəziyyəti gərginləşdirmişdi.
1993-cü il iyunun 4-də Gəncədə pol-
kovnik Surət Hüseynovun nəzarəti al-
tında olan hərbi hissənin hakimiyyətə
itaətsizliyi
ölkəni tamamilə xaosa
sürükləmişdi. Situasiyanı nəzarətə al-
maq üçün hakimiyyətin atdığı tələsik
addımlar vəziyyəti düzəltməmiş,
əksinə, Gəncəyə yola düşən dövlət
nümayəndələri girov götürülmüşdü.
Qiyamçı hərbi hissənin rəhbərliyi,
əvvəlcə o vaxtki Baş nazir və Milli
Məclis Sədrinin,
sonra isə Preziden-
tin istefasını tələb etmişdi. Vəziyyət
nəzarətdən çıxmış, ətraf rayonların
icra başçıları zorla dəyişdirilmiş, Surət
Hüseynovun qiyamı məhdud Gəncə
civarlarından çıxaraq, üzü Bakıya doğ-
ru geniş miqyas almışdı. Belə böhranlı
və ağır vəziyyətdə ölkə vətəndaşları
yeganə çıxış yolunu yenə də müdrik
rəhbərinin hakimiyyət sükanı arxasına
keçməsində görmüşdü. Bu taleyük-
lü sınaq anında xalqın çağırışına səs
verən, dövlətin
gələcək taleyinə biganə
qalmayan böyük strateq Heydər Əliyev
Bakıya dönərək respublikada yaranmış
hakimiyyət böhranının aradan qaldırıl-
ması istiqamətində əməli fəaliyyətə
başlamışdı. Ümummilli liderin bir
qrup ziyalı ilə Gəncəyə səfər etməsi
və heç bir riskdən çəkinməyərək si-
lahlanmış qüvvələrlə danışıqlar apar-
ması vətəndaş müharibəsi
təhlükəsinin
qarşısının alınmasında mühüm addım
olmuşdu. Bundan bir neçə gün son-
ra - iyun ayının 15-də isə ulu öndər
parlamentdə səslənən təkidli xahişləri,
ən əsası xalqın istəyini nəzərə alaraq o
zamankı Azərbaycan Respublikası Ali
Sovetinin Sədri vəzifəsinə seçilməsinə
razılıq vermişdi.
Bu tarixi hadisə res-
publika həyatında xaos və anarxiyadan
qurtuluşa doğru yeni mərhələnin baş-
lanğıcına çevrilmişdi. Beləliklə də, 15
iyun Azərbaycanın tarixinə Milli Qur-
tuluş Günü kimi daxil edilmişdir.
Ulu öndərin Ali Sovetin Sədri
seçilməsi
Azərbaycanda eyni za-
manda mütərəqqi parlamentarizm
ənənələrinin formalaşmasını təmin
etmişdi. Heydər Əliyev parlamentin
cəmiyyətdəki nüfuzunun sağlamlaşdı-
rılması tədbirlərinə başlamış, yüksək
idarəçilik keyfiyyətləri sayəsində ali
qanunverici orqanda xoşagəlməz si-
yasi çəkişmələrin,
qeyri-etik davra-
nışların qarşısını almışdı. Müzakirə
və diskussiyaların sivil, demokratik
meyarlar çərçivəsində aparılması üçün
şəxsi nümunə göstərmiş, parlament
idarəçiliyinə yeni ruh və müasirlik
gətirmişdi.
Milli Məclisin iclasla-
rı, mətbuat konfransları, respublika
əhəmiyyətli müşavirələr birbaşa ya-
yımla televiziya ekranlarına verilmiş-
di.
Sonralar millət vəkilləri 15 iyun
tarixinin təqvimə Azərbaycanın Qur-
tuluş günü kimi salınması təklifi ilə
çıxış etmişlər və Milli Məclis bu
təklifi bəyənmişdi. O vaxtdan Heydər
Əliyevin yenidən hakimiyyətə qayıdışı
Milli Qurtuluş günü kimi qeyd edilir.
Dostları ilə paylaş: