Teqvim-2015. pdf


Ağdam rayonunun işğalı günü (23.07.1993)



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə236/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   232   233   234   235   236   237   238   239   ...   484
Ağdam rayonunun işğalı günü (23.07.1993) 
203
205
204
206


185
1
Milli ədəbiyyat
Yusif Kərimov
1940
Yazıçı
75 
illiyi
Ə d ə b i y y a t
Çalarlar: publisisti-
ka /Y.Kərimov; red. 
Y.Əlizadə.-Bakı: Ərgünəş, 
2005.- 350 s. 
Əbədiyyət yolu: esselər 
/Y.Kərimov; red. və ön söz. 
Y.Əlizadə.-Bakı, 2010.-   
72 s.
İşğal vadisi: tarixi roman 
/Y. Kərimov.- Bakı: Vətən, 
2014.- 575 s.
Ömür adlı yol keçdim... 
/Y. Kərimov.-Bakı: Vətən, 
2012.- 635 s. 
Bayramov, Q. Həyat 
dərslərinin bədii 
təcəssümü /Q.Bayramov   
//Ədəbiyyat qəzeti.- 2010.- 
9 iyul.- S.4.
İ n t e r n e t d ə
www.anl.az
www. adam.az
www.az.wikipedikia.org
www.meneviservetimiz.az
Yusif Abbas oğlu Kərimov 1940-
cı il iyul ayının 1-də  Bərdə  şəhərində 
anadan olmuşdur. 1957-ci ildə  Bərdə 
şəhərindəki 1 saylı orta məktəbi bitir-
miş, Azərbaycan Dövlət Universiteti-
nin (indiki BDU) jurnalistika şöbəsinə 
qəbul olmuşdur.
1962-ci ildə ali təhsilini tamamla-
dıqdan sonra KP Mərkəzi Komitənin 
rayonlararası “Yüksəliş” qəzeti redak-
siyasında məsul katib, 1964-1973-cü 
illərdə “Bakı” axşam qəzetində  şöbə 
müdiri vəzifəsində çalışmışdır. Sonra-
lar 1973-1978-ci illərdə Azərbaycan 
televiziyasında gənclər üçün proqram-
lar baş redaksiyasında baş redaktor, 
1978-1980-ci illərdə Bakı Ali Partiya 
Məktəbində müdavim, 1981-1995-ci 
illərdə “Azərbaycan gəncləri” respub-
lika qəzetinin redaktoru, 1995-1997-
ci illərdə Azərbaycan Respublikası 
Mərkəzi Seçki Komissiyasının mətbuat 
katibi, 1997-2001-ci illərdə Azərbaycan 
Respublikası Ticarət Nazirliyinin 
mətbuat katibi, 2001-2007-ci illərdə İq-
tisadi İnkişaf Nazirliyinin İctimaiyyətlə 
əlaqələr  şöbəsində  məsləhətçi, 2009-
2013-cü illərdə Milli Aviasiya Akade-
miyasında tərcüməçi, “Gənc aviator” 
qəzetinin baş redaktoru olmuşdur.
O, pedaqoji fəaliyyətlə də məşğul ol-
muş 2000-2007-ci illərdə BDU jurnalis-
tika fakültəsində, 2007-2008-ci illərdə 
“Odlar yurdu” Universitetində müəllim 
kimi fəaliyyət göstərmişdir.
 Onun “Yollar..” adlı ilk kitabı 1969-
cu ildə çap edilmişdir.
Y.Kərimov 1963-cü ildən Jurnalistlər 
İttifaqının, 1978-ci ildən Yazıçılar Bir-
liyinin üzvüdür. 1975-ci ildə jurnalis-
tika sahəsində “Qızıl qələm” müka-
fatına, 2003-cü ildə isə “Səni mənə 
verməzlər...” romanına görə Yazıçılar 
Birliyinin “Yaddaş” Milli Mükafatına 
layiq görülmüşdür.
Yazıçı Y.Kərimov yaradıcılığında 
uşaqları  və yeniyetmələri də unutma-
mışdır. Müxtəlif  illərdə  qələmə aldığı 
“Lalə və kəpənək”, “Lətifənin xoruzu”, 
“Lift”, “Fərhadın qoçaqlığı”, “Balaca 
toplan”, “Fəridənin albomu”, “Fidanın 
nağılları”, “Səbinənin ürəyi”, “Qırx 
pilləkəndə döyüş”, “Erməni  şikəstəsi”, 
“Bakıda ...Xarı bülbül”, “Tarın döyü-
şü”, “Havayozanlar” hekayələri oxucu-
lar tərəfindən rəğbətlə qarşılanmışdır.
2004-cü ildə Heydər  Əliyev adına 
Beynəlxalq Xeyriyyə Fondunun (No-
vosibirsk) laureatı olmuş, 2010-cu ildə 
“Azərbaycan Respublikasının Əməkdar 
jurnalisti” fəxri adına layiq görülmüş və 
Azərbaycan Mətbuat Şurasının “Ali Me-
dia mükafatı” ilə təltif edilmişdir. 2011-
ci ildə “Təmas xəttindən məktublar...” 
adlı esseyə görə Milli Qəhrəman Mü-
bariz İbrahimovun xatirəsinə həsr olun-
muş Respublika müsabiqəsinin xüsusi 
mükafatı, “Əbədiyyət yolu” adlı esselər 
kitabına görə XI Bakı Kitab Sərgisinin 
Milli Kulturoloji mükafatı ilə təltif edil-
miş və eləcədə milli mətbuatın inkişafın-
da səmərəli xidmətlərinə görə müxtəlif 
diplomlar, tərifnamələr almışdır.
İYUL



Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin