186 Milli ədəbiyyat 180 illiyi Seyid Əzim Şirvani 1835-1888 İYUL Seyid Əzim Seyid Məhəmməd oğlu
Şirvani 1835-ci il iyul ayının 9-da Şa-
maxıda anadan olmuşdur. Atası vəfat
etmiş, 7 yaşından anası Səkinə xanı-
mın himayəsində qalmışdır. Dağıstanın
Yaqsay kəndində yaşayan ana babası
Molla Hüseyn onu yanına aparmış və
şair yeniyetməlik dövrünü babasının
himayəsində keçirmişdir.
İbtidai təhsilini orada alan Şirvani bir
neçə Dağıstan ləhcəsi də öyrənmişdir.
Babasının təsiri ilə dini elmlərə maraq
göstərən şair 1853-cü ildə Şamaxıya
qayıtmışdır.
1856-cı ildə ali ruhani təhsili almaq
həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa,
əvvəl Nəcəf və Bağdada, sonra isə Su-
riyanın Şam şəhərinə aparır. Gənc şair
İraqda oxuyarkən dünyəvi elmlərə də
böyük maraq göstərir
O, 1857-ci ildə yenidən Məkkə,
Mədinə, Misir və Suriyaya səyahət et-
mişdi. 50-ci illərin sonunda vətənə qa-
yıdan Seyid ruhani olmaq fikrindən əl
çəkib məktəbdarlıqla məşğul olur.
“Əkinçi” qəzetinin nəşrini sevinclə
qarşılayan şair şeirlərinin bir qismini
bu qəzetdə çap etdirmişdir. “Əkinçi”
bağlandıqdan sonra “Ziya”, “Ziyayi-
Qafqaziyyə” qəzetləri ilə əməkdaşlıq
etmişdir.
1877-ci ildə Seyid Əzim Şamaxı
məktəbinə Azərbaycan dili və şəriət
müəllimi düzəlmiş, qısa fasilə ilə ömrü-
nün sonuna qədər orada işləmişdir.
1879-cu ildə “siyasi cəhətdən şübhəli
müəllim” kimi ittiham edilərək işdən çı-
xarılmış, Tiflisə şikayət etdikdən sonra
yenidən öz vəzifəsinə qaytarılmışdır.
1878-ci ildə
Şamaxı ruhani
məktəbində işləyərkən “Rəbiül-ətfal”
(Uşaqların baharı) dərsliyini tamamla-
mışdır.
1887-ci ildə maarif sahəsindəki
xidmətlərinə görə “Za userdiye” me-
dalı ilə təltif olunmuşdur. Maddi eh-
tiyac içində yaşayan şair bu medalı
almaq üçün 7 manat 50 qəpiyi tapa
bilmədiyindən yalnız ölümünə 10 gün
qalmış 1888-ci ilin may ayında almış-
dır.
Şarin bədii irsi biri Azərbaycanca,
digəri farsca iki böyük külliyyatdan
ibarətdir. Onun yaradıcılığının çox
hissəsini lirik janrda yazılmış qəzəllər,
öyüd, təmsil və didaktik mahiyyət da-
şıyan mənzum hekayələr, doğruçuluq,
mərdlik, dostluq, yoldaşlıqda mətanət,
çalışqanlıq, əzilənlərə kömək, insan-
larla yaxşı rəftar və s. gözəl və nəcib
sifətlərin tərbiyələndirilməsinə həsr
edilmiş şeirlər təşkil edir. İctimai
mahiyyət daşıyan satiraları da Seyid
Əzimin yaradıcılığında müstəsna möv-
qe tutmuşdur. Onu öz dövrünün böyük
realist şairi kimi tanıdan “Yerdəkilərin
göyə şikayət etmələri”, “Dəli şeytan”,
“Məkri-zənan”, “Bəlx qazisi və xar-
rat”, “Müctəhidin təhsildən qayıtması”,
“Elmsiz alim”, “Alim oğul ilə avam
ata” və s. satiralarıdır.
Seyid Əzim Seyid Məhəmməd oğlu
Şirvani 1888-ci il may ayının 20-də
vəfat etmişdir. Öz vəsiyyətinə görə Şa-
maxının Şaxəndan qəbiristanlığında
dəfn olunmuşdur.