187
Milli ədəbiyyat
85
illiyi
Sabir Əhmədli
1930-2009
İYUL
Ə d ə b i y y a t
Seçilmiş əsərləri
/S.Əhmədli.- Bakı:
Azərnəşr, 1989-1990.
Kütlə: roman /S.Əhmədli.-
Bakı: Azərnəşr, 1999.- 276
s.
Yanvar hekayələri
/S.Əhmədli.- Bakı:
Azərnəşr, 1992.- 126 s.
Yazılmayan yazı: roman:
ixtisarla /S.Əhmədli.-
Bakı: Təhsil, 2010.- 478 s.
Mədətov, F. Sabir
Əhmədlinin romanları
/F.Mədətov.- Bakı: Bakı
Universiteti, 1998.- 90 s.
Abbasova, Ə. Unudulmaz
Xalq yazıçısı /Ə.Abbasova
//Respublika.- 2011.- 16
aprel.- S.6.
Hacımusalı, O. Tor-
paq həsrətli nasir
/O.Hacımusalı //Xalq
cəbhəsi.- 2011.- 26 okt-
yabr.- S.13.
Yusifli, V. Böyük nəsr usta-
sı /V.Yusifli //525-ci qəzet.-
2010.- 19 iyul.- S.28.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedikia.org
10
Yazıçı
Sabir Məhəmməd oğlu Əhmədli
1930-cu il iyul ayının 10-da Cəbrayıl
rayonunda anadan olmuşdur. Burada
orta məktəbi bitirdikdən sonra 1946-
1951-ci illərdə ADU-nun filologiya
fakültəsində təhsil almışdır. 1951-1954-
cü illərdə Cəbrayıl
rayon mərkəzində
müəllim, 1955-1956-cı illərdə
Şükürbəyli kəndində orta məktəbin di-
rektoru, yenə 1956-cı ildə Cəbrayıl ra-
yon mərkəzində müəllim, 1956-1993-
cü illərdə “Ədəbiyyat və incəsənət”
qəzeti redaksiyasında ədəbi işçi, Nəsr
şöbəsinin müdiri, 1993-1996-cı illərdə
baş redaktor işləmişdir.
1955-ci ildən Azərbaycan Yazı-
çılar İttifaqının üzvüdür. S.Əhmədli
Azərbaycan Yazıçılar
İttifaqının
M.F.Axundov adına ədəbi
mükafat ko-
missiyasının sədri seçilmişdir.
Ədəbi fəaliyyətə 1951-ci ildən “Pi-
oner” jurnalında çap olunan “Poçtal-
yon” hekayəsi ilə başlamışdır. Bun-
dan sonra bədii əsərləri və publisistik
məqalələri dövri mətbuatda müntəzəm
çap olunmuşdur. 1961-ci ildə onun “Bir
payız axşamı” kitabı işıq
üzü görmüş
və tələbələrin, ədəbiyyatsevərlərin,
ümumiyyətlə oxucuların böyük ma-
rağına səbəb olmuşdu. 1989-cu ildə
Azərnəşrdə S.Əhmədlinin ikicildlik
əsərləri çap edilmişdir.
Onun bir-birinin ardınca çıxan “Aran”
(“Uşaqgəncnəşr”, 1962) ikihissəli ro-
manı, “Pillələr” (Azərnəşr, 1964), “Ya-
macda nişanə” (“Gənclik”, 1973), “To-
ğana” (“Yazıçı” 1981), “Mavi günbəz”
(“Gənclik”, 1984, povestlər), “Yasamal
gölündə qayıqlar üzürdü” (“Yazıçı”,
1984), “Yasaq
edilmiş oyun, Gülməli
kişinin axırı” (“Yazıçı”, 1988) kitabları
böyük maraqla qarşılanmışdır.
Qarabağ hadisələrinə həsr etdiyi
irihəcmli ədəbi-publisistik
məqalələri
- “Qarabağın gecikmiş yazı”, “Qara-
bağın qarlı səngərləri” “Ədəbiyyat və
incəsənət” qəzetinin 1992-1993-cü illər
mart-aprel saylarında dərc edilmişdir.
Əsərləri keçmiş SSRİ xalqlarının və xa-
rici ölkə xalqlarının
dillərinə tərcümə
edilmişdir.
Yazıçının fəaliyyəti dövlət tərəfindən
yüksək qiymətləndirilmiş, o, 1975-ci
ildə “Əmək şöhrətinə görə” medalı,
1984-cü ildə “Əməkdar incəsənət xadi-
mi” fəxri adı ilə təltif edilmişdir. 1991-ci
ildə “Qızıl sünbül” ədəbi mükafatı lau-
reatı olmuş, 1992-ci ildə “Azərbaycanın
Xalq yazıçısı” fəxri adına
layiq görül-
müşdür.
Sabir Əhmədli 2009-cu il aprel ayı-
nın 17-də Bakıda vəfat etmişdir.