194
İYUL
12
Teatr.Kino
Zəfər Nemətov
1915-1971
Rejissor
100
illiyi
Ə d ə b i y y a t
Əliağa Ağayev
/Z.Nemətov, T.Kazımov;
red. H.Sadıqova.- Bakı,
1978.- 42 s.
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrı /Azərb. Resp.
Mədəniyyət və Turizm
Nazirliyi; layih. rəhb.
Ə.Qarayev; layih. koor-
din. Ə.Vəliyev; mətnin
müəl. İ.Rəhimli.- Bakı,
2010.- S.69-72.
Rəhimli, İ. Zəfər
Nemətov (12.7.1915-
19.11.1971) //Rəhimli
İ. Kəsişən paralellər.-
Bakı, 2010.- S.19-31.
Yusifli, V. Üçüncüsü?
Yox hələlik yetişməyəcək
/V.Yusifli //Panorama.-
1997.-25 oktyabr
İ n t e r n e t d ə
www.anl.az
www.tyuz.az
Zəfər Paşa oğlu Nemətov 12 iyul 1915-
ci ildə Bakıda, mühəndis ailəsində anadan
olmuşdur.
Uşaqlıqda
mütaliəyə, ədəbiyyat və
mədəniyyətə maraq göstərmişdir. 37 say-
lı məktəbdə təhsil almışdır. 1928-1929-cu
illərdə Türk İşçi Uşaq Teatrı (indiki Gənc
Tamaşaçılar Teatrı) həmin məktəbin 3-cü
mərtəbəsində yerləşirdi. Məktəbli Zəfər öz
fəaliyyətinə Lətif Kərimovun “Fırtına” pye-
sinin tamaşası ilə başlamışdır. Şagird ikən,
1929-cu ilin dekabrında Akademik Milli
Dram Teatrının bir neçə tamaşasında kütləvi
səhnələrdə iştirak edən gənc Zəfər 1931-ci
ildə Gənc Tamaşaçılar Teatrına
dəvət olun-
muş və aktyor truppasının yardım heyətinə
qəbul edilmişdir. Həmin ilin sentyabrında
M.F.Axundzadə adına Azərbaycan Dövlət
Teatr Məktəbinin (texnikumunun) aktyor-
luq fakültəsində təhsil almağa başlamışdır.
Səhnə danışığını,
vərdişlərini müəllimi Ab-
bas Mirzə Şərifzadədən öyrənmişdir.
Teatr rejissorları Aleksandr Tuqanov və
Məhərrəm Haşımov 1930-cu illərin ikinci
yarısından başlayaraq gənc aktyoru rejissor
assistenti kimi də işə cəlb etmişdir. Zəfər
Nemətov Jan Batist Molyerin “Zorən təbib”,
Abdulla Şaiqin “El oğlu”, Fridrix Şillerin
“Qaçaqlar”, Cəfər Cabbarlının “Aydın”
əsərlərinin tamaşalarının hazırlanmasında
müəyyən rejissorluq təcrübəsi toplamışdır.
1941-ci
ildə Böyük Vətən müharibəsi
başlayanda könüllü şəkildə faşist işğalçıları
ilə döyüşə yollanmışdır. Bir il sonra ağır yara
alaraq ordudan tərxis olunmuş və yenidən
doğma kollektivdə səhnə fəaliyyətini re-
jissor kimi davam etdirmişdir. 1943-cü
ilin yanvar ayında Zəfər Nemətovun ilk
müstəqil quruluş verdiyi “Məlik Məmməd”
(Əyyub Abbasov) nağıl tamaşasının prem-
yerası olmuşdur.
Zəfər Nemətov Gənc Tamaşaçılar Teat-
rının Azərbaycan bölməsində 1945-1971-ci
illərdə “Sənin evin” (“Ağbəniz”, Valenti-
na Lyubimova), “Xüsusi tapşırıq” (Sergey
Mixalkov), “Odlar içində” (Əbil Yusifov),
“Bahar nəğməsi” (Əyyub Abbasov), “Qa-
raca qız” (Abdulla Şaiq), “Yaşıl sandıqca”
(İvan Vasilenko), “Düşmənlər içində” (Nov-
ruz Gəncəli), “Tamahkar” (Süleyman Sani
Axundov), “Qastello” (İsidor Ştok), “Turp”
(Pavel Malyerski), “Gülşən” (Əli
Vəliyevin
eyniadlı əsəri əsasında səhnələşdirəni Ağəli
Dadaşov), “Meşə gölünün sahilində” (Se-
zar Solodar), “Yaşar” (Cəfər Cabbarlı),
“Anacan” (Yusif Əzimzadə), “Bir saatlıq
xəlifə” (Abdulla Şaiq), “Göyərçinlər” (Tələt
Əyyubov), “İki həyat” (Rauf İsmayılov),
“Romeo və Cülyetta” (Vilyam Şekspir) və
s. pyeslərini tamaşaya hazırlamışdır.
Teatrın rus bölməsində “Qar kraliça-
sı” (Yevgeni Şvarts), “Müfəttiş” (Nikolay
Qoqol), “Sənin evin” və “Qürur məktəbi”
(Valentina Lyubimova), “Meşə kənarında
göl” (Sezar Solodar), “İyirmi ildən sonra”
(Mixail Svetlov), “Polad üzük” (Konstantin
Paustovski), “Zorən təbib” (Jan Batist Mol-
yer), “Kasıblıq eyib deyil” (Aleksey Ost-
rovski), “Afrikadan gələn zərf” (Lyubomir
Qarabin), “Bütün bunlar sadəcə işlər deyil”
(Gennadi Şmelyov) tamaşalarına
quruluş
vermişdir.
Rejissor yaradıcılığında əldə etdiyi
nailiyyətlərə görə 1954-cü il fevral ayı-
nın 27-də Azərbaycan Respublikasının
“Əməkdar incəsənət xadimi” fəxri adına la-
yiq görülmüşdür.
Görkəmli sənətkar 1971-ci il noyabr ayı-
nın 19-da Bakıda vəfat etmiş, II Fəxri Xiya-
banda dəfn edilmişdir.
1