195 7 Milli Qəhrəmanlar 55 illiyi Tabil Həsənov 1960-1992 İYUL Tabil Qasım oğlu Həsənov 1960-cı il
iyulun 4-də Xocalı rayonunun Kosalar
kəndində anadan olmuşdur.
1977-ci ildə burada məktəbi bitir-
mişdir.
1980-cı ildə hərbi xidmətə çağırıl-
mışdır.
1982-ci ildə ordu sıralarından
tərxis olunan Tabil Xocalının Kosalar
kəndində Rabitə şöbəsində işləməyə
başlamışdır.
1991-ci il 15 dekabr erməni millətçi
qəsbkarları Cəmilli kəndinə dörd
tərəfdən hücuma keçərkən Tabil və
dəstəsi ilə düşmənə əks hücum edərək
Meşəli kəndini azad etmişdilər. Bu
qələbədən sonra ona el arasında “Qırxız
qartalı” deyə səslənirdilər. Erməni işğal-
çıları sonra yenidən Meşəli kəndinə hü-
cum etmiş, Tabil bu kəndi yenidən azad
edə bilmiş və düşmənin canlı qüvvəsi
məhv edilmişdi.
1992-ci il mart ayının 29-da erməni
qəsbkarları Kosalara yenidən hü-
cum etmişdilər. Saatlarla davam edən
döyüşdə 53 erməni öldürülmüş, onla-
rın 12-ni “Qırxız qartalı” Tabil məhv
etmişdi. Lakin bu onun son döyüşü
olmuş, o, bu döyüşdə qəhrəmancasına
həlak olmuşdu.
Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Preziden-
tinin 15 yanvar 1995-ci il tarixli 262
saylı Fərmanı ilə Həsənov Tabil Qasım
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Xocalı rayonunun Kosalar kəndində
dəfn edilmişdir.