Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə244/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   240   241   242   243   244   245   246   247   ...   484
Ə d ə b i y y a t
Vokal nitqinin sirləri 
incəsənət və elm 
/V.P.Morozov; tərc. ed. 
A.Rzayev.- Bakı, 2011.- 
183 s.   
Rzayev Azər Hüseyn 
oğlu //Üzeyir Hacıbəyov 
ensiklopediyası.- Bakı: 
Şərq-Qərb, 2007.- S.181-
182.
A.H.Rzayevin 
“Azərbaycan Respublika-
sı Prezidentinin fəxri dip-
lomu” ilə təltif edilməsi 
haqqında: Azərbaycan 
Respublikası Preziden-
tinin Sərəncamı, 13 iyul 
2010-ci il //Azərbaycan.- 
2010.- 14 iyul.- S.4.
Касимова, С. Азер 
Рзауев /С.Касимова.- 
Баку: Ишыг, 1981.- 69 с.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.kino-teatr.ru
www.kultaz.com
15
Bəstəkar


192
Musiqi.Opera.Balet
65 
illiyi
Məmmədbağır Bağırzadə 
1950-2005
İYUL
Məmmədbağır Məmmədəli oğlu 
Bağırzadə 1950-ci il iyul ayının 21-
də Bakının Nardaran kəndində dün-
yaya gəlmişdir. 
Orta  məktəbi bitirdikdən sonra, 
1975-ci ildə Asəf Zeynallı adına Bakı 
orta ixtisas musiqi məktəbinin muğam 
şöbəsinə daxil olmuşdur.  Burada oxu-
duğu müddətdə  muğam sənətimizin 
bilicisi Əlibaba Məmmədovdan ifaçı-
lıq sənətinin sirlərinə yiyələnmişdir. 
Musiqi məktəbini bitirdikdən sonra, 
1980-ci ildə Azərbaycan Dövlət Kon-
sert Birliyinə dəvət olunmuş, burada 
özünün rəhbərlik etdiyi “Dilkəş” an-
samblını yaratmışdır. “Azkonsert 
“birliyində  işlədiyi illərdə saysız-
hesabsız  qastrol səfərlərində olmuş, 
muğamımızın təbliğində xeyli əmək 
sərf etmişdir. 
Məmmədbağır Bağırzadənin sənət 
yolu toylardan və el şənliklərindən 
başlamışdır. O, adətən öz mahnıları-
nı oxusa da, klassik, müasir bəstəkar 
və şairlərin yaradıcılığına müntəzəm 
müraciət etmişdir. Xüsusilə də, şairə 
Zivər Ağayeva ilə qurduğu yaradıcı-
lıq  əlaqələri nəticəsində Azərbaycan 
milli musiqi sənətinə çoxlu sayda 
gözəl mahnılar bəxş etmişdir.
Məmmədbağır Bağırzadəni te-
leviziyaya gətirən və onun ya-
radıcılığında xüsusi rol oynayan 
bəstəkar  Ələkbər Tağıyev olmuşdur. 
Müğənninin repertuarına Oqtay Ka-
zımovun, Nəriman Məmmədovun, 
Tahir Əkbərin və digərlərinin mahnı-
ları da daxil idi. Radionun fondunda 
onlarca mahnısı saxlanan müğənninin 
ifa etdiyi bəstələr “Melodiya” firması 
tərəfindən vala yazılaraq geniş yayıl-
mışdır. 
1979-cu ildə  Ələkbər Tağıyevin 
mahnıları, 1981-ci ildə isə öz bəstələri 
kütləvi tirajla buraxılmışdır. 
1985-ci ildən müğənni Azərbaycan 
Dövlət Televiziya və Radio Verilişləri 
Şirkətinin solisti, “Dilkeş” instrumen-
tal ansamblının rəhbəri olmuşdur. 
Repertuarında 200-dən çox mah-
nı olan müğənni M.Əliyev adına 
Azərbaycan Dövlət İncəsənət Univer-
sitetinin mədəni-maarif fakültəsinə 
daxil olmuş, 1987-ci ildə  oranı bitir-
mişdir.
M.Bağırzadə 2002-ci ildə 
Azərbaycan Milli Konservatoriyası 
nəzdində Musiqi Kollecinin xanəndə 
sinfində 3 il müəllim işləmişdir. O, 
300-ə yaxın təsnifin, bir çox qəzəllərin 
müəllifidir. 
Müğənninin yaradıcılığı dövlət 
tərəfindən yüksək qiymətləndirilmiş, 
o, “Azərbaycanın  Əməkdar artisti”, 
2002-ci il dekabr ayının 24-də isə 
“Xalq artisti” fəxri adlarına layiq gö-
rülmüşdür.
Məmmədbağır Bağırzadə  2005-ci 
il oktyabr ayının 30-da vəfat etmiş-
dir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin