189
Musiqi.Opera.Balet
6
75
illiyi
Zöhrab Adıgözəlzadə
1940-2012
İYUL
Zöhrab
Əfrasiyab
oğlu
Adıgözəlzadə 1940-cı il iyul ayının
3-də Bakı şəhərində anadan olmuşdur.
1962-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasını (M.R.Brennerin
sinfini, 1970-ci ildə Sankt-Peterburq
konservatoriyasının aspiranturasını)
bitirdikdən
sonra orada müəllim, do-
sent, professor kimi gənc musiqiçilər
nəslinin yetişdirilməsində əvəzsiz
xidmətlər göstərmişdir.
Bir çox ifaçılar ilk yaradıcılıq
addımlarını məhz ustad sənətkarın
köməyi ilə almış,
böyük səhnədə öz
istedadlarını göstərmişlər.
O, həm də konsert fəaliyyəti ilə
məşğul olmuş, Azərbaycan, rus, Av-
ropa bəstəkarlarının əsərlərini bö-
yük məharətlə ifa etmişdir. Zöhrab
Adıgözəlzadə Azərbaycan
fortepiano
məktəbini bir çox ölkələrdə uğurla
təmsil etmiş, Türkiyə, Hindistan, Ma-
carıstan, Polşa, Fransa, Norveç, Bol-
qarıstan,
Almaniya, İtaliya, Çin, Yapo-
niya, Livan, Misir, Küveyt, İordaniya,
Suriya və keçmiş SSRİ respublikaların-
da qastrol səfərlərində olmuşdur. Onun
repertuarında İ.S.Bax, L.Bethoven,
V.Motsart, F.Şopen, F.List, A.Skyabin,
S.Raxmaninov, S.Prokofyev və başqa-
larının əsərləri geniş yer tutmuşdur.
Azərbaycan bəstəkarlarından
Q.Qarayev, F.Əmirov, A.Məlikov,
C.Hacıyev, T.Bakıxanov və başqala-
rının əsərlərinin ilk ifaçısı olmuşdur.
Azərbaycan bəstəkarlarının əsərləri
onun ifasında “Melodiya” qrammofon
valları firması (Moskva) tərəfindən
buraxılmışdır. Sənətkarın dünyanın ən
nüfuzlu konsert salonlarındakı çıxışla-
rı tamaşaçıların yaddaşına
həkk olun-
muşdur.
1990-cı ildən ömrünün sonuna
qədər Türkiyədə Əskişəhər Anadolu
Universitetinin
Dövlət Konservato-
riyasında kafedra müdiri vəzifəsində
çalışmışdır.
Zöhrab Adıgözəlzadə milli musiqi
mədəniyyəti
sahəsindəki xidmətlərinə
görə 1967-ci ildə “Azərbaycanın
Əməkdar artisti”, 1983-cü ildə isə
“Xalq artisti” fəxri adlarına layiq gö-
rülmüşdür.
1979-cu ildə professor
elmi rütbəsini
almışdır.
Bəstəkar, pedaqoq, pianoçu Zöhrab
Əfrasiyab oğlu Adıgözəlzadə 2012-ci
il may ayının 24-də vəfat etmişdir.
Dostları ilə paylaş: