Teqvim-2015. pdf


Heykəltəraşlıq.Rəssamlıq.Memarlıq 100



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə239/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   235   236   237   238   239   240   241   242   ...   484
188
Heykəltəraşlıq.Rəssamlıq.Memarlıq
100 
illiyi
Cəlal Qaryağdı
1915-2001
İYUL
Ə d ə b i y y a t
Abbaslı, T. Sal daşlar 
sənətdaşı /T.Abbaslı          
//Mədəniyyət.- 2012.- 13 
yanvar.- S.11.
Əliyev, Z. Monumental 
heykəllər ustası /Z.Əliyev 
//Azərbaycan.- 2013.- 14 
iyul.- S. 9.
Quliyev, Ə. Tişə ustası 
Cəlal Qaryağdı /Ə.Quliyev 
//525-ci qəzet.- 2012.- 20 
mart.- S.7. 
Məhərrəmova, T. Qəribə 
taleli əsərlərin müəllifi 
/T.Məhərrəmova //Kaspi.- 
2010.- 14 iyul.- S. 15.
Sadıqov, S. Heykəltəraş 
Cəlal Qaryağdının yara-
dıcılıq aləmi /S.Sadıqov 
//Paritet.- 2012.- 7-9 
yanvar.- S.16.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.lit.az
15
Heykəltəraş
Cəlal Məhərrəm oğlu Qaryağdı 
1915-ci il iyul ayının 15-də  Şuşada 
anadan olmuşdur. 1927-ci ildə Bakıya 
gəlmiş, burada Rəssamlıq Məktəbinə 
qəbul olunmuşdur. 1932-1935-ci illərdə 
təhsilini Tbilisi Rəssamlıq Akademiya-
sında davam etdirmiş, lakin yarımçıq 
qoyaraq Bakıya qayıtmışdır.
C.Qaryağdı XX əsrin 30-cu illərində 
qəzetlərdə  rəssam, həm də  Rəssamlıq 
Məktəbində müəllim olaraq çalışmış 
sonralar heykəltəraşlıq əsərlərini yarat-
mağa başlamışdır. 
İçərişəhərin qala divarlarının yaxınlı-
ğında görkəmli satirik şair M.Ə.Sabirin 
heykəli (memar Ə.İsmayılov və 
Q.Əlizadə, 1958-ci il) Cəlal Qaryağdı-
nın ilk böyük işlərindən biridir.
Bakıda N.Nərimanovun, vaxtilə 
Lenin (indiki Azadlıq) meydanında 
qoyulmuş V.İ.Leninin heykəllərini,  
Nizami adına  Ədəbiyyat Muzeyinin 
Qərb fasadının eyvanında qoyulmuş 
M.P.Vaqifin heykəlini, Qara Qarayevin, 
Fikrət Əmirovun, Bülbülün, Niyazinin, 
Cahangir Cahangirovun və başqalarının 
büstlərini yaratmışdır.
Onun monumental-dekorativ hey-
kəltəraşlıq əsərləri bədii ifadəliyi və di-
namikliyi ilə diqqəti cəlb edir. 1972-ci 
ildə yaratdığı  Nəriman Nərimanovun 
heykəli, 1983-cü ildə Sovet İttifaqı 
Qəhrəmanı general Həzi Aslanovun 
abidəsi Azərbaycan heykəltəraşlığının  
qiymətli nümunələri sırasına daxildir.
O,  rəssam, heykəltəraş kimi  müxtəlif  
janrlarda monumental heykəl, portret, 
büst, barelyef və s. əsərlər yaratmışdır. 
Bu cür yaradıcılığı ilə seçilən rəssam 
Azərbaycanda keçirilən sərgilərdə sənət 
nümunələrini təqdim edərək uğurlar qa-
zanmışdır.
Onun rəssamlıq fəaliyyətinin  əsas 
mərhələsi Böyük Vətən müharibəsi 
(1941-1945) illərinə  təsadüf etmişdir. 
Bu illərdə, o, insanların bədii obrazını, 
onların hünər və rəşadətini əks etdirərək, 
qəhrəmanlıq nümunəsindən çıxış edən 
şəxslərin portretini yaratmışdır.
Cəlal Qaryağdının yaradıcılığı za-
manın müxtəlif dövrlərini özündə ya-
şadır. Bu baxımdan Nizaminin “Xos-
rov və  Şirin” poemasının motivləri 
əsasında hazırlanmış “Fərhad Bisütun 
dağını yararkən” barelyefi, Xurşidba-
nu Natəvanın büst və portretləri diqqəti 
cəlb edir.
O, bədii təfəkküründən yaranan incə 
ştrixləri rənglərin və fırçanın köməyi ilə 
kətan üzərində əks etdirərək, əsərlərinin 
hər birində yüksək sənətkarlıq nümayiş 
etdirmişdir. “Tarçalan”, “Kamançaçı”, 
“Xanəndə” fiqurlarında obrazların yığ-
camlığı və milli kolorit özünu göstərir.
Cəlal Qaryağdının yaradıcılığı dövlət 
tərəfindən yüksək qiymətləndirilmiş, o, 
1954-cü ildə “Azərbaycanın  Əməkdar 
incəsənət xadimi”, 1960-cı ildə “Xalq 
rəssamı” fəxri adlarına layiq görülmüş-
dür. “Qırmızı Əmək Bayrağı” və “Şərəf 
nişanı” ordenləri və medallarla təltif 
edilmişdir.
Azərbaycan heykəltəraşlıq məktəbi-
nin banilərindən biri, görkəmli sənətkar 
Cəlal Qaryağdı 2001-ci il dekabr ayının 
1-də vəfat etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin