Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə245/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   241   242   243   244   245   246   247   248   ...   484
Ə d ə b i y y a t
Əhmədov, T. Azərbaycan 
oğluyam /T.Əhmədov.- Bakı: 
Azərbaycan, 2007.- 383 s.
Azəri, L. “Düşünərsən” 
/L.Azəri //Mədəniyyət.- 
2012.- 20 iyul.- S.12.
Əsədova, İ. Ayrılığın üzü 
dönsün bu dünyada...  
/İ.Əsədova //Mədəniyyət.- 
2010.- 29 oktyabr.- S.12.
Xəlilzadə, F. Sahili 
görünməyən dənizlər 
/F.Xəlilzadə //Yazdıqlarım: 
7 cilddə.- C.2. Mədəniyyət-
mənəviyyat.- S.207-209.
Məhərrəmova, T. 
Azərbaycan oğlu 
/T.Məhərrəmova //Kaspi.- 
2010.- 27 iyul.- S.15.
Nizamqızı, H. “Bizim 
mahnılar”ın nəğməkarı  
/H.Nizamqızı //Mədəniyyət.- 
2013.- 18 oktyabr.- S. 13.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.librarything.com 
21
Müğənni


193
Musiqi.Opera.Balet
80 
illiyi
Vasif Adıgözəlov  
1935-2006
İYUL
Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-
ci il iyul ayının 28-də Bakıda məşhur 
muğam ustası Zülfü Adıgözəlovun 
ailəsində anadan olmuşdur.  İlk musiqi 
təhsilini konservatoriyanın nəzdindəki 
10 illik Musiqi məktəbində pianoçu kimi 
almışdır. 1953-cü ildə Ü.Hacıbəyov adı-
na Azərbaycan Dövlət Konservatoriya-
sına daxil olaraq bəstəkarlıq üzrə Qara 
Qarayevin, fortepiano üzrə Simuzər 
Quliyevanın sinfində  təhsilini davam 
etdirmiş, 1959-cu ildə həmin təhsil oca-
ğını iki ixtisas üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1958-ci ildən 
Radio və Televiziya Komitəsində mu-
siqi redaktoru kimi başlamışdır. Son-
ralar Azərbaycan Bəstəkarlar  İttifaqı-
nın məsul katibi, M.Maqomayev adına 
Dövlət Filarmoniyasının baş musiqi re-
daktoru, A.Zeynallı adına Bakı Musiqi 
məktəbinin direktoru və s. vəzifələrdə 
çalışmışdır. 1972-ci ildən Ü.Hacıbəyov 
adına Azərbaycan Dövlət Konservatori-
yasında əsas işçi kimi müəllimlik etmiş
1990-ci ildə Azərbaycan Bəstəkarlar İt-
tifaqının I katibi seçilmişdir. Bakı Mu-
siqi Akademiyasında Xor dirijorluğu 
kafedrasına rəhbərlik etmişdir. 
Bəstəkar musiqinin müxtəlif janr-
larında  əsərlər yaratmışdır; simfonik, 
vokal-simfonik, irihəcmli instrumental 
əsərlər yaradıcılığında  əsas yer tutur. 
2 opera: “Ölülər” (1963), “Natəvan” 
(2003), 5 musiqili komediya: “Hacı 
Qara” (operetta, 1957) (həmmüəllifi 
R.Mustafayev), “Nənəmin şahlıq quşu” 
(1971), “Boşanaq - evlənərik” (1976), 
“Lənət  şeytana” (1984),  “Aldın payı-
nı, çağır dayını”, (2005), 4 oratoriya: 
“Odlar yurdu”, “Qarabağ  şikəstəsi”, 
“Çanaqqala-1915”, “Qəm karvanı”, 3 
kantata, 4 simfoniya, 6 instrumental kon-
sert, kamera-instrumental musiqinin, 
kino-teatr musiqisinin, romans və mah-
nıların müəllifidir. Vasif Adıgözəlovun 
yaradıcılığı üçün parlaq melodizm, 
muğamın improvizasiyalı inkişafından 
irəli gələn forma xüsusiyyətləri, polirit-
miya, tembr effektləri səciyyəvidir. Bir 
çox  filmlərə: “Xidmət lifti”, “Cazibə 
qüvvəsi”, “Şərikli çörək”, “Skripka-
nın sərgüzəşti”, “Həyat bizi sınayır”, 
“Kişi sözü”  və s.  musiqi bəstələmişdir. 
O, həmçinin fortepiano üçün 24 pre-
lüd, orqan üçün “Muğam-sonata” 
və s. kamera-instrumental əsərlərin 
müəllifidir. Bəstəkar “Don Juan”, “Üç 
nağıl”, “Qəribə  əhvalat”, “Çahargah 
fantaziyası” və s. dram tamaşalarına da 
musiqi bəstələmişdir.
Bəstəkarın yaradıcılığı dövlət 
tərəfindən yüksək qiymətləndirilmiş, o, 
1973-cü ildə  “Əməkdar incəsənət xa-
dimi”, 1989-cu ildə “Xalq artisti” fəxri 
adlarına layiq görülmüşdür. 1980-ci ildə 
professor elmi rütbəsini almış, 1991-ci 
ildə Dövlət Mükafatı laureatı olmuşdur. 
1995-ci ildə “Şöhrət”, 2006-cı ildə “İs-
tiqlal” ordenləri ilə təltif olunmuşdur.
Vasif Adıgözəlov 2006-cı il sentyabr 
ayının 9-da vəfat etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin