199
Milli Qəhrəmanlar
45
illiyi
Əsəd Əhmədov
1970-1992
İYUL
Əsəd Cəlal oğlu Əhmədov 1970-ci
il iyul ayının 15-də Qərbi Azərbaycanın
Pəmbək mahalının
Saral kəndində ana-
dan olmuşdur.
Doğma kənddə orta məktəbi
bitirdikdən sonra Bakıdakı 5 saylı
texniki-peşə məktəbində oxumuşdur.
1989-cu
ildə Almaniyada tank qo-
şunlarında hərbi qulluğa başlamışdır.
1992-ci ilin martında Milli Ordu sı-
ralarına qoşulmuş, Əsəd Əhmədov Şuşa
rayonunun Zarıslı, Salatınkənd, Turşsu
məntəqələrində, Laçın ətrafında, Ağ-
dam
rayonunun Şelli, Abdal-Gülablı,
Güllücə, Papravənd, Naxçıvanlı
kəndləri
uğrunda döyüşlərdə iştirak
etmişdir. O, 1992-cı il iyul ayının 31-
də Papravənd kəndi ətrafında döyüşdə
qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 5 fevral 1993-cü il tarixli 457 saylı
Fərmanı ilə Əsəd
Cəlal oğlu Əhmədova
ölümündən sonra “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adına
layiq görül-
müşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında
dəfn edilmişdir.
Bakı şəhəri Yasamal rayonundakı
küçələrdən biri qəhrəmanın adını daşı-
yır.
Dostları ilə paylaş: