197
Milli Qəhrəmanlar
50
illiyi
Rafiq Alıcanov
1965-1993
İYUL
Rafiq Cəfər oğlu Alıcanov 1965-ci
il iyul ayının 11-də Qazax
rayonunun
Kəmərli kəndində dünyaya göz açmış-
dır.
Muğanlı kənd
orta məktəbini
bitirdikdən sonra Kalininqrad şəhərinə
gedərək Ali Hərbi Məktəbə daxil ol-
muşdur.
1988-ci ildə təhsilini
bitirib Ukray-
nada ixtisası üzrə işə başlamışdır. La-
kin Qarabağ müharibəsi başladığı üçün
Azərbaycana geri dönmüşdür. Qazax,
Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər,
Ağdam, Tərtər, Füzuli, Zəngilan rayon-
larında və Naxçıvan MR-da döyüşlərdə
iştirak etmiş,
kapitan rütbəsinə
yüksəlmişdir.
5 noyabr 1993-cü ildə Füzuli rayo-
nunun Kürdmahmudlu kəndi uğrunda
gedən döyüşlərdə qəhrəmancasına
həlak
olmuşdur.
Ailəli idi, bir qızı və bir oğlu var.
Azərbaycan Respubliksı Preziden-
tinin 16 sentyabr 1994-cü il tarixli
203 saylı Fərmanı ilə kapitan Alıca-
nov Rafiq Cəfər oğlu ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı”
fəxri
adına layiq görülmüşdür.
Köçəvəlli kəndində dəfn edilmişdir.
Köçəvəlli kənd orta məktəbi
qəhrəmanın adını daşıyır. Məktəbdə
və Ağstafa şəhərinin mərkəzində büstü
var. Büstün
qoyulduğu ərazidə yerləşən
park onun adını daşıyır. Eyni zamanda
Bakı şəhəri Suraxanı rayonu Qaraçu-
xur qəsəbəsində və Ağstafa rayonunun
mərkəzindəki küçəyə onun adı verilmiş-
dir.
Rafiq Alıcanovun qəhrəmanlığından,
keçdiyi həyat yolundan bəhs edən
Güləmail Muradla Salatın Əhmədlinin
“Vətən sağ olsun” şeir kitabı və Fəridə
Ləmanın “Lalələr şəhid qanı” poeması
işıq üzü görmüşdür. Qarabağ uğrunda
gedən döyüşlərdə göstərdiyi igidliyə
görə (ölümündən sonra) bir sıra
diplom-
larla təltif olunmuşdur.
2013-cü ildə onunla yanaşı Qazax ra-
yonundan olan digər iki Milli Qəhrəman
- Mərifət Nəsibov və Şamoy Çobano-
vun həyat və döyüş yollarından bəhs
edən “Qartal yuvası” sənədli-bədii filmi
çəkilmişdir.
Dostları ilə paylaş: