201
Ədəbiyyatşünas
Mədəniyyət.Maarif.Elm
70
illiyi
Timuçin Əfəndiyev
1945
İYUL
Timuçin İlyas oğlu Əfəndiyev 1945-
ci il iyul ayının 17-də Bakı şəhərində
ziyalı ailəsində anadan olmuşdur.
1963-cü ildə Bakı şəhər 7 saylı
orta məktəbi bitirdikdən sonra o, Bakı
Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinə daxil olmuşdur.
1968-ci
ildə Respublika Gənclər
Təşkilatında çalışmışdır. 1969-cu ildə
Azərbaycan Milli Elmlər Akademi-
yasının aspiranturasına qəbul olmuş,
1972-ci ildə aspiranturanı bitirərək
“Hüseyn Cavidin yaradıcılığı” möv-
zusunda dissertasiya müdafiə etmiş və
elmlər namizədi adını almışdır. 1987-
ci ildən professordur. Elə həmin
ildən
Azərbaycan
Milli Elmlər Akademiya-
sında elmi katib vəzifəsində çalışmış-
dır.
Timuçin Əfəndiyev 1977-ci ildən
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində çalışmışdır.
O, burada əvvəlcə baş müəllim, son-
ra
dosent vəzifəsini tutmuş, 1978-ci
ildən 1987-ci ilədək fakültə dekanı
olmuş, 1987-ci ildən 2014-cü ilədək
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin rektoru
vəzifəsində çalışmışdır.
1999-cu ildə “Romantik dramatur-
giyada tarixilik və bədiilik”
mövzu-
sunda doktorluq dissertasiyası müdafiə
etmişdir.
İlk ədəbi-tənqidi məqalələri 1973-
cü ildə “Ulduz” jurnalı səhifələrində
çap olunan Timuçin Əfəndiyev rek-
tor vəzifəsində çalışdığı dövrdə
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti simpoziumla-
rında məruzəçi kimi iştirak etmişdir.
O, Azərbaycanda və xaricdə nəşr
olunmuş bir çox kitabın (“Rus teat-
rı (XVII-XVIII əsrlər xalq teatrı)”
(1998), “Cəfər Cabbarlı və roman-
tik dramları” (1999), “Azərbaycan
kino tarixi oçerkləri” (2001),
“Azərbaycan dramaturgiyasında me-
todlar”, “Azərbaycan
mədəniyyəti və
incəsənəti” (2002)), monoqrafiya və
elmi məqalələrin müəllifidir.
1987-ci ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvüdür.
Professor T.Əfəndiyev pedaqoji
fəaliyyəti ilə yanaşı, ədəbi-elmi yara-
dıcılığını da ardıcıl davam etdirmiş,
Azərbaycan sovet ədəbiyyatının ak-
tual nəzəri və ədəbi-tarixi problemləri
ilə məşğul olmuşdur. 1991-ci ildən
“Tanıtım” jurnalı redaksiya heyətinin
və Türkiyə “Vəqfi”nin üzvüdür.
2004-cü ildə “Humay”, 2005-ci ildə
“Akademik Yusif Məmmədəliyev”,
“Yaddaş” milli mükafatlarının lau-
reatı, “Teatr xadimi”, 2006-cı ildə
Azərbaycan Milli İdman Assosiasi-
yası qızıl müdalına layiq görülmüş,
2005-ci ildə elm
və təhsil sahəsində
dünyanın aparıcı təşkilatçı-pedaqoqu
nominasiyasında Beynəlxalq Diplo-
mu, “Jurnalistlərin dostu” fəxri media
Diplomu, 2008-ci ildə “Vətənə sevgi”
diplomu almışdır.
Timuçin Əfəndiyev 2000-ci ildə
“Əməkdar incəsənət xadimi” fəxri
adı ilə, 2005-ci ildə “Şöhrət” orde-
ni ilə təltif edilmişdir. Azərbaycanda
təhsilin inkişafındakı xidmətlərinə
görə 2013-cü il dekabr ayının 10-da
isə “Əməkdar elm xadimi” fəxri adına
layiq görülmüşdür.
Dostları ilə paylaş: